Mobil nömrənizi daxil edin
OTP kodu daxil edin
Xoş gəldiniz

Hesaba uğurla daxil oldunuz.

İnsan Resursları üzrə aparıcı mütəxəssis

premium
Elanını Premium et 1 gün - 1₼
Məhsulun ümumi təsviri
  • Şəhər Bakı
  • Şirkət Lankaran Springs & Wellness Resort
  • Çatdırılma Xeyr
  • Kredit Xeyr
  • Barter Xeyr
Məhsul haqqında
Şöbə: İnsan Resursları

Ünvan: Lənkəran rayonu Haftoni qəsəbəsi

Əsas vəzifələr:


AR Əmək Qanunvericiliyinə əsasən yeni işçilərin sənədlərinin qəbulu, əmək müqaviləsinin bağlanması, dəyişikliklərin edilməsi, xitam verilməsi, vəzifə dəyişikliyi, mükafatlandırılması, məzuniyyət, ezamiyyətə göndərilməsi və sair ilə bağlı sənədlərin rəsmiləşdirilməsi, habelə Əmək Müqaviləsi bildirişlərinin ƏMAS altsisteminə daxil edilməsi, müvafiq sənədləşmənin icra edilməsi və ƏMAS-la bağlı digər əməliyyatları vaxtında yerinə yetirmək;
İşə qəbul, işdən azad edilmə, məzuniyyət, intizam tədbirləri və s. proseslərinin qanunvericiliyə uyğun rəsmiləşdirilməsi;
1C proqramında müvafiq əməliyyatların icra olunması;
Vakansiyaların yerləşdirilməsi, CV-lərin çeşidlənməsi, müsahibələrin təşkili, müsahibə aparma (recruiting) bacarıqları;
İşə qəbul ilə bağlı digər müvafiq fəaliyyətlərin icrasına nəzarət edilməsi;
Cv bazasının yaradılması;
Fəaliyyət sahəsi ilə bağlı hesabatların hazırlanması;
Təlim ehtiyaclarının monitorinq edilməsi və müəyyənləşdirilməsi;
İşçilərin peşəkarlıq səviyyəsinin təlimlər vasitəsilə yüksəldilməsi üçün tədbirlər planının hazırlaması və icra edilməsi;
İşçilərin illik məzuniyyətlərinin planlanmasını hazırlanmasına nəzarət, növbəlilik cədvəllərinin və əvəzetmə planlarını tərtib etmək və onların icrasını təqib etmək;
Əmək intizamı məsələlərində iştirak etmək (araşdırma işlərində iştirak etmək, izahatların alınması, aktların hazırlanması və s.);
Şöbənin gündəlik fəaliyyətilə əlaqədar digər zəruri işlərin icra edilməsi.


Tələblər olunan bilik və bacarıqlar:


Ali təhsil (İnsan Resursları, Biznesin idarə edilməsi və ya müvafiq sahədə bakalavr təhsilinin olması);
Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyini yaxşı səviyyədə bilməli;
İnsan resurslarının idarəolunması, funksiyaları, prosedurları haqqında biliyə sahib olmalı;
ƏMAS platformasında sərbəst işləmək bacarığı;
İSB portalında və Məşğulluq dövlət orqanları ilə işləməyi və əməliyyatların aparılmasını bilməli;
1C, MS Office (xüsusilə Excel, powerpoint), outlook proqramlarından sərbəst istifadə bacarığı;
Datanı toplamaq, qruplaşdırmaq və təhlil etmək kimi bacarıqları özündə birləşdirən analitik düşüncə;
Detallı məlumatları özündə əks etdirən cədvəlləri, qrafikləri və təqdimatları hazırlamaq bacarığı;
Azərbaycan dili mükəmməl, ingilis dili yüksək səviyyədə (rus dili biliyi üstünlükdür).


Üstünlüklər:


Təlim və inkişaf proqramlarında iştirak etmək imkanı;
Otellərdə və digər müvafiq mülklərdə maksimum endirim imkanları;
Tabia Group rəhbərliyi altında müxtəlif müəssisələrində karyera imkanları;
Tibbi sığorta;
Korporativ nömrə;
Bakıdan Lənkərana transfer;
Gün ərzində 3 dəfə qidalanma.
Evlə təmin olunma.


Maraqlanan namizədlərdən mövzu yerində Vakansiyanın adını qeyd etməklə CV-lərini elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Yalnız uyğun hesab edilən namizədlərlə əlaqə saxlanılacaq.
  • Elan nömrəsi: 3263213
  • Baxış sayı: 137
  • Yenilənmə tarixi: 2 ay əvvəl
Şikayət et
Şikayətin səbəbini seçin
Dələduz
Artıq satılıb
Kontaktlar yanlış göstərilib
Şübhəli iş elanı
0 /100
Şikayətiniz baxışa göndərildi

Şikayətiniz moderatorlar tərəfindən baxıldıqdan sonra elanın saytın İstifadəçi şərtləri və Qaydalarını pozduğu halda saytdan silinəcəkdir.

Elanı Premium edin

Elanınız ana səhifədəki və axtarış nəticələrindəki Premium bölməsində təsadüfi qaydada göstəriləcək.

Xidmətin müddətini seçin
Ödəniş üsulunu seçin

Ödəniş etməklə İstifadəçi şərtləriQaydalar ilə razılaşırsınız

Diqqət