Mobil nömrənizi daxil edin
OTP kodu daxil edin
Uğurlu giriş

Hesabınıza daxil oldunuz.

Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik üzrə mühəndis

Məhsulun ümumi təsviri
  • Şəhər Bakı
  • Şirkət Retail Group Azerbaijan
premium
Elanı Premium et 1 gün - 1₼
Məhsul haqqında
İş şəraiti


İş yeri: Nargiz Mall Baş Ofis
İş vaxtı: 5 günlük (həftədə 40 saat) Şənbə - Bazar istirahət günləri


Namizədə dair tələblər:


Müvafiq sahədə 3 il iş təcrübəsi;
Ali təhsil (müvafiq sahə üzrə);
SƏTƏM üzrə müvafiq sertifikatlar;
MS office proqramlarında işləmə bacarığı;
Əmək Məcəlləsi, Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik , Yanğın Təhlükəsizliyi haqqında qanun və normativ hüquqi aktlar haqqında biliklər


Üstünlük verilir:


İngilis dili biliyi;
SƏTƏM sahəsində beynəlxalq standartlara (ISO 45001, ISO 14001 və s.) dair anlayış
Risklərin qiymətləndirilməsi və sənədləşdirmə bacarığı
Təlimlərin hazırlanması və keçirilməsi təcrübəsi
Təşkilati və analitik düşünmə bacarığı
Yaxşı ünsiyyət və təqdimat bacarıqları


Vəzifə funksiyaları:


İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizliyinə nəzarət edilməsi
Sağlamlıq və təhlükəsizlik proseslərinin idarəedilməsi
Əməyin mühafizəsinin yerli əmək qanunvericiliyinin tələblərinə uyğun təşkili
İş yerlərində təhlükələrin müəyyən olunması və risklərin qiymətləndirilməsi prosesinin idarə edilməsi, nəzarət tədbirlərinin görülməsi
Baş verə biləcək xəsarət və zədələnmələrin qarşısının alınması üzrə önləyici tədbirlərin görülməsi
Qəza, insident və bədbəxt hadisələrin araşdırılması, hesabatların hazırlanması
Bədbəxt hadisələrin, qəzaların araşdırılması və məruzə edilməsi
Əməyin təhlükəsizliyi üzrə daxili qaydalar, təlimatlar və prosedurların hazırlanması və tətbiqi
İlk yardımın əsasları və bu istiqamət üzrə təlimatların keçirilməsi
İş yerlərində həftəlik, aylıq, rüblük və illik yoxlamaların (inspeksiyaların) aparılması
Yanğın təhlükəsizlik proseslərinin idarə edilməsi
İş yerlərində sanitar texniki vəziyyətin yoxlanılması
Avadanlıqların, binaların, qurğuların əməyin mühafizəsi üzrə texniki vəziyyətinin yoxlanılması
İşə qəbul olan işçi heyətə giriş və yanğın təhlükəsizliyi qaydaları haqqında təlimatın keçirilməsi
SƏTƏM üzrə dövrü təlimlərin keçirilməsinə nəzarət
Fövqəladə hallar planlarının hazırlanması və ən azı ildə bir dəfə təlimlərin təşkili
Rəhbərliyə dövri hesabatların təqdim olunması (aylıq, rüblük, illik)
Əməyin mühafizəsi və texniki təhlükəsizliyi ilə əlaqədar bütün məsələlər üzrə dövlət orqanlarıının rəsmi sorğular, yoxlamalar və məlumat tələblərinə vaxtında və dəqiq cavabların verilməsini təmin etmək
Tibbi müayinədən keçirilməsinə ehtiyac olan işçilərin periodik tibbi müayinəyə yönləndirilməsinin təmin edilməsi


Sağlam və təhlükəsiz iş şəraitinin yaradılması üçün qanunvericiliyin tələblərinə uyğun bütün zəruri tədbirlərin həyata keçirilməsi.

CV-lərinizi mövzu hissəsinə “Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik üzrə mühəndis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.
  • Elan nömrəsi: 8721602
  • Baxış sayı: 11
  • Yenilənmə tarixi: 11 saat əvvəl
Şərhlər
Bənzər elanlar
Şikayət et
Şikayətin səbəbini seçin
Dələduz
Artıq satılıb
Kontaktlar yanlış göstərilib
Şübhəli iş elanı
0 /100
Şikayətiniz baxışa göndərildi

Şikayətiniz moderatorlar tərəfindən baxıldıqdan sonra elanın saytın İstifadəçi şərtləri və Qaydalarını pozduğu halda saytdan silinəcəkdir.

Elanı Premium edin

Seçilən elan ana səhifədəki və axtarış nəticələrindəki Premium bölməsində təsadüfi qaydada göstəriləcək.

Xidmətin müddətini seçin
Ödəniş üsulunu seçin

Ödəniş etməklə İstifadəçi şərtləriQaydalar ilə razılaşırsınız

Diqqət