Mobil nömrənizi daxil edin
OTP kodu daxil edin
Xoş gəldiniz

Hesaba uğurla daxil oldunuz.

İstifadəçi təcrübəsi və dizayn şöbəsinə UIUX üzrə baş dizayner

premium
Elanını Premium et 1 gün - 1₼
Məhsulun ümumi təsviri
  • Şəhər Bakı
  • Şirkət ABB ASC
  • Vakansiyalar Digər
  • Çatdırılma Xeyr
  • Kredit Xeyr
  • Barter Xeyr
Məhsul haqqında
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə ABB komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.


Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialınızı reallaşdırmaq şansı;
rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
peşəkar kollektivdə çalışmağın üstünlüyü;
yüksək komanda ruhunda əməkdaşlıq;
karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;
əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
Bankdaxili aktiv sosial həyat.


Görəcəyiniz işlər:


Məhsul sahibi və dizayn rəhbəri ilə birgə, biznes tələblərinə və istifadəçi təcrübəsinə uyğun olaraq UX/UI dizaynlarının hazırlanması;
Biznes ehtiyaclarını anlamaq, təhlil etmək və dizayn həllərinə tətbiq etmək, dizayn qərarlarını məlumatlarla əsaslandırmaq;
Kəmiyyət və keyfiyyət UX araşdırmalarını icra etmək, istifadəçi yönümlü məhsulların hazırlanmasını təmin etmək;
Fərziyyələrin testi, istifadəyə yararlılıq testi, A/B testlər və digər eksperimental metodlarla məhsulun istifadə yönümlülüyünü yoxlamaq və dizaynı inkişaf etdirmək;
CJM-lər, User Flow, Mind Maps, İnformasiya Arxitekturası, Wireframe və Prototype-ların yaradılması;
Rəqəmsal məhsul komandasının üzvləri ilə aktiv əməkdaşlıq etmək, kommunikasiya qurmaq və dəstək vermək;
İstifadəçi geri dönüşlərini təhlil etmək, istifadəçi davranışlarını izləmək və məhsulun inkişafı üçün tövsiyələr vermək;
Genişləndirilə bilən dizayn sistemlərinin yaradılması və ya inkişaf etdirilməsi və Design System qaydalarına riayət olunmasını təmin etmək;
Məhsullar arası dizayn qaydalarına və prinsiplərinə riayət etmək, onlara töhfə vermək və yeni tendensiyalara uyğunlaşdırmaq;
Komandadaxili çevik (Agile) və digər iş proseslərinə uyğun işləmək və effektiv dizayn prosesini təmin etmək;
Dizaynların texniki uyğunluğunu təmin etmək, development komandası ilə sinxron işləmək və proqramlaşdırma üçün dəqiq dizayn materialı təqdim etmək.
Mövcud rəqəmsal məhsulların performansını təhlil etmək, UX auditi aparmaq və təkmilləşdirmə planları hazırlamaq;
Yeni texnologiyalar və dizayn trend-lərini izləmək və komandaya innovativ həllər təklif etmək.


Bizim üçün uyğun namizəd:


UX/UI dizayn sahəsində 5+ il iş təcrübəsi;
Ali təhsil;
Təcrübənizi əks etdirən portfolio;
Figma, Sketch, Adobe XD kimi dizayn alətlərində mükəmməl səviyyədə işləmək bacarığı;
Dizayn sistemləri və komponent kitabxanaları ilə işləmə təcrübəsi;
Responsive və Adaptive dizayn prinsiplərini bilmək və tətbiq etmək;
İstifadəçi tədqiqatları, məlumat analitikası və kəmiyyət/keyfiyyət araşdırmaları üzrə təcrübə;
Prototipləmə və Wireframing üzrə yüksək səviyyədə bacarıq;
İstifadəyə yararlılıq testləri (Usability Testing) və A/B testləri icra etmək bacarığı;
İnteraktiv və animasiyalı dizaynlar yaratmaq üçün After Effects, Principle və ya digər Motion alətləri ilə işləmək bacarığı (arzuolunandır);
HTML, CSS və JavaScript haqqında əsas biliklər (dizaynların texniki uyğunluğunu yoxlamaq üçün);


Əgər axtardığımız namizəd sizsinizsə linkə daxil olub qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.

Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək
  • Elan nömrəsi: 6793363
  • Baxış sayı: 56
  • Yenilənmə tarixi: 3 həftə əvvəl
Şikayət et
Şikayətin səbəbini seçin
Dələduz
Artıq satılıb
Kontaktlar yanlış göstərilib
Şübhəli iş elanı
0 /100
Şikayətiniz baxışa göndərildi

Şikayətiniz moderatorlar tərəfindən baxıldıqdan sonra elanın saytın İstifadəçi şərtləri və Qaydalarını pozduğu halda saytdan silinəcəkdir.

Elanı Premium edin

Elanınız ana səhifədəki və axtarış nəticələrindəki Premium bölməsində təsadüfi qaydada göstəriləcək.

Xidmətin müddətini seçin
Ödəniş üsulunu seçin

Ödəniş etməklə İstifadəçi şərtləriQaydalar ilə razılaşırsınız

Diqqət