Mobil nömrənizi daxil edin
OTP kodu daxil edin
Xoş gəldiniz

Hesaba uğurla daxil oldunuz.

Oğlanlara nə hədiyyə etmək olar?
Oğlanlara nə hədiyyə etmək olar?

Hədiyyə seçimi etmək bəzən çox çətin ola bilər.Hədiyyəni etmək istəyiniz şəxs ‘’nələrlə maraqlanır?’’,’’hobbiləri nələrdir?’’,’’nələri sevir?’’ və s. kimi suallara cavab tapmalısınız ki,ən uyğun və optimal məhsulu seçə biləsiniz .Bu periodda sizə yardım etmək üçün mymarket.az buradadır.Beləliklə,oğlanlar üçün ən yaxşı hədiyyə seçimləri.

 

1. Elektronika məhsulları: Hədiyyə edəcəyiniz adam əgər elektronika məhsullarına çox maraqlıdırsa,hədiyyə olaraq onlara elektronik əşyalar hədiyyə edə bilərsiniz.Məsələn,qulaqlılar,vr eynəklər,smartfon və s.

  

2. Qol saatı və aksesuarlar: Kişilər üçün ən əvəzolunmaz hədiyyə seçimlərindən biri də qol saatları və aksesuarlardır(qolbaq,biləklik,boyunbağı və s.).Hədiyyə edəcəyiniz şəxsin zövqünə və tərzinə uyğun olaraq hədiyyə seçimi edə bilərsiniz.


3. Musiqi alətləri və detalları: Bəzi oğlanlar musiqi ilə iç-içə olmağı çox sevir.Buna görə də,bu insanlar üçün musiqi alətlərindən və yaxud hər hansı musiqi aləti detallarından gözəl hədiyyə ola bilməz.

   

4. İdman avadanlığı: Əksər oğlanlar idmanla ya maraqlanır,ya da mütəmadi olaraq məşğul olur.Futbol, basketbol və ya digər idman növləri üçün aksesuarlar əla bir seçim ola bilər.

   

5. Kitablar: Əgər bir kitab həvəskarına hədiyyə axtarırsınızsa,ən optimal seçiminiz elə məhz kitablardır.Onun sevdiyi janrlarda kitablar və ya sevdiyi müəlliflərin yeni kitablarını alaraq onlara ən gözəl hədiyyəni verə bilərsiniz.
 

6. Video Oyunlar: Oğlanların bir çoxu video oyunlarda vaxt keçirməyi sevir.Onlara hədiyyə olaraq oyunlar,oyun konsolları,gamepadlar və s. bu xarakterli məhsulları hədiyyə edə bilərsiniz.

 

7. Geyim: Qadınlar qədər,kişilər üçün də xarici görünüş önəmlidir.Hədiyyə axtardığınız şəxsin zövqünə uyğun olaraq geyim seçimi edə və hədiyyə edə bilərsiniz.

 

8. Ətir: Ətir kişilər üçün hər şeydən öncə həm xoş qoxu və status xarakteri daşıyır.Bir mühitə daxil olarkən ilk nəzər yetirilən nüanslardan biri də,həmin oğlandan gələn ətirdir.Ona görə də,hədiyyə seçimi edərəkən müxtəlif ətir növlərinə nəzər sala bilərsiniz. 

 

9. Fotoaparatlar: Əgər hədiyyə edəcəyiniz şəxsin fotoqrafiyaya marağı varsa,ona ən uyğun hədiyyə seçimi fotoaparatlar və yaxud bu cihaz ilə bağlı müxtəlif aksesuarlar ola bilər.

 

10. Kamp Avadanlığı: Bəzi oğlanlar təbiətlə vaxt keçirməyi və kamp etməyi çox sevirlər.Buna görə də bu insanlar üçün kamp avadanlıqlarını axtara və hədiyyə edə bilərsiniz

 

Demək bizdən,hədiyyəni seçmək sizdən.Hədiyyə seçərkən həmin insana uyğun olaraq seçimlərinizi edə bilərsiniz.A-Z-yə bütün kateqoriyalarda sizin üçün ən uyğun hədiyyəni bir neçə kliklə https://mymarket.az/-dan əldə edə bilərsiniz.

 

Diqqət