Mobil nömrənizi daxil edin
OTP kodu daxil edin
Uğurlu giriş

Hesabınıza daxil oldunuz.

Kontent üzrə mütəxəssis - Kontakt TV

premium
Elanını Premium et 1 gün - 1₼
Məhsulun ümumi təsviri
  • Şəhər Bakı
  • Şirkət Kontakt Home
  • Çatdırılma Xeyr
  • Kredit Xeyr
  • Barter Xeyr
Məhsul haqqında
Təsvir

Platformanın kontentinin idarə olunması


Mobil, Veb və Smart TV platformalarında videokontentin mütəmadi yenilənməsi və zərurət yarandıqda dəyişdirilməsi;
Yeni filmlərin, serialların və digər video materialların əlavə edilməsi, mövcud kontentin keyfiyyətinə nəzarət edilməsi;
Catch-up (geri izləmə) kontentinin hazırlanması və vaxtında istifadəyə verilməsi;
Kontent kitabxanasının aktuallığı və müxtəlifliyinin təmin edilməsi


Qrafik materiallarla iş


Bütün platformalarda dinamik və statik bannerlərin yaradılması və vizual baxımdan cəlbedici formada təqdim edilməsi;
Bannerlərin cihaz və ekran ölçülərinə uyğunlaşdırılması, texniki tələblərə cavab verməsinin təmin edilməsi;
Marketinq kampaniyaları və aksiyalar üçün vizual materialların hazırlanmasında iştirak edilməsi.


Analiz və hesabatlılıq


Billing metrikaları üzrə məlumatların toplanması və təhlil edilməsi;
Kontent istifadəsi, abunəçi davranışları və aktivlik üzrə hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
Kontent performansını artırmaq üçün analitik nəticələr əsasında tövsiyələrin verilməsi.


İstifadəçi dəstəyi


İstifadəçi müraciətlərinin operativ araşdırılması və cavablandırılması;
Kontentlə bağlı texniki və funksional problemlərin həllində texniki komanda ilə əməkdaşlığın edilməsi;
Geribildirimlərin toplanması və təhlili ilə istifadəçi təcrübəsinin yaxşılaşdırılması.


Əlavə vəzifələr


OTT kontent bazarındakı trendlərin və rəqiblərin fəaliyyətinin izlənilməsi;
Yeni ideyaların və innovativ həllərin hazırlanması, tətbiq edilməsi;
Kontentin geniş auditoriyaya çatdırılması üçün marketinq komandası və tərəfdaşlarla əməkdaşlıq edilməsi.


Tələblər


Rəqəmsal kontent idarəçiliyi, media və ya OTT sahəsində ən azı 1–2 illik iş təcrübəsi;
Video kontent formatları, keyfiyyət standartları və metadata prinsipləri haqqında biliklər;
Qrafik dizayn sahəsində bacarıqlar (Adobe Photoshop, Illustrator və ya oxşar proqramlarda işləmə təcrübəsi üstünlükdür);
Analitik düşünmə qabiliyyəti və hesabat hazırlamaq bacarığı (Excel və ya Google Sheets bilikləri arzuolunandır);
Diqqətlilik, məsuliyyət və komanda ilə işləmə bacarığı;
Azərbaycan və rus dillərini mükəmməl səviyyədə bilmək (hər iki dil mütləq tələblərdir);
İngilis dili biliyi əlavə üstünlük hesab olunur.


Vakansiya haqqında


Vakansiya növü - Tam ştat
Təcrübə 1-2 il
Təhsil - Orta təhsil


Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
  • Elan nömrəsi: 4317024
  • Baxış sayı: 26
  • Yenilənmə tarixi: 2 ay əvvəl
Şərhlər
Şərh yoxdur.
Şikayət et
Şikayətin səbəbini seçin
Dələduz
Artıq satılıb
Kontaktlar yanlış göstərilib
Şübhəli iş elanı
0 /100
Şikayətiniz baxışa göndərildi

Şikayətiniz moderatorlar tərəfindən baxıldıqdan sonra elanın saytın İstifadəçi şərtləri və Qaydalarını pozduğu halda saytdan silinəcəkdir.

Elanı Premium edin

Elanınız ana səhifədəki və axtarış nəticələrindəki Premium bölməsində təsadüfi qaydada göstəriləcək.

Xidmətin müddətini seçin
Ödəniş üsulunu seçin

Ödəniş etməklə İstifadəçi şərtləriQaydalar ilə razılaşırsınız

Diqqət