Mobil nömrənizi daxil edin
OTP kodu daxil edin
Xoş gəldiniz

Hesaba uğurla daxil oldunuz.

Tez-tez verilən suallar
1.İstənilən bölgə üçün yaşayış yerimi tərk etmədən elan yerləşdirərək satış edə bilərəm?

Bəli,olduğunuz bölgədən asılı olmadan,mymarket.az saytında elan yerləşdirə bilərsiniz.


 

2.Saytda necə hesab yarada bilərəm?

Saytın əsas səhifəsində yerləşən “Account”bölməsinə klik edərək mobil nömrənizi daxil edin.Daha sonra daxil etdiyiniz mobil nömrəyə göndərilmiş 6 rəqəmli təstiq kodunu açılmış səhifədə yazın və qeydiyyatı tamamlayın.

3.Bəyəndiyim məhsulu itirməmək üçün necə yaddaşda saxlaya bilərəm?

Xüsusi olaraq bunun üçün nəzərdə tutulmuş “Seçilmişlər”bölməsi mövcuddur.Hər hansı məhsulu burada yaddaşda saxlamaq üçün məhsulun fotosunun üzərində yerləşən “Seçilmişlər” düyməsinə klik edə yaxud məhsulun üzərinə klik etdikdə açılan pəncərədə sol üstdə yer alan “Seçilmişlərə əlavə et”düyməsini klikləyə bilərsiniz.



4.Bir elanın aktiv olma müddəti nə qədərdir?

Elanın aktivlik müddəti 30 gündür.



5.Eyni məhsulu təkrar olaraq saytda yerləşdirmək mümükündürmü?

Xeyr.Belə hal baş verdikdə təkrar elan dərhal silinir.



6.Elanda düzəliş etmək mümkündürmü?

Elanda düzəliş etmək üçün “Düzəliş et” düyməsini seçmək və elektron poçt ünvanınıza gələn PIN-kodu daxil etmək kifayətdir.


7.Elanın başlıq hissəsində açar sözlərdən çox istifadə edilməsi,elanın daha çox insanın önünə çıxmasına səbəb olur?

Xeyr.Axtarış sistemləri onları spam kimi qəbul edə və indeksləşdirməyə bilər və bu da reklamınızın axtarış nəticələrində çıxmamasına səbəb olar.


8.Elanın daha cəlbedici olması və insanların marağını çəkməsi üçün nələr edə bilərəm?

Bunun üçün ilk öncə məhsul haqqında olan məlumatların doğruluğuna önəm vermək lazımdır.Daha sonra elanın təsvir hissəsində yazılan bütün məlumatlar tam aydın və satış məqsədinizə uyğun formada yazılmalıdır.(kateqoriya,kredit,barter və s.).Başlıq hissəsi maksimum sadə və anlaşılan olmalı,çox açar söz və dəxlisiz simvollardan istifadə olunmamalıdır.Məhsul fotosu tam aydın görünməli və keyfiyyətli olmalıdır.Elanın açıqlama bölümündə bütün detallar qeyd olunmalıdır ki,potensial müştəriləriniz məhsul haqqında tam bilgi sahibi ola bilsinlər.



9.Bir elana neçə şəkil əlavə edə bilərəm?

Hər başlıq üzrə 40-a qədər şəklə icazə verilir.


10.Mağaza və ya şirkətlər necə elan yerləşdirə bilər?

Mağazaların və şirkətlərin adından elan yerləşdirmək üçün ödənişli paketlərdən biri əldə olunmalıdır.Paket 30 gün müddətində aktivdir.

11.Mağazalar fəaliyyət sahəsindən kənar məhsul elanı yerləşdirə bilərmi?

Mağazaların və şirkətlərin adından elan yerləşdirən istifadəçilər öz səhifələrində yalnız qeydiyyatdan keçdikləri fəaliyyət sahəsinə uyğun elanlar yerləşdirə bilərlər.

12.Müştəri xidməti və ya yardım mərkəzi ilə necə əlaqə saxlaya bilərəm?

Əlaqə nömrəsi -  +994(55) 311 27 56

Elektron ünvan -  info@mymarket.az

 

13.Elan yerləşdirilməsi ilə bağlı qaydaları tam detallı formada haradan oxuya bilərəm?

Sayta daxil olduqdan sonra sağ üst hissədə yer alan “qaydalar” bölməsinə keçid edərək bütün qaydaları detallı şəkildə oxuya bilərsiniz.



14.Profilimdə hansı şəxsi məlumatları qeyd edə bilərəm?

İstifadəçi adı,whatsapp ünvanı,fotoşəkil,vebsayt,ünvan və əlavə məlumat.

 

15.Elan verdiyim məhsula istənilən qiyməti təyin edə bilərəm?

Elanda məhsulun real bazar qiymətinə uyğun olan qiymət qeyd olunmalıdır.



16.Texniki dəstək xidmətinin iş vaxtları necədir?

Texniki dəstək xidmətinin telefonları bazar ertəsindən cümə gününədək, saat 09:00-dan 18:00-a qədər, şənbə günü isə saat 09:00-dan 13:00-a qədər işləyir.

Diqqət