Mobil nömrənizi daxil edin
OTP kodu daxil edin
Xoş gəldiniz

Hesaba uğurla daxil oldunuz.

Risklərin idarə edilməsi departamentinin Direktoru

premium
Elanını Premium et 1 gün - 1₼
Məhsulun ümumi təsviri
  • Şəhər Bakı
  • Şirkət AzSigorta
  • Çatdırılma Xeyr
  • Kredit Xeyr
  • Barter Xeyr
Məhsul haqqında
Öhdəliklər:


Risklərin idarə edilməsi funksiyasını həyata keçirən struktur bölmə(lər) risklərin idarə edilməsi sistemi ilə bağlı azı aşağıdakı vəzifələri icra edir:
Risklərin idarə edilməsi sisteminin effektiv şəkildə işləməsi məqsədilə Direktorlar Şurasına, İdarə Heyətinə və digər nəzarət funksiyalarını həyata keçirən struktur bölmələrə zəruri köməklik göstərmək;
Sığortaçının ümumi risk profilinin və risklərin idarə edilməsi sisteminin monitorinqini aparmaq;
Riskə məruz qalma halları, eyni zamanda risk idarə edilməsi ilə bağlı strateji məsələlər, o cümlədən strateji plan, sığortaçının yenidən təşkili, böyük ölçülü layihələr və investisiyalar barədə Direktorlar Şurası və İdarə Heyətini ətraflı şəkildə məlumatlandırmaq və məsləhətlər vermək;
Risk iştahası bəyannaməsi, risklərin idarə edilməsi siyasətləri və icra prosedurlarını hazırlamaq;
Riskin ölçülməsi modellərinin dizaynı, seçilməsi, tətbiqi və ilkin təsdiqi prosesində iştirak etmək, müvafiq modelləri mütəmadi olaraq nəzərdən keçirmək və lazımi dəyişiklikləri etmək;
Sığortaçının istifadə etdiyi riskin ölçülməsi modellərindən əldə olunan hesablama nəticələri üzrə təhlillər aparmaq və dövri hesabatlar hazırlamaq;
Risklərin müəyyən edilmiş limitlər daxilində qalmasını təmin etmək və bu prosesə nəzarət etmək;
Sığortaçının maliyyə dayanıqlılığı ilə bağlı təhlillər aparmaq;
Riski müşahidə edən və vaxtında tədbirlər görən erkən xəbərdarlıq sistemlərinin yaradılması və istifadəsini həyata keçirmək;
Hər bir struktur bölmə üzrə yarana biləcək riskin limitlərini qruplaşdırmaq və sığortaçı üzrə ümumi müəyyən edilmiş limitlərə uyğunluğunun monitorinqini aparmaq;
Motivasiya məqsədli mükafatların müəyyən edilməsindən yaranan risklərin monitorinqini aparmaq.
Hər bir sığortaçıda fövqəladə hallarda yaranan risklərin qarşısının alınması üçün və sığortaçının davamlı biznes fəaliyyətinin təmin olunması məqsədi ilə həyata keçiriləcək tədbirləri özündə əks etdirən fövqəladə hallar planı tərtib olunur. Planda fövqəladə halların təsnifləşdirilməsi, məsul şəxslərin səlahiyyətləri, risklərə qarşı tədbirlər, cəlb ediləcək kapital vəsaitlərinin mənbəyi, nüfuz riskindən qorunma siyasəti, sığortaçının əməliyyatlarının və fəaliyyət növlərinin əhəmiyyət dərəcəsi üzrə təsnifləşdirilməsi öz əksini tapmalıdır. Plana azı ildə bir dəfə yenidən baxılır və zərurət olduqda müvafiq dəyişikliklər edilir. Sığortaçıda risk hadisələri üzrə ehtimal olunan nəticələri faktiki nəticələrlə müqayisə etməklə fövqəladə hallar planında nəzərdə tutulmuş tədbirlərin adekvatlığının qiymətləndirilməsi üçün daxili qaydalarla müəyyən edilmiş dövriliklə yoxlamalar (sınaq test) həyata keçirilməlidir.


Tələblər:


İş təcrübəsi : Risklərin idarə edilməsi funksiyasını həyata keçirən struktur bölmə(ləri)nin rəhbərləri risk üzrə azı 4 (dörd) illik iş təcrübəsinə malik olmalıdır.
Dil bilikləri : Azərbaycan , Rus və ingilis
Kompüter bilikləri : MS Office proqramlarından yaxşı səviyyədə istifadə edə bilməlidir;
Fərdi keyfiyyət tələbləri : Məlumatı toplamaq və təhlil etmək bacarığı/Analitik düşüncə, danışıqlar aparmaq bacarığı, ünsiyyət/məlumatın düzgün ötürülməsi bacarığı, yazı qabiliyyəti, etibarlılıq, komanda ilə işləyə bilmək, aktiv öyrənmə bacarığı, məsuliyyətlilik ,təşəbbüskarlıq


Tələblərə uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Risklərin İdarə Edilməsi departamentinin direktoru” qeydi edərək elektron poçt ünvanına göndərməyi xahiş edirik.
  • Elan nömrəsi: 3732754
  • Baxış sayı: 43
  • Yenilənmə tarixi: 3 həftə əvvəl
Şikayət et
Şikayətin səbəbini seçin
Dələduz
Artıq satılıb
Kontaktlar yanlış göstərilib
Şübhəli iş elanı
0 /100
Şikayətiniz baxışa göndərildi

Şikayətiniz moderatorlar tərəfindən baxıldıqdan sonra elanın saytın İstifadəçi şərtləri və Qaydalarını pozduğu halda saytdan silinəcəkdir.

Elanı Premium edin

Elanınız ana səhifədəki və axtarış nəticələrindəki Premium bölməsində təsadüfi qaydada göstəriləcək.

Xidmətin müddətini seçin
Ödəniş üsulunu seçin

Ödəniş etməklə İstifadəçi şərtləriQaydalar ilə razılaşırsınız

Diqqət