Mobil nömrənizi daxil edin
OTP kodu daxil edin
Xoş gəldiniz

Hesaba uğurla daxil oldunuz.

Marketing meneceri

premium
Elanını Premium et 1 gün - 1₼
Məhsulun ümumi təsviri
  • Şəhər Bakı
  • Şirkət Eco Product
  • Vakansiyalar Marketoloq
  • Çatdırılma Xeyr
  • Kredit Xeyr
  • Barter Xeyr
Məhsul haqqında
Vəzifə öhdəlikləri:


Bazarın imkanlarını araşdırmaq və onların nəticələrini təhlil etmək;
Şirkətin marketinq konsepsiyasını daim təhlil etmək və dəyişən bazar mühitinə uygunluğunu yoxlamaq;
Şirkətin dövri marketinq məqsədlərini müəyyən etmək, marketinq planlarını tərtib etmək, eləcə də müvafiq siyasət və prosedurlarını müəyyənləşdirmək, təhlil etmək;
Yaranma məqsədləri, bazarın xüsusiyyətləri haqqında məlumat, eləcə də dəyər və qiymət artımı amillərı əsasında marketinq strategiyasını müəyyən etmək, hazırlamaq və qiymətləndirmək;
Marketinq sahəsində fəaliyyətlər ilə əlaqədar iş planlarını hazırlamaq və sənədlər ilə əsaslandırmaq;
Qiymət strategiyaları və müştəri məmnuniyyətinə yönəlmiş uzunmüddətli məqsədləri təklif etmək;
Tələb olunan məhsul növləri ilə əlaqədar müştərinin rəyini öyrənmək;
Marketinq üzrə fəaliyyətlərə nəzarət etmək, eləcə də zəruri halda fəaliyyət planını nəzərdən keçirmək və dəyişmək;
Marketinq sahəsində nəticələri təhlil etmək, strateji məqsədləri və marketinq üzrə göstəriciləri nəzərdən keçirmək, zəruri halda yenidən baxmaq;
Bazarda müşahidə olunan dəyişiklikləri təhlil etmək, eləcə də onların marketinq üzrə strateji məqsədlərə təsirini müəyyən etmək və sənədlər ilə əsaslandırmaq.
Müştəri ehtiyaclarının təhlili və potensial bazar və məhsul tələblərinə cavab vermək üçün hesablamaların hazırlanması;
Şirkətin PR və Reklam siyasətinin hazırlanmaq;


Tələblər:


Marketinq, iqtisadiyyat üzrə ali təhsil;
Təcrübə: minimum 3 il ;
Marketinq sertifikatları;
Dil bilikləri: Azərbaycan, rus (mütləq) və ingilis dili;
Texniki bilik, Google AdWords, Facebook reklam meneceri, e-mail marketinq alətlərindən istifadə bacarığı;
Rəqəmsal marketinq üzrə biliklər (SEO, SEM, SMM);
Yaxşı ünsiyyət bacarığı, Fikrini izah etmək qabliyyəti, komanda ilə işləmək bacarığı;
Yaradıcılıq və təşəbbüskarlıq, operativlik, düzgün prioritetləşdirmə;
Təqdimat bacarıqları, layihə idarəetmə bacarıqları.
Professional bacarıqlar və kompetensiyalar:
İdarəetmə bacarığı
Kreativlik
Analitik düşüncə
Məsuliyyət
Detallara diqqət


İş şərtləri:


Maaş: Danışıq əsasında müəyyənləşdiriləcək.(1500+)
Staj: minimum 3 il təcrübə
Yaş: 25 — 40 yaş
Təhsil: Ali təhsil
İş rejimi: Tam iş günü (5 gün)
Müqavilə: Əmək müqaviləsi
Korporativ nömrə
İstirahət günləri: Şənbə və Bazar günü
İş saatı: 09.00-18.00
Ünvan : Bakı şəh., Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 507/511 (Altes Plaza)


Maraqlananlar öz CV formalarını qeyd edilmiş elektron poçt ünvanına göndərə bilər (məktubun mövzu bölməsində, “Marketinq-meneceri” qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır).
  • Elan nömrəsi: 2893944
  • Baxış sayı: 19
  • Yenilənmə tarixi: 3 həftə əvvəl
Şikayət et
Şikayətin səbəbini seçin
Dələduz
Artıq satılıb
Kontaktlar yanlış göstərilib
Şübhəli iş elanı
0 /100
Şikayətiniz baxışa göndərildi

Şikayətiniz moderatorlar tərəfindən baxıldıqdan sonra elanın saytın İstifadəçi şərtləri və Qaydalarını pozduğu halda saytdan silinəcəkdir.

Elanı Premium edin

Elanınız ana səhifədəki və axtarış nəticələrindəki Premium bölməsində təsadüfi qaydada göstəriləcək.

Xidmətin müddətini seçin
Ödəniş üsulunu seçin

Ödəniş etməklə İstifadəçi şərtləriQaydalar ilə razılaşırsınız

Diqqət