Mobil nömrənizi daxil edin
OTP kodu daxil edin
Xoş gəldiniz

Hesaba uğurla daxil oldunuz.

Komplayens Departamentinin Komplayens nəzarət şöbəsinin rəhbəri

premium
Elanını Premium et 1 gün - 1₼
Məhsulun ümumi təsviri
  • Şəhər Bakı
  • Şirkət PASHA Insurance
  • Çatdırılma Xeyr
  • Kredit Xeyr
  • Barter Xeyr
Məhsul haqqında
Vəzifə öhdəlikləri:


Şirkətin fəaliyyətinin qüvvədə olan qanunvericiliyin tələblərinə uyğunluğuna nəzarət etmək, komplayens indiqatorları üzrə şirkətin mövqeyini qiymətləndirmək;
Komplayens risklərinin matrisinin formalaşdırılması prosesini idarə etmək, proseslər zəncirində risk indiqatorlarını düzgün tətbiq etməklə, risk qiymətləndirilməsini aparılmasını, açıq risklər üzrə nəzarət tədbirlərinin formalaşdırılmasını təmin etmək;
İllik monitorinq planı əsasında Şirkətin bütün prosesləri üzrə komplayens monitorinqlərin (yoxlamalar) həyata keçirilməsi prosesini idarə etmək, nəticə ilə bağlı departament rəhbərinə hesabat və tövsiyə sənədi təqdim etmək;
Monitorinqlər zamanı aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması üzrə müvafiq struktur bölmələr tərəfindən təqdim edilmiş tədbirlər planının razılaşdırılmış son icra tarixi çərçivəsində icra edilməsi prosesinə nəzarət etmək;
Qanunvericilik pozuntusuna səbəb ola biləcək risklərin aradan qaldırılması ilə əlaqədar görülməli olan tədbirlərin icrasına nəzarəti həyata keçirmək;
Hədəfli maliyyə sanksiyaları haqqında Qanunun tələblərinin şirkət daxilində tənzimlənməsinə nəzarət etmək;
Maraq toqquşması halları üzrə risklərin qiymətləndirilməsi və nəzarətin qurulması;
Beynəlxalq sığorta bazarında komplayns funksiyasının təkmilləşdirilməsi ilə bağlı “best practice”-in araşdırılması və şirkət üzrə tətbiqini təmin etmək;
Şirkətin yeni yaradılmış satış kanalları və sığorta məhsulları (buraya həmin məhsullarla bağlı ictimaiyyətə açıq material, təqdimat, press-reliz, broşura və s. daxildir) üzrə qanunvericilik tələblərinə riayət edilməsi vəziyyətinin yoxlanılması işini təşkil etmək;
Şirkət daxilində və işçilər arasında komplayens mədəniyyətinin formalaşmasını təmin etmək;
Know your customer, know your vendor proseslərində nəzarəti həyata keçirmək, mümkün ola biləcək riskləri öncədən qiymətləndirməklə müvafiq tədbirlərin görülməsi üzrə nəzarəti təmin etmək;
Komplayens departamentinin rəhbəri tərəfindən verilən digər tapşırıqları icra etmək;
Şöbə əməkdaşlarının şəxsi inkişafını, komanda ruhunu təşfiq etməklə rəhbərlik etdiyi komandanın uğurunu təmin etmək.


Biliklər


İqtisadiyyat, riyaziyyat və ya hüquq üzrə ali təhsil;
Komandanı idarəetmə, liderlik xüsusiyyətləri;
Analiz bacarığı, risk qiymətləndirilməsi bacarığı;
Kompüter bilikləri: peşəkar səviyyədə MS Office proqramlarından (xüsusilə Excel) istifadə bacarığı;
Dil bilikləri: Azərbaycan və İngilis dillərində yüksək səviyyədə biliklərin olması. Rus dili biliyi arzuolunandır;


Təcrübə

Nəzarət funksiyalarında ( Komplayens, Risklərin idarə olunması, Audit, Daxili nəzarət ) minimum 1 il rəhbər vəzifə üzrə çalışmaqla, həmin sahələrdə ən az 3 il ümumi təcrübə ( müvafiq sahələr üzrə magistr dərəcəsi, sığorta, bank və digər maliyyə institutlarında və Big4 şirkətlərində təcrübəli namizədlərə üstünlük verilir).

Bacarıqlar


Dürüstlük;
Şəffaflıq;
Komandada işləmək bacarığı;
Vaxtın səmərəli idarə edilməsi bacarığı;
Məntiqi və analitik düşüncə;
Təşəbbüskarlıq;
Şəxsi inkişafa yönümlülük;
Məqsədyönlülük;
Emosional stabillik və məsuliyyətli olmaq;
Yaxşı ünsiyyət bacarığı.


Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi elektron poçt ünvanına göndərin.
  • Elan nömrəsi: 5300550
  • Baxış sayı: 75
  • Yenilənmə tarixi: 1 ay əvvəl
Bənzər elanlar
Şikayət et
Şikayətin səbəbini seçin
Dələduz
Artıq satılıb
Kontaktlar yanlış göstərilib
Şübhəli iş elanı
0 /100
Şikayətiniz baxışa göndərildi

Şikayətiniz moderatorlar tərəfindən baxıldıqdan sonra elanın saytın İstifadəçi şərtləri və Qaydalarını pozduğu halda saytdan silinəcəkdir.

Elanı Premium edin

Elanınız ana səhifədəki və axtarış nəticələrindəki Premium bölməsində təsadüfi qaydada göstəriləcək.

Xidmətin müddətini seçin
Ödəniş üsulunu seçin

Ödəniş etməklə İstifadəçi şərtləriQaydalar ilə razılaşırsınız

Diqqət