Mobil nömrənizi daxil edin
OTP kodu daxil edin
Uğurlu giriş

Hesabınıza daxil oldunuz.

Data Governance Expert

Məhsulun ümumi təsviri
  • Şəhər Bakı
  • Şirkət Datalead MMC
premium
Elanı Premium et 1 gün - 1₼
Məhsul haqqında
Vəzifə haqqında


DataLead şirkəti məlumatların idarə olunması sahəsində təcrübəli və sistemli düşüncə tərzinə malik Data Governance mütəxəssisi axtarır. Namizəd data siyasətlərinin, keyfiyyət standartlarının və metadata idarəetmə çərçivələrinin formalaşdırılması və tətbiqi proseslərində əsas rol oynayacaq.
Bu vəzifə həm texniki komandalar (Data Engineering, BI, AI/ML), həm də biznes tərəflərlə sıx əməkdaşlıq edərək, təşkilat səviyyəsində məlumatların keyfiyyətli, etibarlı və izlənəbilən şəkildə idarə olunmasını təmin etməyə yönəlib.


Namizəddən tələb olunan bilik və bacarıqlar


Minimum 2 il Data Governance, Data Management və ya Data Quality sahəsində təcrübə;
Data Management Body of Knowledge (DMBOK) prinsipləri barədə bilik;
Məlumat keyfiyyəti, metadata, master data və data lineage anlayışları üzrə praktiki bilik;
SQL sorğularını oxuma və məlumat keyfiyyəti yoxlamaları aparma bacarığı;
Data təhlükəsizliyi, məxfilik və uyğunluq (GDPR, ISO/IEC 27001 və s.) prinsipləri üzrə anlayış;
Məlumat inteqrasiyası və ETL prosesləri haqqında ümumi bilik;
Jira və Confluence ilə işləmə təcrübəsi;
İngilis dili – texniki sənədləşmə və kommunikasiya üçün yetərli səviyyədə.


Vəzifə üzrə başlıca öhdəliklər və məsuliyyətlər


Data Governance siyasət və prosedurlarının hazırlanması və tətbiqi;
Data kataloqlaşdırma, metadata və data lineage proseslərinin formalaşdırılması və idarə edilməsi;
Data keyfiyyəti göstəricilərinin (DQ metrics) müəyyən edilməsi və monitorinqi;
Məlumatların təsnifləşdirilməsi və təhlükəsizlik siyasətləri ilə uyğunluğunun təmin edilməsi;
Məlumat sahibləri (data owners), data steward-lar və digər iştirakçılar arasında məsuliyyət bölgüsünün təşkili;
Data standardization, master data management (MDM) və referans məlumatların idarə edilməsi;
OpenMetadata, Collibra, Alation və ya bənzər alətlərlə işləmə (üstünlük sayılacaq);
Layihə komandaları ilə birlikdə data keyfiyyəti və uyğunluq (compliance) proseslərinin izlənməsi;
Təşkilat daxilində data mədəniyyətinin formalaşdırılmasına dəstək vermək.


 Üstünlük sayılacaq


DAMA və ya DCAM çərçivələri ilə işləmə təcrübəsi;
Data kataloqlaşdırma və governance alətləri ilə (OpenMetadata, Collibra, Talend, Informatica, s.) təcrübə;
Data Lakehouse və ya DWH mühitlərində təcrübə;
Daxili audit fəaliyyətlərində iştirak təcrübəsi;
Güclü analitik düşüncə, sistemli yanaşma və komanda işinə açıq davranış.


İş şəraiti


 İş qrafiki: Həftənin 5 günü (09:00-18:00) 
 İstirahət günü: Şənbə və bazar
 Əmək haqqı: Razılaşma əsasında 


Namizədlərdən öz CV-lərini “Data Governance Expert” başlığı altında Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
  • Elan nömrəsi: 9098553
  • Baxış sayı: 3
  • Yenilənmə tarixi: 2 saat əvvəl
Şərhlər
Şikayət et
Şikayətin səbəbini seçin
Dələduz
Artıq satılıb
Kontaktlar yanlış göstərilib
Şübhəli iş elanı
0 /100
Şikayətiniz baxışa göndərildi

Şikayətiniz moderatorlar tərəfindən baxıldıqdan sonra elanın saytın İstifadəçi şərtləri və Qaydalarını pozduğu halda saytdan silinəcəkdir.

Elanı Premium edin

Seçilən elan ana səhifədəki və axtarış nəticələrindəki Premium bölməsində təsadüfi qaydada göstəriləcək.

Xidmətin müddətini seçin
Ödəniş üsulunu seçin

Ödəniş etməklə İstifadəçi şərtləriQaydalar ilə razılaşırsınız

Diqqət