Mobil nömrənizi daxil edin
OTP kodu daxil edin
Xoş gəldiniz

Hesaba uğurla daxil oldunuz.

Məhsul sahibi (Product owner, E-commerce)

premium
Elanını Premium et 1 gün - 1₼
Məhsulun ümumi təsviri
  • Şəhər Bakı
  • Şirkət Sinteks Group of Companies
  • Vakansiyalar Məhsul meneceri
  • Çatdırılma Xeyr
  • Kredit Xeyr
  • Barter Xeyr
Məhsul haqqında
Vəzifə öhdəlikləri:


Yığılmış və ya tamamlanmamış məhsulları idarə etmək üçün ətraflı təhlillər aparmaq, maketlər və proses diaqramları yaratmaq, həll edilməli məsələləri prioritetləşdirərək backlog-u idarə etmək.
Proseslərin vaxtında, büdcə və keyfiyyət standartlarına uyğun tamamlanmasını təmin etmək, ətraflı fəaliyyət planları və büdcələr hazırlamaq, resursları effektiv şəkildə idarə etmək.
Həllərin uğurlu tətbiqini təmin etmək üçün İstifadəçi Qəbul Testlərini (UAT) və unit testləri həyata keçirmək, dəyişiklikləri idarə etmək, riskləri qiymətləndirmək və problemsiz buraxılış təmin etmək.
İT və digər aidiyyəti şöbələrlə sıx əməkdaşlıq edərək uğurlu nəticələr əldə etmək.
Gedişat, proqres, xərclər və əldə edilən üstünlüklər barədə yüksək rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək.
Öhdəlikləri və xərcləri proqnozlaşdırmaq, izləmək və idarə etmək, plandan hər hansı yayınmaları müəyyən edərək lazımi tövsiyələr vermək.
Şirkətə xidmət göstərən şirkətxarici komandaları idarə etmək, onları yönləndirmək və motivasiya etmək.


Professional biliklər:


Prosses və Layihə İdarəetmə Vasitələri; Lucidchart, MS Project, MS Visio, JIRA və s.
Marketinq büdcələri haqda anlayış
MS Office proqramları (xüsusilə yaxşı səviyyədə Excel)


Təhsil:


Sənaye, İdarəetmə, Proqram Təminatı, İnformasiya Sistemləri, İdarəetmə Məlumat Sistemləri, Mühəndislik fakültələrindən birindən məzun olması üstünlükdür.


İş təcrübəsi:


E-Ticarət sahəsində minimum 2 il Məhsul sahibi (Product owner) olaraq təcrübə
Proqram təminatçılarının və dizaynerlərin komandalarını idarə etmək təcrübəsi
Rəqəmsal məhsul və xidmətlərin inkişaf, çatdırılması sahəsində liderlik etmə təcrübəsi
Sprint planlamasını və gündəlik stend-up-ları asanlaşdırmaq təcrübəsi


Professional bacarıq və səriştələr:


Azərbaycan dilində səlis danışıq və ikinci dil kimi rus dilini yaxşı səviyyədə bilmək
Güclü analitik bacarıqlara malik olmaq, rəqəmlərdən və hesabatlardan kommersiya nəticələrini şərh etmək və fəaliyyət planı yaratmaq bacarığına malik olmaq.
Veb analitika alətləri (Google Analytics, Looker Studio, Amplitude, Yandex Metrica və s.)
Əvvəllər layihənin idarə edilməsində aktiv rol almış və PMP sertifikatına malik olanlara üstünlük verilir
Agile və Waterfall prosesləri haqqında biliklər
Prosses sahibləri ilə birlikdə biznes proseslərini təhlil etmək, araşdırmalar aparmaq və proseslərdə müəyyən edilmiş təkmilləşdirmə sahələrini və inkişafları izləmək.
Güclü problem həll etmə və ünsiyyət bacarıqları, həll yönümlü və komanda işinə meyilli
Təkmil planlaşdırma, iş təqibi, təşkilatçılıq və hesabat vermə bacarıqlarını öyrənməyə açıq
Yaxşı ünsiyyət bacarıqlarına, güclü insan münasibətlərinə, fəal və yüksək təşəbbüskarlıq qabiliyyətinə malik olmaq
Nəticə yönümlü və təfərrüat yönümlü olmaq
Güclü analiz qabiliyyəti, yüksək planlaşdırma bacarığının olması


Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Məhsul sahibi (Product owner, E-commerce)” qeyd edərək elektron poçt ünvanına göndərə bilərlər.
  • Elan nömrəsi: 7991905
  • Baxış sayı: 67
  • Yenilənmə tarixi: 1 ay əvvəl
Şikayət et
Şikayətin səbəbini seçin
Dələduz
Artıq satılıb
Kontaktlar yanlış göstərilib
Şübhəli iş elanı
0 /100
Şikayətiniz baxışa göndərildi

Şikayətiniz moderatorlar tərəfindən baxıldıqdan sonra elanın saytın İstifadəçi şərtləri və Qaydalarını pozduğu halda saytdan silinəcəkdir.

Elanı Premium edin

Elanınız ana səhifədəki və axtarış nəticələrindəki Premium bölməsində təsadüfi qaydada göstəriləcək.

Xidmətin müddətini seçin
Ödəniş üsulunu seçin

Ödəniş etməklə İstifadəçi şərtləriQaydalar ilə razılaşırsınız

Diqqət