Mobil nömrənizi daxil edin
OTP kodu daxil edin
Xoş gəldiniz

Hesaba uğurla daxil oldunuz.

Rəqəmsal Mühəndislik departamenti, Biznes analiz və test şöbəsinin Biznes analiz bölməsinin böyük mütəxəssisi

premium
Elanını Premium et 1 gün - 1₼
Məhsulun ümumi təsviri
  • Şəhər Bakı
  • Şirkət Azərbaycan Respublikasının Mərkəzi Bankı
  • Vakansiyalar Digər
  • Çatdırılma Xeyr
  • Kredit Xeyr
  • Barter Xeyr
Məhsul haqqında
Əsas vəzifə funksiyaları:


Şöbəyə daxil olan sorğuların təhlil edilməsi üçün Mərkəzi Bankın digər struktur bölmələri ilə əməkdaşlıqda iştirak edir;
Struktur bölmələr tərəfindən proqram təminatlarının dəyişikliyi ilə bağlı şöbəyə daxil olan sorğuları təhlil edir;
Proqram təminatlarında dəyişikliklərin edilməsi üçün texniki spesifikasiya sənədlələrini və istifadəçi təlimatlarını hazırlayır;
İnformasiya texnologiyaları sahəsinə dair yeni layihələrin, o cümlədən sistemlərin biznes fəaliyyətinə dair tələblərini toplayaraq spesifikasiyaların hazırlanmasını təmin edir;
Şöbəyə daxil olan biznes tələbini informasiya sistemlərində uyğun şəkildə tətbiqini təmin edir;
İnformasiya texnologiyaları layihələrinin icrası zamanı texniki və biznes tələblərinin uyğunluğunu nəzarətdə saxlayır;
Texniki spesifikasiya sənədlərinin hazırlanması zamanı Departamentlə digər struktur bölmələr arasında koordinasiyasında iştirak edir;
Tələblər üzrə təhlil metodlarını və proseslərini davamlı olaraq təkmilləşdirir;
İnformasiya texnologiyaları ilə bağlı layihələrin vaxtında və büdcə daxilində yerinə yetirilməsini dəstəkləyir;
Yeni sistemlər və onların təkmilləşdirilməsi barədə istifadəçilərə təqdimatlar və təlimlər keçirir;
Departament rəhbərliyinin tapşırığına uyğun olaraq fəaliyyət istiqamətləri üzrə digər işləri yerinə yetirir.


Tələb olunan biliklər və bacarıqlar:


Layihələrin idarəetmə bacarığı
İnsidentlərin texniki izahı
Təqdimat və yazı bacarığı
Komandada və müstəqil işləmək bacarığı
Sistemlər arasında inteqrasiyalar və API-lar üzrə təcrübə;
Biznes analitika və proses modelləşdirmə vasitələri (BPMN, UML və s.) üzrə təcrübə arzuolunandır;
JIRA, Confluence və digər İT layihə idarəetmə vasitələrində təcrübə;
Dövlət sektorunda layihələrdə işləmə təcrübəsi
Biznes proseslər üzrə texniki sənədlərin (texniki tapşırıq, use-case, istifadəçi təlimatları) hazırlanması;
Data təhlili alətləri (Python, R, SQL, BI platformaları, vizuallaşdırma vasitələri) sahəsində biliklər


Digər tələblər:


Səlis azərbaycan, orta səviyyədə ingilis dili bacarığı
Biznes Analitika və ya bənzər sahədə minimum 3-5 il iş təcrübəsi
Ali təhsil (İnformasiya Texnologiyaları, Riyaziyyat, İqtisadiyyat, İdarəetmə) tələb olunur
Kompüter bacarığı MS Office (Word, Excell, Power Point) yüksək səviyyədə
Sahə üzrə sertifikatlar (IIBA, PMI və digər oxşar) arzuolunandır
  • Elan nömrəsi: 1929434
  • Baxış sayı: 13
  • Yenilənmə tarixi: 6 gün əvvəl
Şikayət et
Şikayətin səbəbini seçin
Dələduz
Artıq satılıb
Kontaktlar yanlış göstərilib
Şübhəli iş elanı
0 /100
Şikayətiniz baxışa göndərildi

Şikayətiniz moderatorlar tərəfindən baxıldıqdan sonra elanın saytın İstifadəçi şərtləri və Qaydalarını pozduğu halda saytdan silinəcəkdir.

Elanı Premium edin

Elanınız ana səhifədəki və axtarış nəticələrindəki Premium bölməsində təsadüfi qaydada göstəriləcək.

Xidmətin müddətini seçin
Ödəniş üsulunu seçin

Ödəniş etməklə İstifadəçi şərtləriQaydalar ilə razılaşırsınız

Diqqət