Mobil nömrənizi daxil edin
OTP kodu daxil edin
Uğurlu giriş

Hesabınıza daxil oldunuz.

İstehsalat Rəisi

premium
Elanını Premium et 1 gün - 1₼
Məhsulun ümumi təsviri
  • Şəhər Ağdam
  • Şirkət Betonist
  • Çatdırılma Xeyr
  • Kredit Xeyr
  • Barter Xeyr
Məhsul haqqında
İstehsalat Rəisi - Prefabrik dəmir-beton məmulatları üzrə
İş yeri: Ağdam rayonu, Ağdam Sənay Parkı
İş qrafiki: Tam ştat
Əmək haqqı: Müsahibə əsasında təyin olunur

Hazırda istehsalat şöbəmizə prefabrik dəmir-beton konstruksiya elementlərinin istehsalatı üzrə təcrübəli İstehsalat Rəisi axtarırıq.

Əsas vəzifə öhdəlikləri:


Prefabrik dəmir beton məmulatlarının istehsal prosesinin planlanması, təşkili və idarə olunması.
İstehsalın layihə üzrə aparılması və son kontrolların edilməsi.
İstehsalatda texnoloji proseslərə, keyfiyyət standartlarına və təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət.
İşçilərin fəaliyyətinə rəhbərlik etmək, iş bölgüsü və nəzarəti həyata keçirmək;
İstehsalat avadanlıqlarının düzgün istismarı və vaxtında texniki baxışının təmin olunması;
İstehsalat planlarının icrasını təmin etmək və hesabatların hazırlanması;
Müvafiq dövlət orqanlarının tələblərinə və şirkət daxilində qəbul olunmuş SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit) normalarına uyğunluğun təmin edilməsi.
Sahədə yaranan suallara operativ texniki həllərin verilməsi.
Müxtəlif layihə komandaları ilə sıx əməkdaşlıq (arxitektorlar, texnoloqlar, sahə mühəndisləri və s.).


Namizəddən gözləntilər və tələblər:


Mühəndislik və ya tikinti sahəsi üzrə ali təhsil
Prefabrik dəmir-beton, beton zavodu və ya oxşar istehsalat sahəsində ən azı 3 il iş təcrübəsi;
İstehsalat proseslərinin təşkili və rəhbərliyi üzrə bilik və bacarıqlar;
Komandada idarəetmə və qərarvermə qabiliyyəti;
Güclü analitik və təşkilatçılıq bacarıqları;
MS Office proqramlarında sərbəst işləmək, istehsalat hesabatları hazırlamaq bacarığı;
Azərbaycan dilində sərbəst, rus və ingilis dillərində bilik üstünlükdür.
Komandada işləmək bacarığı, məsuliyyətli və dəqiq iş prinsipi.
Layihə üzrə vaxtında və keyfiyyətli texniki həllər təklif etmək bacarığı.


Biz sizə təklif edirik:


Yüksək ixtisaslı mühəndis komandasında işləmək imkanı.
Davamlı peşəkar inkişaf və təlim dəstəyi.
Müxtəlif tipli layihələrdə (sənaye, ticarət və s.) iştirak imkanı.
Rəqabətli əmək haqqı.
Rahat və təhlükəsiz iş şəraiti.
Karyera yüksəlişi perspektivi.
Qidalanma və yaşayış yeri


CV-nizi və əgər varsa portfolionuzu Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “İstehsalat Rəisi” başlığı ilə göndərməyinizi xahiş edirik. Yalnız ilkin seçim mərhələsindən keçmiş namizədlərlə əlaqə saxlanılacaq.
  • Elan nömrəsi: 3850136
  • Baxış sayı: 39
  • Yenilənmə tarixi: 3 həftə əvvəl
Şərhlər
Şərh yoxdur.
Şikayət et
Şikayətin səbəbini seçin
Dələduz
Artıq satılıb
Kontaktlar yanlış göstərilib
Şübhəli iş elanı
0 /100
Şikayətiniz baxışa göndərildi

Şikayətiniz moderatorlar tərəfindən baxıldıqdan sonra elanın saytın İstifadəçi şərtləri və Qaydalarını pozduğu halda saytdan silinəcəkdir.

Elanı Premium edin

Elanınız ana səhifədəki və axtarış nəticələrindəki Premium bölməsində təsadüfi qaydada göstəriləcək.

Xidmətin müddətini seçin
Ödəniş üsulunu seçin

Ödəniş etməklə İstifadəçi şərtləriQaydalar ilə razılaşırsınız

Diqqət