Mobil nömrənizi daxil edin
OTP kodu daxil edin
Xoş gəldiniz

Hesaba uğurla daxil oldunuz.

Aparıcı Mühasib

premium
Elanını Premium et 1 gün - 1₼
Məhsulun ümumi təsviri
  • Şəhər Bakı
  • Şirkət Zəhmət Ruzi MMC (SAB)
  • Maliyyə vakansiyalar Mühasib
  • Çatdırılma Xeyr
  • Kredit Xeyr
  • Barter Xeyr
Məhsul haqqında
Vəzifə öhdəlikləri

Qaimə-fakturaların uçotunu aparılması, onların elektron informasiya sistemində doldurulmasının düzgünlüyünə, vaxtında verilməsinə və vergi qanunvericiliyinin tələblərinə riayət olunmasına nəzarət etməlidir.


Mühasibat hesabının müxtəlif sahələri üzrə əməliyyatları (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərə və s. hesabı) yerinə yetirməlidir.
Bütün hesab-fakturaların, xərc sənədlərini, müqavilə sənədlərini və onlardan irəli gələn aktları, qaimə-fakturaların hazırlanması və qəbul edilməsi, qeydiyyata alınması, yoxlanılması və müvafiq ödənişin icra edilməsi üçün hazırlamalıdır.
Maliyyə intizamının yerinə yetirilməsinə və ehtiyatlardan səmərəli istifadəyə yönəlmiş tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etməlidir.
Vergi, Statistika və digər dövlət nəzarət orqanlarına aylıq, rüblük, illik hesabatlar və bəyannamələrin hazırlanmasında iştirak etmək.
Uçot sənədlərinin qanunvericiliyə uyğun formada tərtib edilməsinə nəzarət etməli və uçotun Cəmiyyətin vergi siyasətinə uyğunluğunu təmin etməlidir.
Pul vəsaitlərinin, əmtəə-maddi qiymətlilərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesabında əks etdirməlidir.
Məhsulun (işin, xidmətin) maya dəyəri və hesabat kalkulyasiyasını tərtib etməlidir.
Hesabların uçotunun yoxlanılması: mühasibatlıq hesablarının dəqiqliyinin və uyğunluğunun yoxlanılması, uçot qeydlərinin və maliyyə hesabatlarının düzgünlüyünü təmin etməlidir.
Daxili və kənar audit yoxlaması və ya digər yoxlamalar zamanı daxil olan sorğuları vaxtında cavablandırmalı, sorğu edilmiş məlumatları Cəmiyyətin daxili prosedur qaydalarına əsasən təqdim etməlidir.
Hesabat tərtib etmək üçün uçotun müvafiq sahələr üzrə məlumatları hazırlamalı və elektron uçotunu aparmalıdır.
Əsas vəsaitlərin alınması, amortizasiyası və ləğv edilməsinin qeydlərini aparmaq.
Əməliyyatların 1C (ERP) proqramında işlənməsi.


Tələblər


Təhsil: Ali iqtisadi təhsil (Maliyyə, Mühasibat uçotu və İqtisadi təhsil sahələrdə bakalavr dərəcəsi);
Aparıcı mühasib olaraq ən az 2-3 il iş təcrübəsi;
Azərbaycan dili səlis, rus dili biliyi yaxşı, ingilis dili orta səviyyədə;
Peşəkar mühasib sertifikatı üstünlükdür;
MS Windows, MS Office (Excel, Word, Outlook) əla səviyyədə;
1C (8.3 ERP) proqramını orta səviyyədə bilmək.
Vergi məcəlləsi, Əmək məcəlləsi, Mülki Məcəllə və digər qanunlar və qanunvericilik aktları üzrə biliklər
Bütün növ elektron vergi və dövlət portalları ilə işləmə təcrübəsi


İş şərtlərimiz:


Əmək haqqı: 1200 AZN (Net)
İş qrafiki : Tam iş günü (5 gün);
İş saatları: 09:00-18:00;
Nahar verilir
Ünvan: Xırdaln şəhəri, Həsən Əliyev 38


Maraqlanan şəxslərdən CV-ni Aparıcı Mühasib başlığı altında elektron poçt ünvanına göndərə bilərlər.
  • Elan nömrəsi: 5031225
  • Baxış sayı: 54
  • Yenilənmə tarixi: 1 ay əvvəl
Şikayət et
Şikayətin səbəbini seçin
Dələduz
Artıq satılıb
Kontaktlar yanlış göstərilib
Şübhəli iş elanı
0 /100
Şikayətiniz baxışa göndərildi

Şikayətiniz moderatorlar tərəfindən baxıldıqdan sonra elanın saytın İstifadəçi şərtləri və Qaydalarını pozduğu halda saytdan silinəcəkdir.

Elanı Premium edin

Elanınız ana səhifədəki və axtarış nəticələrindəki Premium bölməsində təsadüfi qaydada göstəriləcək.

Xidmətin müddətini seçin
Ödəniş üsulunu seçin

Ödəniş etməklə İstifadəçi şərtləriQaydalar ilə razılaşırsınız

Diqqət