Mobil nömrənizi daxil edin
OTP kodu daxil edin
Uğurlu giriş

Hesabınıza daxil oldunuz.

Anbardar

premium
Elanını Premium et 1 gün - 1₼
Məhsulun ümumi təsviri
  • Şəhər Bakı
  • Şirkət Prime Cotton
  • Çatdırılma Xeyr
  • Kredit Xeyr
  • Barter Xeyr
Məhsul haqqında
Təsvir:


Mal və materialların anbarda sistemli, ardıcıl və səliqəli şəkildə yerləşdirilməsini təmin etmək.
Saxlanma rejimi, təhlükəsizlik və salamatlıq şərtlərinə, sənədləşdirmə və mədaxil-məxaric sənədlərinin təhvil qaydalarına riayət olunmasına nəzarət etmək.
Sifarişlər əsasında malların düzgün bölgüsünü aparmaq, anbar stokunda yoxlama aparmaq və yalnız mövcudluq təsdiqləndikdən sonra 1C proqramı və ya elektron məktub vasitəsilə buraxılışını icra etmək.
Sifariş edilən mal anbar stokunda yoxdursa, bu barədə dərhal təchizat şöbəsinə məlumat vermək.
Anbara daxil olan mal-materialın elektron qaimə və ya hesab-faktura ilə uyğunluğunu yoxlamaq və sayımda iştirak etmək.
Rəsmiləşdirmə və mədaxil-məxaric sənədlərinin təhvilinə nəzarət, müvafiq hesabatların hazırlanması.
Anbarda yanğına qarşı ləvazimatların olması və işlək vəziyyətdə olması, avadanlıqların vəziyyətinə və vaxtında təmirinə nəzarət.
Köhnəlmiş, zərər görmüş və yararsız malların müəyyən olunması və bu barədə rəhbərliyə hesabat təqdim edilməsi.
Mal və materialların inventarizasiyasının planlaşdırılması, təşkili və icrasında iştirak.
Əmtəə-maddi sərvətlərin inventarlaşma proseslərində aktiv iştirak etmək.


Texniki biliklər:


Anbarda təhlükəsizlik qaydaları və yanğından mühafizə normaları barədə məlumatlı olmalıdır.
Anbarda avadanlıq və materialların saxlanma şərtləri və standartlarını bilməlidir.
Azərbaycan Respublikası Mülki Hüquq, Əmək, Maliyyə və Təsərrüfat qanunvericiliyinin əsasları üzrə ümumi biliklərə malik olmalıdır.
Qaimə-faktura, təhvil-təslim sənədləri və mədaxil-məxaric sənədləri üzrə məlumatlı olmalıdır.
Anbar təsərrüfatının təşkili ilə bağlı əsasnamə, təlimat və digər normativ sənədləri oxuya və tətbiq edə bilməlidir.
Mal-material qiymətlilərinin sistematika üzrə yerləşdirilməsi qaydalarını bilməli və tətbiq etməyi bacarmalıdır.
Daxili əmək intizam qaydaları, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası üzrə normativ tələblərə ciddi riayət etməlidir.


Tələblər:


Təhsil: Ali və ya orta ixtisas təhsili (iqtisadiyyat, logistika, mühəndislik və ya oxşar sahələr üzrə)
İş təcrübəsi: Müvafiq sahə üzrə 3 il iş təcrübəsi
Dil bilikləri: Azərbaycan dili – sərbəst, Rus dili – arzuolunandır


Kompüter bilikləri:


Windows əməliyyat sistemi
MS Office proqramları (xüsusilə Excel, Word)
1C ERP proqramı üzrə baza bilikləri


Vakansiya haqqında:


Vakansiya növü Tam ştat
Təcrübə 3-4 il
Vəzifə dərəcəsi Mütəxəssis
Təhsil Bakalavr


Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
  • Elan nömrəsi: 6886176
  • Baxış sayı: 26
  • Yenilənmə tarixi: 1 ay əvvəl
Şərhlər
Şərh yoxdur.
Şikayət et
Şikayətin səbəbini seçin
Dələduz
Artıq satılıb
Kontaktlar yanlış göstərilib
Şübhəli iş elanı
0 /100
Şikayətiniz baxışa göndərildi

Şikayətiniz moderatorlar tərəfindən baxıldıqdan sonra elanın saytın İstifadəçi şərtləri və Qaydalarını pozduğu halda saytdan silinəcəkdir.

Elanı Premium edin

Elanınız ana səhifədəki və axtarış nəticələrindəki Premium bölməsində təsadüfi qaydada göstəriləcək.

Xidmətin müddətini seçin
Ödəniş üsulunu seçin

Ödəniş etməklə İstifadəçi şərtləriQaydalar ilə razılaşırsınız

Diqqət