Mobil nömrənizi daxil edin
OTP kodu daxil edin
Xoş gəldiniz

Hesaba uğurla daxil oldunuz.

Satınalma üzrə böyük mütəxəssis

premium
Elanını Premium et 1 gün - 1₼
Məhsulun ümumi təsviri
  • Şəhər Bakı
  • Şirkət AzInTelecom
  • Çatdırılma Xeyr
  • Kredit Xeyr
  • Barter Xeyr
Məhsul haqqında
Vəzifə öhdəlikləri:

Satınalma Proseslərinin İdarə Edilməsi


Satınalma tələblərini toplayaraq satınalma prosesini planlaşdırmaq və icra etmək;
Açıq tender, kotirovka sorğusu, bir mənbədən satınalma və digər satınalma metodlarını tətbiq edərək uyğun prosedurları həyata keçirmək;
Satınalma sifarişlərinin (PR) qəbul edilməsi, yoxlanılması və təsdiqlənməsi üçün aidiyyəti şöbələrlə əlaqə yaratmaq;
PO (Purchase Order) və müqavilə sənədlərini hazırlamaq və icrasına nəzarət etmək.


Tender və Müqavilə İdarəçiliyi


Tender və kotirovka sənədlərini hazırlamaq və satınalma tələblərinə uyğunluğunu təmin etmək;
Təchizatçı seçimində iştirak edərək müqavilə şərtlərinin müzakirəsini və bağlanmasını həyata keçirmək;
Müqavilələrin icrasına nəzarət edərək çatdırılma, keyfiyyət və maliyyə öhdəliklərinin yerinə yetirilməsini təmin etmək;
Müqavilə müddətinin bitməsindən əvvəl yenilənməsini və ya alternativ variantların araşdırılmasını təşkil etmək;


Təchizatçı İdarəetməsi və Qiymətləndirmə


Potensial təchizatçıları araşdıraraq bazar analizləri aparmaq və qiymət araşdırmaları həyata keçirmək;
Təchizatçı performansını qiymətləndirmək və mütəmadi olaraq təhlillər aparmaq;
Uzunmüddətli əməkdaşlıqlar üçün təchizatçılarla əlaqələri inkişaf etdirmək və strateji tərəfdaşlıqları gücləndirmək;
Təchizatçı risklərini minimuma endirmək üçün alternativ və ehtiyat təchizatçıların siyahısını yaratmaq;


Büdcə və Xərclərin İdarə Edilməsi


Satınalma üzrə xərcləri optimallaşdırmaq və qənaət strategiyalarını həyata keçirmək;
Tenderlər və müqavilələr üzrə ümumi xərcləri hesablamaq və dəyər təhlili aparmaq;
Xərcləri nəzarətdə saxlamaq üçün mütəmadi olaraq satınalma hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək;


Daxili Prosedurlar və Uyğunluq


Azərbaycan Respublikasının “Dövlət Satınalmaları Haqqında” Qanunu və beynəlxalq satınalma tələblərinə uyğunluğun təmin edilməsi;
Daxili satınalma siyasət və prosedurlarına riayət olunmasını təmin etmək;
Satınalma sənədlərinin arxivləşdirilməsini və uyğun şəkildə sənədləşdirilməsini təşkil etmək;
Audit zamanı tələb olunan sənədləri hazırlamaq və təqdim etmək;


Risk İdarəetməsi və Keyfiyyətə Nəzarət


Satınalma prosesində potensial riskləri müəyyən edərək risklərin idarə olunmasını təmin etmək;
Satın alınan malların və xidmətlərin keyfiyyət standartlarına uyğun olmasını yoxlamaq;
Gecikmələrin və digər əməliyyat problemlərinin qarşısını almaq üçün preventiv tədbirlər görmək;


IT Alətləri və Hesabatlılıq


ERP və satınalma idarəetmə sistemlərindən (SAP) istifadə edərək satınalma əməliyyatlarını optimallaşdırmaq;
Satınalma üzrə aylıq və illik hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
Satınalma göstəricilərini (KPI) izləmək və effektivlik üzrə təkmilləşdirmə təklifləri vermək.


Digər öhdəliklər:


Daxili və xarici təlimlərdə iştirak edərək satınalma sahəsində bilik və bacarıqlarını inkişaf etdirmək;
Yeni texnologiyalar və innovativ satınalma metodları barədə araşdırmalar aparmaq və tətbiq etmək;
Şirkətin strateji hədəflərinə uyğun olaraq satınalma proseslərini daim təkmilləşdirmək.


Tələb olunun biliklər:


Ali təhsil
Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi
Dövlət və korporativ satınalma qaydaları, tender prosedurları və müqavilə idarəçiliyi haqqında dərin biliklər
“Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikasının Qanunu və beynəlxalq satınalma standartları (EIB, WB, ISO 20400) üzrə biliklər
Satınalma büdcələrinin tərtibi, xərclərin optimallaşdırılması və TCO (Total Cost of Ownership) prinsipləri
Təchizatçı bazasının təhlili, qiymət müqayisəsi və müqavilə şərtlərinin optimallaşdırılması
SAP və digər satınalma idarəetmə sistemlərindən istifadə bacarığı
Excel, Power BI kimi analitik alətlərdən istifadə bacarıqları
Təchizatçılar və daxili maraqlı tərəflərlə effektiv ünsiyyət qurmaq və müqavilə şərtlərini sərfəli şəkildə razılaşdırmaq
Müqavilələrin, tender sənədlərinin və satınalma sifarişlərinin düzgünlüyünü təmin etmək
Çətin situasiyalarda analitik düşünmə və riskləri qiymətləndirərək optimal həll yolları tapmaq
Çoxsaylı layihələri paralel şəkildə idarə edərək vaxtında icrasını təmin etmək
Daxili şöbələrlə (Hüquq, Maliyyə, Layihə idarəetmə və s.) effektiv əməkdaşlıq etmək
Azərbaycan dili - səlis; rus dili – yaxşı; ingilis dili - səlis
CİPS və PMP beynəlxalq sertifikatının olması üstünlükdür.


Maraqlanan namizədlər CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək, e-mail ünvanına göndərə bilərlər.
  • Elan nömrəsi: 7052528
  • Baxış sayı: 22
  • Yenilənmə tarixi: 1 həftə əvvəl
Bənzər elanlar
Şikayət et
Şikayətin səbəbini seçin
Dələduz
Artıq satılıb
Kontaktlar yanlış göstərilib
Şübhəli iş elanı
0 /100
Şikayətiniz baxışa göndərildi

Şikayətiniz moderatorlar tərəfindən baxıldıqdan sonra elanın saytın İstifadəçi şərtləri və Qaydalarını pozduğu halda saytdan silinəcəkdir.

Elanı Premium edin

Elanınız ana səhifədəki və axtarış nəticələrindəki Premium bölməsində təsadüfi qaydada göstəriləcək.

Xidmətin müddətini seçin
Ödəniş üsulunu seçin

Ödəniş etməklə İstifadəçi şərtləriQaydalar ilə razılaşırsınız

Diqqət