Mobil nömrənizi daxil edin
OTP kodu daxil edin
Xoş gəldiniz

Hesaba uğurla daxil oldunuz.

Aparıcı mühasib

premium
Elanını Premium et 1 gün - 1₼
Məhsulun ümumi təsviri
  • Şəhər Bakı
  • Şirkət İntelfinans MMC
  • Maliyyə vakansiyalar Mühasib
  • Çatdırılma Xeyr
  • Kredit Xeyr
  • Barter Xeyr
Məhsul haqqında
Vəzifə öhdəlikləri


Maliyyə və mühasibat şöbəsinə rəhbərlik, mühasibat işçilərinin işlərinə nəzarət.
Mühasibat və vergi uçotunun aparılması.
Şirkətin maliyyə vəziyyətinin təhlili və hesabatların rəhbərliyə təqdim edilməsi.
Şirkətin maliyyə əməliyyatlarının idarə edilməsi, uçot sistemində dəqiq əks etdirilməsi, gəlir və xərclərin düzgün uçotunun təmin edilməsi, əsas vəsaitlərin uçotunun aparılması və amortizasiya hesablamalarının düzgün həyata keçirilməsi.
ƏMAS portalında işləmək, kadr əməliyyatlarının aparılması.
Əmək haqqı və podratçılara xidmət haqqının hesablanmasının həyata keçirilməsi, əmək müqavilələrinə uyğun olaraq işçilərin məvacib və digər ödənişlərinin (məzuniyyət, ezamiyyət, müxtəlif növ iş rejimlərinə uyğun əməkhaqqı hesablanması, əlavələr, xəstəlik vərəqəsi, bonus və s.) düzgün hesablanması və vaxtında ödənilməsi.
Debitorlara elektron qaimə, hesab faktura və aktların hazırlanıb, göndərilməsi.
Podratçılardan elektron qaimələrin alınmasının təmin edilməsi.
Bank və depozit hesabından köçürmələrin icra edilməsi, pul vəsaitlərinin hərəkətinə nəzarət və maliyyə axınlarının planlaşdırılması.
Satış və satınalma əməliyyatlarının uçotunun aparılması, həmçinin mal-material ehtiyatlarının mühasibat uçotunda dəqiq qeyd edilməsi.
Vergi qanunvericiliyinə uyğun olaraq şirkətin vergi öhdəliklərinin düzgün hesablanması, vaxtında yerinə yetirilməsi, ƏDV, mənfəət vergisi, gəlir vergisi və digər bütün vergi növləri üzrə hesabatların hazırlanması, təqdim edilməsi, vergi yoxlamaları zamanı lazımi sənədlərin təqdim edilməsi.
1C mühasibat və ERP proqramının yığılması, elektron sənəd dövriyyəsinin idarə edilməsi.
Debitor və kreditorlarla işləmək.
Balansın işlənməsinə nəzarət.


Əsas tələblər:


Vergi qanunvericiliyi,
1C və ERP proqramlarında işləmək bacarığı,
Rus dili.


İş şəraiti:


Həftə içi 5 gün, 9:00-18:00-dək.
Əmək haqqı net 2000 AZN.
  • Elan nömrəsi: 8819672
  • Baxış sayı: 142
  • Yenilənmə tarixi: 1 ay əvvəl
Şikayət et
Şikayətin səbəbini seçin
Dələduz
Artıq satılıb
Kontaktlar yanlış göstərilib
Şübhəli iş elanı
0 /100
Şikayətiniz baxışa göndərildi

Şikayətiniz moderatorlar tərəfindən baxıldıqdan sonra elanın saytın İstifadəçi şərtləri və Qaydalarını pozduğu halda saytdan silinəcəkdir.

Elanı Premium edin

Elanınız ana səhifədəki və axtarış nəticələrindəki Premium bölməsində təsadüfi qaydada göstəriləcək.

Xidmətin müddətini seçin
Ödəniş üsulunu seçin

Ödəniş etməklə İstifadəçi şərtləriQaydalar ilə razılaşırsınız

Diqqət