Artıq məktəblərin açılmasına çox da uzun zaman qalmayıb.Buna görə də artıq məktəb ləvazimatları mövzuları getdikcə aktuallaşmağa başlayır.Uşaqlar üçün,bəlkə də oyuncaqlardan sonra ən sevimli alətləri onların məktəb əşyaları olur.Gəlin boynumuza alaq ki,biz böyüklər belə uşaq olarkən hər zaman məktəblərin açılacağı anları səbrsizliklə gözləyirdik.Təkcə ona görə yox ki dostlarımızı görəcəyik,oynayacağıq.Həm də yeni tədris ili,yeni məktəbli ləvazimatları demək idi.Hələ onları ilk dəfə istifadə edəndə necə səliqə ilə istifadə etməyimiz yadınızdadır?
Bu günki blogumuzda şagirdlərin ən sevdiyi məktəbli ləvazimatlarına nəzər salmağa çalışacağıq.Gəlin dünyaya bir neçə dəqiqəlik də olsa məktəbli dostlarımızın gözü ilə baxaq və onların dünyasına qısa bir səyahət edək.
1. Rəngli və zərli qələmlər - Bəzəkli və parlaq əl yazısı hər zaman uşaqlar üçün daha cazibəli görünür.Ona görə də,məktəblilər müxtəlif rənglərdə olan qələmləri saxlamağı və istər dərslərinin qeydləri zamanı öyrənmə prosesini daha yaddaqalan etmək üçün,istərsə də dərsdən kənar olaraq nəsə yazmaq,hazırlamaq,qısaca əyləncə üçün istifadə etməyi çox sevirlər.Hələ bu qələmlər zərli olarsa,bu qələmlərdən uşaqlar elə asan-asan əl çəkməzlər.
2.Flomasterlər və rəngli karandaşlar - Uşaqların yaradıcılıq qabiliyyətlərini göstərmələrinə imkan yaradan bu ləvazimatlar öz populyarlığını itirmir ki,itirmir.Rəsm çəkmək hər bir uşağın sevimli məşğuliyyətidir.Ağ vərəqdə öz xəyal dünyasını yaratmağa imkan verən bu ləvazimatlar hər zaman uşaqlara cəlbedici gəlir.
3.Dəftərlər və bloknotlar - Maraqlı üz qabığı olan dəftərlər, xüsusilə sevdikləri cizgi film qəhrəmanlarının şəkilləri ilə bəzədilmiş olanlar uşaqlar arasında çox sevilir.Bu uşaqların zövqlərinə görə dəyişkənlik göstərə bilər.Fərqli üz qabıqları,fərqli personajların fotoları olan dəftərlər müxtəlif uşaqlar tərəfindən üstün tutula və seçilə bilər.
4. Yapışqanlı etiketlər - Rəngli və müxtəlif formalı etiketlər uşaqların kitablarını və dəftərlərini bəzəmələri üçün əvəzolunmazdır.Kitablarını və digər əşyaların bəzəmək,daha gözəl hala gətirmək istəyən məktəblilər bu ləvazimatlardan geniş şəkildə istifadə edir və bu halda onlar uşaqların favoritinə çevrilə bilər.
5.Qələm qutuları - Bəzi uşaqların qələmlərə xüsusi simpatiyası olur və onlar qələmlərini səliqəli saxlamağa çox diqqət edirlər.Buna görə də ən populyar ləvazimatlar sırasında ona yer verməyə bilməzdik.Əsasən cəlbedici dizaynları olan qələm qutuları uşaqların diqqətini çəkir.
6. Rəngli və maraqlı şəkilləri olan çantalar - Uşaqların sevimli qəhrəmanları və ya mövzuları olan məktəb çantaları ən çox sevdikləri əşyalar sırasındadır.Uşaqlar öz sevimli personajlarının daim öz ətrafında olmasını istəyirlər.Və onlar günlərinin böyük hissəsini məktəbdə keçirdikləri üçün bu normaldır.
7. Kiçik aksessuarlar - Rəngli silgilər, qələm ucları, maraqlı formalı daş-qaşlar və s.uşaqların favoriti ola biləcək ləvazimatlar sırasındadır.
Təbii ki,bu siyahı uşaqların maraq dairələri və zövqlərinə görə dəyişə bilər.Lakin biz,uşaqların əksəriyyətini nəzərə alaraq bir blog hazırlamağa qərar verdik.Bütün məktəbli dostlarımıza yeni tədris ilində uğurlar və xoş anlar arzu edirik!