Mobil nömrənizi daxil edin
OTP kodu daxil edin
Xoş gəldiniz

Hesaba uğurla daxil oldunuz.

İnsan resursları üzrə rəhbər

premium
Elanını Premium et 1 gün - 1₼
Məhsulun ümumi təsviri
  • Şəhər Bakı
  • Şirkət AzerFloat
  • Çatdırılma Xeyr
  • Kredit Xeyr
  • Barter Xeyr
Məhsul haqqında
Strateji İdarəetmə:


Şirkətin istehsalat fəaliyyətinə uyğun HR siyasətini hazırlamaq və həyata keçirmək;
Kadr planlamasını təşkil etmək, istehsalat proseslərində lazımi işçi resurslarının təminatını planlaşdırmaq və idarə etmək;
Şirkətin uzunmüddətli hədəflərinə uyğun insan resursları strategiyalarını işləyib hazırlamaq və həyata keçirmək.


İşə Qəbul və Kadr Resurslarının İdarəedilməsi:


İstehsalat sahəsində tələb olunan peşəkar və texniki işçilərin cəlb edilməsi, seçimi və işə qəbulu proseslərini təşkil etmək;
Ehtiyat kadr bazasının yaradılması və davamlı yenilənməsi;
Şirkət daxilində karyera yüksəlişi və kadrların inkişafı üçün proqramların tətbiqi.


Performansın İdarə Edilməsi:


İşçilərin performans göstəricilərinin (KPI-ların) hazırlanması, tətbiqi və dəyərləndirilməsi;
Performans nəticələrinə əsaslanaraq motivasiya sistemlərinin qurulması və tətbiqi.


Təlim və İnkişaf:


İşçilərin bilik və bacarıqlarının artırılması üçün təlim proqramlarının hazırlanması və tətbiqi;
İstehsalatın xüsusiyyətlərinə uyğun texniki və peşəkar bacarıqların inkişaf etdirilməsi üzrə tədbirlərin görülməsi;
Gələcək liderlərin hazırlanması məqsədilə personal inkişafı üzrə xüsusi proqramların tətbiqi.


Əmək Münasibətləri və Sənədləşmə:


Əmək qanunvericiliyinə uyğun olaraq işçilərlə müqavilələrin düzgün tərtibi və idarə olunması;
Şirkət daxilində nizam-intizam qaydalarına nəzarət və həll yollarının təmin edilməsi;
Kadr uçotunun dəqiq və tam şəkildə aparılmasını təmin etmək.


İşçi Məmnuniyyəti və Motivasiyası:


İşçi məmnuniyyətini ölçmək üçün sorğular keçirmək və təkmilləşdirmə təklifləri vermək;
Şirkət mədəniyyətinə uyğun motivasiya proqramlarının hazırlanması və həyata keçirilməsi.


HR Analitika


İstehsalat proseslərinə uyğun HR məlumat bazasını idarə etmək və təkmilləşdirmək;
İşçi analitikası və hesabatların hazırlanması, kadr itkisinin qarşısını almaq üçün müvafiq tədbirlərin görülməsi.


Tələblər:


İnsan Resursları idarəçiliyi sahəsində ən azı 5 illik idarəetmə təcrübəsi (istehsalat sektorunda təcrübə üstünlükdür);
İnsan resursları sahəsində beynəlxalq sertifikat (CİPD, SHRM)
Əmək qanunvericiliyi və istehsalat prosesləri ilə bağlı biliklər;
Azərbaycan və İngilis dillərini mükəmməl bilmək (Rus dili üstünlükdür);
MS Office və HR idarəetmə sistemlərində təcrübə.


Xüsusi bacarıqlar:


Liderlik qabiliyyəti: Komanda idarəetməsi və qərar qəbul etmədə effektiv olmaq.
Ünsiyyət bacarığı: Aydın və dəqiq ünsiyyət qurmaq, dinləmə bacarığına sahib olmaq.
Problemlərin həlli: Gərgin iş şəraitində tez və səmərəli həll yolları təklif etmək.
Strateji düşüncə: Geniş perspektivdən baxaraq uzunmüddətli HR strategiyaları hazırlamaq.
Komanda ruhu yaratmaq: İşçiləri motivasiya etmək və onlara dəstək olmaq.
Təşkilatçılıq bacarığı: Vaxtın düzgün idarə edilməsi və tapşırıqların prioritetləşdirilməsi.
Dəyişikliklərə uyğunlaşma: Dinamik iş mühitində çeviklik və innovativ yanaşma göstərmək.


İş şəraiti:


İş qrafiki: 5 günlük
İş saatı: 09:00 – 18:00
Tibbi sığorta
Əmək haqqı: Rəqabətə davamlı əmək haqqı


Mövzü yerinə “İnsan resursları üzrə rəhbər” yazıb qeyd edilmiş elektron poçt ünvanına göndərin
  • Elan nömrəsi: 1670208
  • Baxış sayı: 109
  • Yenilənmə tarixi: 2 ay əvvəl
Şikayət et
Şikayətin səbəbini seçin
Dələduz
Artıq satılıb
Kontaktlar yanlış göstərilib
Şübhəli iş elanı
0 /100
Şikayətiniz baxışa göndərildi

Şikayətiniz moderatorlar tərəfindən baxıldıqdan sonra elanın saytın İstifadəçi şərtləri və Qaydalarını pozduğu halda saytdan silinəcəkdir.

Elanı Premium edin

Elanınız ana səhifədəki və axtarış nəticələrindəki Premium bölməsində təsadüfi qaydada göstəriləcək.

Xidmətin müddətini seçin
Ödəniş üsulunu seçin

Ödəniş etməklə İstifadəçi şərtləriQaydalar ilə razılaşırsınız

Diqqət