Mobil nömrənizi daxil edin
OTP kodu daxil edin
Xoş gəldiniz

Hesaba uğurla daxil oldunuz.

Yeni iPhone 16 modelləri ilə tanış olun
Yeni iPhone 16 modelləri ilə tanış olun

Bildiyimiz kimi,hər ilin Sentyabr ayında Apple şirkəti,öz yeni məhsullarını ictimaiyyətə təqdim edir.Bu il də Apple şirkəti yeni cihazlarını tanıtımını 9 Sentyabr tarixində,Kaliforniyada yerləşən baş ofisində gerçəkləşdirdi.Bu tədbirdə həm iPhone 16 və digər modelləri,həm Apple Watch seriyası,həm də Airpods qulaqlıqlarının yeni versiyaları nümayiş etdirildi.

Apple tərəfdə hansı yeniliklərin şahidi olacağıq?

Süni zəkanın yüksəlişindən Apple istifadəçiləri də maksimum faydalana biləcəklər.Süni zəka dəstəkli ‘’Apple Intelligence’’-in artıq ‘’Siri’’-yə inteqrasiya olunması da gecəyə damğa vuran hadisələrdən biri oldu.Artıq bəzi süni zəkaya ehtiyac olan proseslər,məsələn,foşotoşəkilləri yüksək səviyyədə redaktə edə bilmək,mətn yaza bilmək daha rahat və əlçatan olacağı bildirildi.

Yeni modellərdə diqqət çəkən digər yenilik isə Capture düyməsidir. Telefonun sağ tərəfindəki bu fiziki düymə fotoşəkil çəkməyi və video qeydə almağı daha da asanlaşdırır. Eyni zamanda, böyütmə funksiyası sürüşdürmə hərəkəti ilə də idarə oluna biləcək.


iPhone modellərinin xüsusiyyətləri necə olacaq?

Ekran və Prosessor

iPhone 16 6,1 düymlük OLED ekrana sahibdir və bu ekranda 60 Hz yeniləmə sürətini görməkdəyik.Əslində,ekranın yeniləmə sürəti əvvəlki modellərdə tənqid edilmişdi, çünki son illərdə buraxılan bir çox smartfonda ekran yeniləmə sürəti daha yüksəkdir, lakin Apple bu xüsusiyyətdə heç bir dəyişiklik etməyə ehtiyac duymayıb.iPhone 16, Apple-ın yeni nəsil A18 prosessoru ilə təchiz edilmişdir. 3 nanometr istehsal prosesi ilə istehsal olunan bu prosessor iki 3,89 GHz performans nüvəsindən və dörd səmərəlilik nüvəsindən ibarətdir. Yəni istər gündəlik istifadədə,istərsə də mobil oyunlarda bu model ilə problem yaşamayacaqsınız. A18 prosessoru özündən bir öncəki A17 ilə müqayisədə 30% daha yüksək qrafik performansı təklif edir və enerji istehlakında 10% yaxşılaşma təmin edir. Bu isə cihazın daha az enerji sərf etməsi,daha uzun batareya ömrünü təmin etməsinə və daha səmərəli işləməsinə imkan verir.

iPhone 16 Plus isə 6,7 düymlük 60 Hz ekranla təqdim olundu.iPhone 16 Plus modeli gözlənildiyi kimi Apple A18 prosessorundan istifadə edir. TSMC-nin 3 nanometr N3P istehsal prosesindən keçən prosessor; O, iki 3890 MHz performans və dörd səmərəli nüvədən ibarətdir.


Pro və Pro Max modellərində isə ekran ölçüləri müvafiq olaraq 6.27 düym və 6.9 düym olacaq.Bu modellər ən sürətli mobil prosessor olan A18 Pro çipi ilə gəlir. Bu prosessor A17 Pro çipindən 15% daha sürətli işləyir və daha az enerji sərf edir. iPhone 16 Pro modeli 6,3 düym, iPhone 16 Pro Max modeli isə 6,9 düymlük yüksək təsvir ölçülü Super Retina displeylərə malikdir. Bu ekran həmçinin 120 Hz yeniləmə sürətinə və Dolby Vision kimi xüsusiyyətlərə malikdir.Bu da iPhone həvəskarlarını sevindirəcək xəbər hesab edilə bilər.


Kamera özəllikləri
iPhone 16
Apple hər il kamera performansını təkmilləşdirməyə davam edir.Bunun məntiqi nəticəsi kimi, iPhone 16-nın arxa tərəfində iki kameraya yer verilib: OIS dəstəyi ilə 48 meqapiksellik əsas kamera və 12 meqapiksellik ultra geniş bucaqlı kamera. Əsas kameranın f/1.6 diyaframı sayəsində zəif işıqda belə aydın və parlaq fotolar çəkmək mümkündür. Ultra geniş bucaqlı kamera f/2.4 diyaframa və 13 mm fokus uzunluğuna malikdir.iPhone 16 həm ön, həm də arxa kameraları ilə 4K təsvir ölçüsündə 60 FPS video çəkə bilir. O, həmçinin Full HD və 240 FPS yavaş hərəkətli video çəkmək imkanı da təqdim edir. Ön kamera tərəfində 12 meqapiksel təsvir təklif edən obyektiv var və bu kamera yüksək keyfiyyətli selfilər və video zənglər üçün ideal seçim olacaq kimi görünür.

iPhone 16 Plus
Arxa panelə baxdığımızda bir-birinin altında olmaqla hazırlanmış iki kamera görürük. Burada 48 meqapiksellik əsas kamera 12 meqapiksellik ultra geniş bucaqlı obyektivlə müşayiət olunur. Ön paneldə 12 meqapiksellik selfi kamerası var. Hər iki tərəfdən 4K / 1080p video çəkilişi mümkündür.

iPhone 16 Pro və iPhone 16 Pro Max
iPhone 16 Pro və iPhone 16 Pro Max kamera performansında böyük yeniliklərlə gəlir. Əsas kamera iPhone 15 Pro Max-da gördüyümüz güclü performansı 48 meqapiksellik və f / 1.8 diyaframı ilə qoruyur. Bundan əlavə, 5x optik böyütmə qabiliyyətinə malik 12 meqapiksellik periskop telefoto kamera da bu modellərə daxildir. Ən böyük dəyişiklik 12 meqapiksellik geniş bucaqlı kameranı əvəz edən 48 meqapiksellik geniş bucaqlı kameradır. Bu yenilik sayəsində geniş bucaqlı kadrlarda daha çox təfərrüat və aydınlıq təmin edilir.

Yeni A18 Pro prosessoru tərəfindən dəstəklənən bu kameralar indi 4K 120 FPS video qeyd etməyə imkan verir və JPEG-XL formatı ilə daha yüksək dəqiqlikdə fotoşəkillər çəkilə bilər. Ön tərəfdə 4K 60 FPS video qeydə ala bilən 12 meqapiksellik kamera var. Bundan əlavə, yeni əlavə edilmiş fiziki düymə istifadəçilərə barmaq hərəkətləri ilə fokuslanmağa və böyütməyə imkan verir, foto və video çəkilişlərində böyük rahatlıq təmin edir.

Yeni tanıdılan digər ''Apple'' məhsulları hansılardır?

Yenicə tanıtımı olunmuş digər Apple məhsulları isə aşağıdakılardır:

''Watch Series 10'', ''Watch Ultra 2'',''AirPods 4'','' AirPods Pro 2'',''AirPods Max''

Buraya klik edərək ''Mymarket.az'' platforması daxilində satışda olan iPhone modelləri ilə tanış ola bilərsiniz.

Bəs siz necə düşünürsünüz?Apple yeni modelləri ilə uğurlu ola biləcək mi?

 

Diqqət