Mobil nömrənizi daxil edin
OTP kodu daxil edin
Xoş gəldiniz

Hesaba uğurla daxil oldunuz.

Baş Mühasib (Supermarket Şəbəkəsi)

premium
Elanını Premium et 1 gün - 1₼
Məhsulun ümumi təsviri
  • Şəhər Bakı
  • Şirkət Melissa Group
  • Maliyyə vakansiyalar Mühasib
  • Çatdırılma Xeyr
  • Kredit Xeyr
  • Barter Xeyr
Məhsul haqqında
İş şəraiti:


İş qrafiki: 5 günlük iş qrafikinə əsasən tənzimlənir
Əməkhaqqı: Müsahibə əsasında müəyyən olunur
İş yeri: Bakı şəhəri, Yasamal rayonu, Melissa Store supermarketi


İşin Təsviri:


Supermarket şəbəkəsinin mühasibat uçotunun tam və düzgün aparılmasını təmin etmək;
Maliyyə əməliyyatlarının düzgün qeydiyyatını aparmaq və aylıq maliyyə hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək;
Vergi bəyannamələrinin, DSMF və statistika hesabatlarının vaxtında hazırlanması və təqdim olunması;
Debitor və kreditor borclarını izləmək və uyğunlaşdırmaq;
Təchizatçılar və tərəfdaşlarla maliyyə hesablaşmalarını nəzarətdə saxlamaq;
Bank əməliyyatlarının idarə edilməsi və müvafiq sənədlərin hazırlanması;
Mühasibat və vergi uçotunun qurulması, qanunvericiliyə əsasən, sənədlərin düzgün arxivləşdirilməsini təmin etmək;
Vergi və digər maliyyə yoxlamaları zamanı hesabatların hazırlanması və təqdim olunması.


Namizədə Tələblər:


Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat üzrə ali təhsil;
Mühasibatlıq sahəsində minimum 5 il iş təcrübəsi (supermarket və ya pərakəndə satış sektorunda təcrübə üstünlükdür);
Azərbaycan Respublikasının Vergi Məcəlləsi və mühasibat uçotu ilə bağlı qanunvericiliyi üzrə yüksək biliklər;
1C mühasibatlıq proqramında və digər mühasibat proqramlarında yüksək səviyyədə işləmə bacarığı;
Microsoft Office proqramlarında (xüsusilə Excel) peşəkar səviyyədə işləmə bacarığı;
Məsuliyyətli, dəqiq və analitik düşüncə qabiliyyətinə malik olmaq;
Azərbaycan dilində sərbəst danışmaq, rus və ingilis dili bilikləri üstünlükdür.


Müraciət qaydası:
Uyğun namizədlərdən CV-lərini mövzu yerinə “Baş Mühasib” qeyd edərək, elektorn poçt ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
  • Elan nömrəsi: 2811470
  • Baxış sayı: 74
  • Yenilənmə tarixi: 1 ay əvvəl
Şikayət et
Şikayətin səbəbini seçin
Dələduz
Artıq satılıb
Kontaktlar yanlış göstərilib
Şübhəli iş elanı
0 /100
Şikayətiniz baxışa göndərildi

Şikayətiniz moderatorlar tərəfindən baxıldıqdan sonra elanın saytın İstifadəçi şərtləri və Qaydalarını pozduğu halda saytdan silinəcəkdir.

Elanı Premium edin

Elanınız ana səhifədəki və axtarış nəticələrindəki Premium bölməsində təsadüfi qaydada göstəriləcək.

Xidmətin müddətini seçin
Ödəniş üsulunu seçin

Ödəniş etməklə İstifadəçi şərtləriQaydalar ilə razılaşırsınız

Diqqət