Mobil nömrənizi daxil edin
OTP kodu daxil edin
Uğurlu giriş

Hesabınıza daxil oldunuz.

Maliyyə üzrə kiçik mütəxəssis

Məhsulun ümumi təsviri
  • Şəhər Bakı
  • Şirkət Azerbaijan Poultry Company
premium
Elanı Premium et 1 gün - 1₼
Məhsul haqqında
Vakansiya haqqında məlumat:


Aylıq, rüblük və illik iadəetmə hesabatlarının/ Müşahidə Şuranın hesabatlarının hazırlanmasında iştirak etmək;
İllik MHBS hesabatlarının və açıqlamalarının hazırlanmasında iştirak etmək;
İllik büdcənin və maliyyə proqnozlarının hazırlanılması, büdcə və faktiki rəqəmlərin üzləşdirilməsi və kənarlaşmalar üzrə hesabatın tərtib edilməsində iştirak etmək;
Ay bağlanılması prosesində anbar, satış, alış, və digər əməliyyatların sistemə düzgün işlənilməsinin yoxlanılmasına dəstək göstərilməsi;
Debitor və kreditor borcların yaşlandırılması hesabatının hazırlanması;
Kənar audit, bank və digər orqanların sorğuların vaxtında cavablandırılmasına dəstək olmaq;
Şirkətin rəhbərliyə təqdim olunan gündəlik satış və istehsal yönümlü hesabatların hazırlanmasında iştirak etmək;
Zərurət olduğu hallarda vəzifənin icrası ilə bağlı hazırkı təlimatda əks olunmayan tapşırıqları həyata keçirmək, rəhbərlik tərəfindən cəlb olunmuş digər işləri vaxtında və düzgün icra etmək.


Vəzifəyə dair tələblər:


Ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə olması arzuolunandır);
ACCA F3, F7 və ya bunlara ekvivalent olan beynəlxalq sertifikatlara malik olması üstünlükdür (qeyd olunan sertifikatları hələ əldə etməmiş namizədlərin bu mövzularda bilgili olması isə mütləqdir);
Dil bilikləri: Azərbaycan dilində səlis danışıq və yazı, ingilis dilində orta səviyyədə yazı bacarığı, mühasibat uçotu və maliyyə terminlərini bilməsi;
MS Office proqramlarından istifadə (xüsusilə MS Excel);
Analitik düşüncə qabiliyyətinin olması;
Çeviklik və yeniliklərə uyğunlaşma bacarığı;
Gərgin mühit və qrafikdə səmərəli işləmə bacarığı olmaldıır.


İş şəraitinin şərtləri:


İş qrafiki: 09:00-18:00;
İstirahət günü: Həftədə 2 dəfə ( Şənbə, Bazar günü )
Ə/h müsahibə əsasında təyin olunur.


Vakansiyaya uyğun olan namizədlər CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına mövzuda Maliyyə üzrə kiçik mütəxəssis yazaraq, əməkhaqqı istəyinizi göstərməklə göndərə bilərlər.
  • Elan nömrəsi: 9915098
  • Baxış sayı: 1
  • Yenilənmə tarixi: 3 saat əvvəl
Şərhlər
Şikayət et
Şikayətin səbəbini seçin
Dələduz
Artıq satılıb
Kontaktlar yanlış göstərilib
Şübhəli iş elanı
0 /100
Şikayətiniz baxışa göndərildi

Şikayətiniz moderatorlar tərəfindən baxıldıqdan sonra elanın saytın İstifadəçi şərtləri və Qaydalarını pozduğu halda saytdan silinəcəkdir.

Elanı Premium edin

Seçilən elan ana səhifədəki və axtarış nəticələrindəki Premium bölməsində təsadüfi qaydada göstəriləcək.

Xidmətin müddətini seçin
Ödəniş üsulunu seçin

Ödəniş etməklə İstifadəçi şərtləriQaydalar ilə razılaşırsınız

Diqqət