Məhsul Sahibi, İnvestisiya komandası /Agile
Məhsulun ümumi təsviri
- Şəhər Bakı
- Şirkət Kapital Bank
- Çatdırılma Xeyr
- Kredit Xeyr
- Barter Xeyr
Məhsul haqqında
Bank haqqında
Kapital Bank ölkənin ən böyük bankıdır və bütün bazar üçün standartları müəyyən edir. Hər gün 6 milyon müştəri bizə güvənərək məhsullarımızdan istifadə edir. Bankın ölkə üzrə 140-a yaxın xidmət nöqtəsi, hər kəsin sevərək istifadə etdiyi kart məhsulları, ölkənin ilk rəqəmsal bankı olan Birbank tətbiqi var. Birbank-ın aktiv istifadəçilərinin sayı isə bu gün artıq 4 milyona yaxınlaşır.
Məqsədimiz – müştərilərimizin həyatını daha rahat, xoş və komfortlu hala gətirməkdir. Bunun üçün ən uyğun bank xidmətlərindən və gəlirli maliyyə məhsullarından ibarət ekosistem qururuq. Artıq siz kredit məhsullarını və kartları onlayn əldə edə, ölkədaxili, eləcə də ölkəxarici pul köçürmələri apara, alış-verişinizi faizsiz olaraq aylara bölə və ödənişlərinizdən keşbek qazana bilərsiniz. Gələcək üçün böyük planlarımız var və biz məhz bu planları reallaşdıraraq ölkəmizin gündəlik həyatını bizimlə birgə müsbətə doğru dəyişə biləcək enerjidolu və ambisiyalı şəxslərin axtarışındayıq.
Rol haqqında
İnvestisiya Məhsulları üzrə Məhsul Sahibi kimi siz investisiya və ya xəzinədarlıq məhsullarının tam dövrü boyunca idarə edilməsinə cavabdeh olacaqsınız. Bu vəzifə məhsul strategiyasını, xüsusiyyətlərin inkişafını və bazara çıxarılmasını yönəltmək üçün investisiya və/və ya xəzinədarlıq məhsulları haqqında dərin bilik tələb edir.
Öhdəliklər
İnvestisiya və ya xəzinədarlıq məhsullarının ideyadan həyata keçirilməsinə qədər tam məhsul dövrünə rəhbərlik etmək.
Məhsul yol xəritəsini təyin etmək və yüksək keyfiyyətli məhsulların hazırlanması üçün müxtəlif komandalarla sıx əməkdaşlıq etmək.
Regulyator, likvidlik təminatçıları (market maker) və üçüncü tərəf tərəfdaşlarla (Bakı Fond Birjası, Milli Depozit Mərkəzi) bütün tələblərin dəqiq müəyyənləşdirilməsi və qarşılanmasını təmin etmək üçün əlaqələr yaratmaq
Bazar trendlərini, müştəri ehtiyaclarını və rəqabət mövqelərini təhlil edərək məhsul imkanlarını müəyyən etmək.
Səhm, istiqraz və digər investisiya məhsulları ilə bağlı məlumatlı olmaq və məhsul qərarlarını dəstəkləmək üçün beynəlxalq praktikaları daim araşdırmaq.
Satış, marketinq və risk idarəetməsi kimi daxili tərəflərlə əməkdaşlıq edərək məhsulun təşkilati məqsədlərlə uyğunluğunu təmin etmək.
Məhsul performansını izləmək və tənzimləyici tələblərə uyğunluğu təmin etmək.
İnvestisiya məhsulları üzrə ekspert olaraq məhsul strategiyası və təşəbbüsləri barədə rəhbərlik etmək.
Tələb olunan bacarıq və təcrübə
Sizin barənizdə:
Ali təhsiliniz Maliyyə/Bank işi/ İqtisadiyyat/Texniki üzrədir.
Bankda minimum 3 il iş təcrübəniz var
Maliyyə xidmətləri sahəsində, xüsusən investisiya və ya xəzinədarlıq məhsulları üzrə Məhsul Sahibi və ya oxşar vəzifədə təcrübə.
İnvestisiya məhsulları (məsələn, investisiya fondları, ETF, istiqrazlar) və ya xəzinədarlıq məhsulları (likvidlik idarəetməsi, pul investisiyaları) haqqında geniş biliklər.
Məhsulun inkişaf metodologiyaları və Agile mühitində iş təcrübəsi.
Məlumatların qərarverməyə təsir etməsinə imkan verən güclü analitik və problem həll etmə bacarıqları.
Komandalar arasında səmərəli əməkdaşlıq üçün güclü ünsiyyət və liderlik bacarıqları.
İnvestisiya və ya xəzinədarlıq məhsullarını tənzimləyən çərçivələrlə tanışlıq üstünlükdür.
İngilis dilini mükəmməl bilmə vacibdir. Rus dili üstünlük kimi qiymətləndirilir.
Proqram təminatı inkişafı və maliyyə texnologiyaları haqqında əsas məlumatlara malik olmaq üstünlükdür.
İşə qəbul prosesi
Seçim prosesi aşağıdakı əsas mərhələlərdə həyata keçir:
CV yoxlanışı
Müsahibə
Yekun müsahibə
Bizimlə işləməyin üstünlükləri
Biz müştərilərimizə dəyər veririk və onların ehtiyaclarına, vərdişlərinə və gözləntilərinə diqqət yetiririk.
Multikultural mühit: biz xarici həmkarlarımızın fikirlərini və təcrübələrini qiymətləndiririk. Biz açıqlığa, inklüzivliyə və müxtəlif baxış bucağının mövcudluğuna dəyər veririk.
Rəqabətli əmək haqqı: Rəqabətli əmək haqqı, tibbi sığorta və illik performans mükafatı.
Artım imkanları: Biz işçilərimizin peşəkar inkişafına sərmayə qoyuruq və aydın karyera yolları, şəxsi inkişaf planları və geniş çeşiddə onlayn kurslar və təlim proqramları təklif edirik.
Çevik iş formatı: məsafədən və ofis işinin kombinasiyası.
Rahat və gözəl ofis: xoş və maraqlı ofisimiz var.
Qeyri-rəsmi geyim: rahat geyinin və fərdi üslubunuzu ifadə edin.
Namizədlər üçün sosial media bağlantıları
Şirkət, mədəniyyət, dəyərlər, gündəlik iş və atmosfer haqqında daha çox öyrənə biləcəyiniz yer.
https://bit.ly/3JfQX9T
https://hr.kapitalbank.az/home/allvacancies

- Elan nömrəsi: 3459184
- Baxış sayı: 13
- Yenilənmə tarixi: 3 həftə əvvəl
Bənzər elanlar
₼
Senior data scientist
Bakı, 01-11-2024
500₼
Merçendayzer
Bakı, 06-11-2024
₼
Primary Market Research Expert/Bazar araşdırmaları üzrə Ekspert
Bakı, 11-11-2024
800₼
Məlumatçı satış meneceri
Bakı, 14-10-2024
900₼
Qida əlavələri üzrə satış məsləhətçisi
Bakı, 09-10-2024
₼
Maddi vəsaitlər üzrə mütəxəssis
Bakı, 26-10-2024
700₼
Şirkət meneceri
Bakı, 09-10-2024
₼
Aqronomiya üzrə təcrübə proqramı
Bakı, 06-11-2024
₼
Tikinti və ümumi alışlar üzrə Satınalma mütəxəssisi
Bakı, 04-11-2024
₼
Risk mütəxəssisi
Bakı, 06-11-2024