Mobil nömrənizi daxil edin
OTP kodu daxil edin
Uğurlu giriş

Hesabınıza daxil oldunuz.

Daxili audit və təftiş üzrə menecer

Məhsulun ümumi təsviri
  • Şəhər Bakı
  • Şirkət Melissa Group
  • Maliyyə vakansiyalar Audit
premium
Elanı Premium et 1 gün - 1₼
Məhsul haqqında
İş şəraiti


İş qrafiki: 5 günlük iş qrafikinə əsasən tənzimlənir
Əməkhaqqı: 3500-4000 AZN
İş yeri: “Melissa Group” (Baş ofis)


Əsas vəzifə öhdəlikləri


Risk əsaslı daxili nəzarətin təşkili və risk əsaslı yoxlamaların həyata keçirilməsini təmin etmək;
Daxili nəzarət və təftiş funksiyasının icrası üçün müxtəlif analitik və operativ təhlil, təftiş, yoxlama proseslərinin planlanmasında və icrasında iştirak etmək;
Sifariş verilən mallarla, təhvil verilən malların uyğunluğunu nəzarətdə saxlamaq;
Həftəlik və aylıq satış hesabatı üzrə Firmalarla üzləşmə Aktları tərtib etmək hər iki tərəfə imzalatmaq;
Maliyyə hesabatlarının düzgünlüyünü, vergi, mühasibat uçotu və digər normativ-hüquqi aktlara uyğun aparıldığını yoxlamaq;
Maliyyə və uyğunluq auditlərinin vaxtında həyata keçirilməsini təmin etmək üçün audit prosesini aktiv şəkildə idarə edilməsi;
Maliyyə və material risklərinin aşkarlanması və qabaqlayıcı tədbirlərin görülməsi;
Gündəlik olaraq ödənilən vəsaitin təyinatını araşdirib həqiqiliyini yoxlamaq;
Borcla bağlı uyğunsuzluqları təsbit etmək, nəticəsini aktlaşdırıb Firma Rəhbərliyinə təqdim etmək;
Müəssisənin bölmələrində sayım, üzləşmə, yoxlama və inventarizasiya aparılmasını təşkil edir; 
Əməkdaşlıq edilən şirkətlərə ödənişlərin borclara və satış şərtlərinə uyğun aparılmasının yoxlanılması;
Şirkətin anbarları arasında mal hərəkətinin 1C proqramında baxılması və əməliyyatların düzgünlüyünə nəzarət edilməsi;
Anbarlar üzrə mal qalıqlarının təhlili və uyğunlaşdırılması;
İllik Təftiş planının tərtibi və plana uyğun təftiş prosedurlarını həyata keçirmək.


Namizədə tələblər 


Ali təhsil (maliyyə, audit, mühasibatlıq, iqtisadiyyat və ya mühəndislik sahələri üzrə);
Minimum 3 il audit və ya təftiş sahəsində rəhbər vəzifədə iş təcrübəsi (tikinti sahəsində təcrübəyə üstünlük verilir) mütləqdir;
Maliyyə və tikinti sənədləri ilə işləmək bacarığı;
Qanunvericilik və audit standartları haqqında biliklər;
Yüksək analitik düşünmə və təhlil bacarığı;
MS Office proqramlarında (xüsusilə Excel) sərbəst işləmək bacarığı;
1 C proqramında sərbəst işləmə bacarığı;
Müstəqil işləmək və hesabat vermək bacarığı;
Komandada işləmək və strukturla effektiv ünsiyyət bacarığı.


Uyğun namizədlərdən CV-lərini mövzu yerinə “Daxili audit və təftiş üzrə menecer” qeyd edərək, Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Qeyd: Yalnız müvafiq istiqamətdə rəhbər vəzifədə iş təcrübəsi olan namizədlərin CV-lərinə baxılacaq.
  • Elan nömrəsi: 1131389
  • Baxış sayı: 105
  • Yenilənmə tarixi: 20 gün əvvəl
Şərhlər
6
6592773 11.03.2026 14:03
https://careers.ram.az/?vacancy=2182&source=UC_HBS8ZI
Şikayət et
Şikayətin səbəbini seçin
Dələduz
Artıq satılıb
Kontaktlar yanlış göstərilib
Şübhəli iş elanı
0 /100
Şikayətiniz baxışa göndərildi

Şikayətiniz moderatorlar tərəfindən baxıldıqdan sonra elanın saytın İstifadəçi şərtləri və Qaydalarını pozduğu halda saytdan silinəcəkdir.

Elanı Premium edin

Seçilən elan ana səhifədəki və axtarış nəticələrindəki Premium bölməsində təsadüfi qaydada göstəriləcək.

Xidmətin müddətini seçin
Ödəniş üsulunu seçin

Ödəniş etməklə İstifadəçi şərtləriQaydalar ilə razılaşırsınız

Diqqət