Mobil nömrənizi daxil edin
OTP kodu daxil edin
Xoş gəldiniz

Hesaba uğurla daxil oldunuz.

Ən yaxşı mühərrik yağları hansılardır?
Ən yaxşı mühərrik yağları hansılardır?

Hər bir avtomobil sahibi anlayır ki,öz maşınına qulluq etməli,onu keyfiyyətli motor yağları ilə təmin etməlidir ki,əsas yol yoldaşı onu yarı yolda qoymasın.Avtomobilinizin necə deyərlər,saat kimi işləməsi üçün onun motor yağının növü,keyfiyyəti və dəyişdirilmə vaxtı unikal olmalıdır.Mühərrik yağı,avtomobilin mühərrikinin düzgün və uzunömürlü işləməsi üçün həyati əhəmiyyət kəsb edən bir komponentdir.Mühərrikin hərəkətli hissələrinin yağlanması,sürtünmənin və aşınmanın qarşısını almaq,mühərrikin soyumasını təmin etmək və mühərrikdə yığılan çirkləri təmizləmək üçün mühərrik yağı istifadə olunur.

Mühərrik yağı avtomobilinizin mühərrikinin düzgün işləməsi üçün ən vacib elementlərdən biridir. Bu yazıda, mühərrik yağlarının növləri, onların funksiyaları, seçim kriteriyaları və düzgün istifadəsi haqqında ətraflı məlumat verəcəyik.

 

Ən keyfiyyətli motor yağlarının əsas funksiyaları

 

Mühərrik yağları avtomobilinizin mühərrikinin müxtəlif hissələri arasında sürtünməni azaltmaqla mühərrikin ömrünü uzadır. Yağın əsas funksiyaları bunlardır:

 

1. Yağlama: Hərəkət edən hissələrin sürtünməsini azaltmaq.

2. Soyutma: Mühərrikin istiliyini yaymaq və onu sərin saxlamaq.

3. Təmizləmə: Mühərrikdə yaranan çirk və hissəcikləri təmizləmək.

4. Korroziyadan qoruma: Mühərrikin metal hissələrini korroziyadan qorumaq.

 

Motor yağlarının növləri

 

Mühərrik yağları əsasən üç növə bölünür: mineral, yarı-sintetik və sintetik yağlar.

 

1. Mineral motor yağları: Ənənəvi üsulla xam neftdən əldə edilən bu yağlar daha ucuz və asanlıqla əldə edilə biləndir. Lakin, yüksək performanslı mühərriklər üçün uyğun deyil.

   

2. Yarı-sintetik motor yağları: Mineral yağlarla sintetik yağların qarışığından əldə edilir. Daha yüksək performans və qoruma təmin edir.

 

3. Sintetik motor yağları: Kimyəvi proseslər nəticəsində yaradılan bu yağlar ən yüksək keyfiyyət və performansı təmin edir. Yüksək temperatur və ağır şəraitlərdə belə effektiv işləyir.

 

En keyfiyyetli motor yaglarini necə seçək?

 

Keyfiyyetli motor yaglari avtomobilinizin stabil şəkildə çalışması üçün çox önəmlidir.Ona görə də motor yaglari seçərkən nələrə diqqət etməlisiniz,gəlin birlikdə baxaq.

 

1.Uyğunluq:Motor yağının qalınlığı və axıcılığı mühərrikin iş şəraitinə uyğun olmalıdır. SAE (Society of Automotive Engineers) tərəfindən təsnif edilən viskozite dərəcələri var: məsələn, 5W-30, 10W-40 və s.

2. Mühərrik növü:Benzinli və dizel mühərriklər üçün fərqli yağlar istifadə edilməlidir. Avtomobil istehsalçısının tövsiyələrini nəzərə almaq vacibdir.

   

3. İqlim şəraiti:Soyuq iqlimlərdə daha aşağı viskoziteli yağlar (məsələn, 5W-30), isti iqlimlərdə isə daha yüksək viskoziteli motor yaglari (məsələn, 10W-40) istifadə edilməlidir.

 

Mühərrik yağının düzgün istifadəsi necə olmalıdır?

 

Yağının düzgün istifadəsi və müntəzəm olaraq motor yağının dəyişdirilməsi mühərrikin uzunömürlülüyünü təmin edir. Yağın dəyişdirilmə intervalı avtomobil istehsalçısı tərəfindən müəyyən edilmişdir və bu göstəricilərə ciddi əməl etmək lazımdır. Adətən, bu intervallar 5,000 - 10,000 kilometr arasında dəyişir.

 

Yağı dəyişərkən, mühərrik filtresini də dəyişmək vacibdir, çünki köhnə filtr çirklənmiş yağı təmizləməkdə effektiv ola bilməz.Həmçinin,mühərrik yağının səviyyəsini müntəzəm olaraq yoxlamaq və lazımdırsa əlavə etmək də mühüm əhəmiyyət daşıyır.

 

Motor yagi avtomobilinizin mühərrikinin düzgün işləməsi üçün vacibdir. Doğru yağ seçimi və onun düzgün istifadəsi mühərrikin ömrünü uzadır və səmərəliliyini artırır. Müntəzəm olaraq yağ dəyişdirmək və avtomobil istehsalçısının tövsiyələrinə əməl etmək avtomobilinizin ən yaxşı formada qalmasını təmin edəcək.

 

Ən keyfiyyətli motor yağları markaları hansılardır?

En keyfiyyetli motor yaglari markalarindan bəziləri ilə tanış olaq:

  • Castrol EDGE: İstilik sabitliyi və yanacaq səmərəliliyi ilə seçilir.
  • Shell Helix: Mühərrikin təmizliyi və sürtünmə azaldılması xüsusiyyətləri ilə tanınır.
  • Total Quartz: Müxtəlif özlülük seçimləri ilə müxtəlif mühərrik növləri üçün uyğun variantları təklif edir.
  • Valvoline: Geniş məhsul çeşidi ilə müxtəlif avtomobillər üçün uyğun yağlar təklif edir.
     

Mymarket.az portalında avtomobiliniz üçün ən optimal motor yağlarını buraya klik edərək axtara bilərsiniz.

 


 

Diqqət