Mobil nömrənizi daxil edin
OTP kodu daxil edin
Uğurlu giriş

Hesabınıza daxil oldunuz.

Sahə mühəndisi (Prefabrik dəmir-beton məmulatları üzrə)

premium
Elanını Premium et 1 gün - 1₼
Məhsulun ümumi təsviri
  • Şəhər Bakı
  • Şirkət Betonist
  • Çatdırılma Xeyr
  • Kredit Xeyr
  • Barter Xeyr
Məhsul haqqında
İş şəraiti:


İş yeri: Azərbaycan Respublikası Ərazisi
İş qrafiki: Tam ştat
Əmək haqqı: Müsahibə əsasında təyin olunur


Əsas vəzifə öhdəlikləri:


Prefabrik dəmir-beton konstruksiya elementlərinin və bünövrələrin layihə və işçi çertyojlarını, sənədlərini təhlil etmək, işlərə ümumi nəzarətin aparılması.
Yerində beton tökmə işləri ilə əlaqədar layihə və işçi çertyojlarını, sənədlərini təhlil etmək, işlərə ümumi nəzarətin aparılması.
Geologiya sənədlərini elmi əsaslarla təhlil etmək, qazma işlərinin sahədə normativ-texniki tələblərə uyğun şəkildə aparılmasına nəzarət göstərmək, bünövrə üçün təqdim edilmiş kipləşdirilmiş dolğu materialının geotexniki göstəricilər əsasında uyğunluğunu qiymətləndirmək və kipləşdirmə prosesini texnoloji tələblərə uyğun şəkildə idarə etmək.
Montaj öncəsi konstruksiya elementlərinin ölçülərini, uyğunluğunu və sayını layihə ilə müqayisəli şəkildə yoxlamaq.
Avtokran, qaldırıcı və digər xüsusi texnikanın işini düzgün planlaşdırmaq və rəhbərlik etmək.
Montaj zamanı istifadə olunan birləşmə materiallarının (qumsement məhlulu, qaynaq, bolt, anker və s.) keyfiyyətinə nəzarət etmək.
Keyfiyyətə nəzarət sənədləri, montaj aktları və icra sənədlərini hazırlamaq.
Podratçılar, texniki nəzarət, layihəçi və digər tərəflərlə işgüzar əlaqələri idarə etmək.
Müvafiq dövlət orqanlarının tələblərinə və şirkət daxilində qəbul olunmuş SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit) normalarına uyğunluğun təmin edilməsi.
Sahədə yaranan suallara operativ texniki həllərin verilməsi.


Namizəddən gözləntilər və tələblər:


Mühəndislik və ya tikinti sahəsi üzrə ali təhsil
Komandada idarəetmə və qərarvermə qabiliyyəti;
Güclü analitik və təşkilatçılıq bacarıqları;
MS Office proqramlarında sərbəst işləmək, istehsalat hesabatları hazırlamaq bacarığı;
Azərbaycan dilində sərbəst, rus və ingilis dillərində bilik üstünlükdür.
Komandada işləmək bacarığı, məsuliyyətli və dəqiq iş prinsipi.
Azərbaycan ərazisi üzrə ezamiyyətə gedilməsi.
Sürücülük vəsiqəsinin olması zəruridir, şəxsi avtomobillin olması üstünlükdür.


Biz sizə təklif edirik:


Yüksək ixtisaslı mühəndis komandasında işləmək imkanı.
Davamlı peşəkar inkişaf və təlim dəstəyi.
Müxtəlif tipli layihələrdə (sənaye, ticarət və s.) iştirak imkanı.
Rəqabətli əmək haqqı.
Karyera yüksəlişi perspektivi.


Müraciət qaydası:

CV-nizi və əgər varsa portfolionuzu Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına “Sahə Mühəndisi” başlığı ilə göndərməyinizi xahiş edirik. Yalnız ilkin seçim mərhələsindən keçmiş namizədlərlə əlaqə saxlanılacaq.
  • Elan nömrəsi: 5452003
  • Baxış sayı: 23
  • Yenilənmə tarixi: 2 ay əvvəl
Şərhlər
Şərh yoxdur.
Şikayət et
Şikayətin səbəbini seçin
Dələduz
Artıq satılıb
Kontaktlar yanlış göstərilib
Şübhəli iş elanı
0 /100
Şikayətiniz baxışa göndərildi

Şikayətiniz moderatorlar tərəfindən baxıldıqdan sonra elanın saytın İstifadəçi şərtləri və Qaydalarını pozduğu halda saytdan silinəcəkdir.

Elanı Premium edin

Elanınız ana səhifədəki və axtarış nəticələrindəki Premium bölməsində təsadüfi qaydada göstəriləcək.

Xidmətin müddətini seçin
Ödəniş üsulunu seçin

Ödəniş etməklə İstifadəçi şərtləriQaydalar ilə razılaşırsınız

Diqqət