Mobil nömrənizi daxil edin
OTP kodu daxil edin
Uğurlu giriş

Hesabınıza daxil oldunuz.

Qeydiyytaçı

Məhsulun ümumi təsviri
  • Şəhər Bakı
  • Şirkət Rich North MMC
premium
Elanı Premium et 1 gün - 1₼
Məhsul haqqında
Vəzifə öhdəlikləri:


Cəmiyyətə gələn qonaqları nəzakətli və gülər üzlə qəbul edir, onlara qarşı diqqətli olur, onların müraciəti əsasında onları müvafiq bölmə və ya şöbələrə istiqamətləndirir;
Cəmiyyətin adına gələn məktubları, teleqrafları və digər sənədləri qəbul edir, qəbul edilmiş qaydalara uyğun olaraq sənədləri sistemləşdirir, müvafiq bölmə və ya şöbələri məlumatlandırır;
Cəmiyyətin bölmə və şöbələri tərəfindən göndəriləcək sənədlərin və ya məktubların göndərilməsi işini təşkil edir, onlara nəzarət edir, məlumatı rəsmiləşdirir, müvafiq qurum və şöbələrə nəticə barədə məlumat verir;
Kargüzarlıq işini aparır, təsdiq olunmuş nomenklaturaya uyğun olaraq işləri formalaşdırır, onların mühafizəsini təmin edir və qanunvericilik əsasında müəyyən edilmiş vaxtda arxivləşdirir;
Rəhbərlik tərəfindən müəyyən olunmuş iclas və müşavirələrin vaxtını və yerini müəyyən olunmuş qaydalar əsasında işçilərə məlumat verir, lazım olan sənədləri hazırlayır, qəbul edilən qərarların qeydiyyatını aparır, protokolları hazırlayır, onları rəsmiləşdirir;
Rəhbərlik tərəfindən müəyyən olunmuş müvafiq qərarların işçilərə elan olunmasını təmin edir; 
Rəhbərliyin və digər işçilərin dəftərxana ləvazimatlarını və texniki-təşkilati vasitələrə ehtiyacını müəyyən edir, onların təmin olunması üçün müvafiq bölmə və şöbələrə məlumat verir, onların ehtiyacı olan dəftərxana ləvazimatları və texniki-təşkilati vasitələrlə təmin olunmasını təşkil edir;
Əmək qanunvericiliyinin tələblərini bilmək, əmək məşğulluq alt sistemində işçilərlə əmək müqaviləsinin bağlanmasını, xitamını təşkil edir və sistem üzərindən digər işlərin həyata keçirilməsini təmin edir;
Rəhbərlik tərəfindən qəbul edilmiş qaydalara uyğun olaraq işçilərin şəxsi sənədlərini qəbul edir, rəhbərlik, bölmə və şöbə rəhbərləri tərəfindən həmin sənədlərin imzalanmasını təşkil edir;
Rəhbərliyin tələbi əsasında sənədləri hazırlayır, redaktə edir, imzalanması işini təşkil edir, sənədlərin surətinin (kseroks və scan) çıxardılmasını, çoxaldılmasını təmin edir;


Bacarıq və səriştələr:


Korporativ müştərilərlə iş təcrübəsi;
Əmək və məşğulluq alt sistemində işləmək bacarığı;
Ünsiyyətcil olmalı;
Komanda ruhlu olmalı;
Öyrənməyə həvəsli olmalı, peşəsi ilə bağlı yenilikləri işinə tətbiq edə bilməli;
Təşəbbüskarlıq, operativlik, punktuallıq və kreativlik kimi peşəkar vərdişlərə sahib olmalı;
Son tarixlərlə işləməyi bacarmalı və verilən tapşırıqları vaxtında icra etməlidir;
Problemləri həll etmə bacarığı olmalıdır.


Vəzifəyə dair tələblər:


Ali təhsil;
Müvafiq sahə üzrə minimum 1-3 il iş təcrübəsi;
MS Office proqramlarını yüksək səviyyədə bilməli;
Məsuliyyətli, diqqətli və komandada işləmə bacarığı;
Azərbaycan dilində sərbəst, rus və ya ingilis dillərini bilməsi arzuolunandır.


İş şəraiti:


İş yeri – Bakı şəh , Çinar Park biznes mərkəzi 
Pozitiv və dəstəkləyici iş mühiti
Karyeranın inkişaf etdirilməsi mümkün olan iş mühiti
İş qrafiki: altı günlük
Əmək haqqı işçinin təcrübə və bacarıqlarına uyğun olaraq tərəflər arasında razılaşdırılacaq.


Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Qeydiyyatçı” yazaraq Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur.
  • Elan nömrəsi: 9053486
  • Baxış sayı: 165
  • Yenilənmə tarixi: 20 gün əvvəl
Şərhlər
Şikayət et
Şikayətin səbəbini seçin
Dələduz
Artıq satılıb
Kontaktlar yanlış göstərilib
Şübhəli iş elanı
0 /100
Şikayətiniz baxışa göndərildi

Şikayətiniz moderatorlar tərəfindən baxıldıqdan sonra elanın saytın İstifadəçi şərtləri və Qaydalarını pozduğu halda saytdan silinəcəkdir.

Elanı Premium edin

Seçilən elan ana səhifədəki və axtarış nəticələrindəki Premium bölməsində təsadüfi qaydada göstəriləcək.

Xidmətin müddətini seçin
Ödəniş üsulunu seçin

Ödəniş etməklə İstifadəçi şərtləriQaydalar ilə razılaşırsınız

Diqqət