Mobil nömrənizi daxil edin
OTP kodu daxil edin
Uğurlu giriş

Hesabınıza daxil oldunuz.

Elektrik mühəndisi (Göyçay şəhəri)

Məhsulun ümumi təsviri
  • Şəhər Bakı
  • Şirkət PASHA Technology
Məhsul haqqında
Əsas öhdəliklər:


Yüksək və alçaq gərginlikli kommutasiya aparatlarının, elektrik panellərinin və enerji paylama sistemlərinin istismarının və texniki xidmətinin təmin edilməsi.
UPS sistemlərinin, dizel generatorlarının və ehtiyat enerji sistemlərinin fasiləsiz və etibarlı işləməsinin təmin edilməsi.
Soyutma və iqlimləndirmə avadanlıqlarının (CRAH, CRAC, Chiller və s.) istismarının və texniki xidmətinin həyata keçirilməsi.
BMS, HMI və enerji monitorinq sistemləri vasitəsilə avadanlıqların daimi monitorinqinin aparılması və zəruri hallarda operativ müdaxilənin təmin edilməsi.
Profilaktik və planlı texniki xidmət (PPM) işlərinin planlaşdırılması, təşkili və icrasının təmin edilməsi.
Enerji kəsintiləri və elektrik avadanlıqlarında yaranan nasazlıqların operativ şəkildə müəyyən edilməsi və aradan qaldırılması.
Təmir, yenilənmə və texniki təkmilləşdirmə işləri zamanı aidiyyəti şöbə və departamentlərlə koordinasiyanın təmin edilməsi.
Elektrik təhlükəsizliyi qaydalarına, standartlara və şirkətin daxili siyasət və prosedurlarına riayət olunmasının təmin edilməsi.
Texniki hesabatların hazırlanması, SOP, MOP və EOP sənədlərinin tərtib edilməsi və mütəmadi yenilənməsinin təmin edilməsi.
Data Mərkəzləri əməliyyatlarının yüksək əlçatanlıq prinsiplərinə və Tier standartlarının tələblərinə uyğun şəkildə idarə olunmasının təmin edilməsi.


Tələb olunan bilik və bacarıqlar:

Təhsil:


Müvafiq istiqamət üzrə Ali təhsil.


Təcrübə


Müvafiq sahə üzrə minimum 1–3 il iş təcrübəsi (kritik infrastruktur və ya sənaye obyektlərində təcrübə üstünlükdür).
UPS, dizel generator, elektrik paylama sistemləri və soyutma avadanlıqları üzrə texniki bilik.
Data Mərkəzləri mühiti və Tier standartları haqqında anlayış.
İT xidmətləri və infrastrukturunun əsas prinsipləri barədə ilkin bilik.
MS Office proqramlarında işləmə bacarığı.
Azərbaycan və İngilis dillərində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı.
Analitik düşünmə və problemlərin operativ həlli bacarığı.
Müstəqil və komanda şəraitində işləmə bacarığı.
Öyrənməyə açıq və peşəkar inkişafa meylli olmaq.


Dil bilikləri:


İngilis dili - Yaxşı
Azərbaycan dili - Ana dili
Rus dili – Yaxşı


Fərdi bacarıqları\ Davranışlar:


Biliyini artırmaq və özünü inkişaf etdirmək arzusu;
Gündəlik əməliyyatlarda dürüst olmaq: 
Əməliyyatların keyfiyyətini təmin etmək;
Qurum daxilində, həmkarlar, təchizatçılar və tərəfdaşlarla sıx əməkdaşlıq prinsiplərinə əməl etmək.


Müraciət etmək istəyən namizədlər vakansiyanın adını “mövzu” bölməsində qeyd etməklə CV-ni Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. İşə qəbul prosesinin növbəti mərhələsi üçün  vakansiyanın tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.
  • Elan nömrəsi: 2508859
  • Baxış sayı: 1
  • Yenilənmə tarixi: 3 saat əvvəl
Şərhlər
Şikayət et
Şikayətin səbəbini seçin
Dələduz
Artıq satılıb
Kontaktlar yanlış göstərilib
Şübhəli iş elanı
0 /100
Şikayətiniz baxışa göndərildi

Şikayətiniz moderatorlar tərəfindən baxıldıqdan sonra elanın saytın İstifadəçi şərtləri və Qaydalarını pozduğu halda saytdan silinəcəkdir.

Diqqət