Mobil nömrənizi daxil edin
OTP kodu daxil edin
Xoş gəldiniz

Hesaba uğurla daxil oldunuz.

Satınalma üzrə mütəxəssis

premium
Elanını Premium et 1 gün - 1₼
Məhsulun ümumi təsviri
  • Şəhər Bakı
  • Şirkət Sea Breeze Construction
  • Çatdırılma Xeyr
  • Kredit Xeyr
  • Barter Xeyr
Məhsul haqqında
Vəzifə öhdəlikləri:


Strateji İdarəetmə və Nəzarət:
Satınalma strategiyasının hazırlanması, idarə edilməsi və həyata keçirilməsi;
Şirkət daxili satınalma prosedur və əmrlərinə riayət olunmasına nəzarət;
Etibarlı podratçı və təchizatçı bazasının inkişaf etdirilməsinə rəhbərlik və nəzarət;
Daxili və xarici bazarların araşdırılması mexanizminin təşkili və idarə olunması.
Satınalma Prosesinin İdarə Edilməsi:
Mal-material və ya xidmətlərin tələblərə uyğun təşkilinin sona çatdırılması;
Podratçı və tədarükçülərin performansının analizi;
Satınalma prosesini vaxtında və prosedurlara uyğun təşkil və icra etmək;
Təchizat sifarişlərinin təşkili və idarə olunması, həmçinin müvafiq hesabatların hazırlanması.
Tikinti və Təchizat Təcrübəsi:
Tikinti-istismar üzrə satınalma və təchizat prosesində praktiki təcrübənin tətbiqi;
Təchizatla bağlı ödənişlərin, qərarların təsdiqlənməsi və hesabatlarının hazırlanması.
Təchizatçı və Tender İdarəçiliyi:
Təchizatçı bazasının hazırlanması, təhlili və tenderlərin təşkil edilməsi;
Məhsul və xidmətlərin seçim prosesinin yekunlaşdırılması.
Hüquqi və Müqavilə İdarəçiliyi:
Müqavilələrin hazırlanması, həyata keçirilməsi və nəzarətdə saxlanılması;
Müqavilə şərtlərinin hüquq şöbəsi ilə razılaşdırılması.


Xüsusi Tələblər:

Təhsil və Dil Bilikləri:


Ali təhsil (müvafiq sahə üstünlükdür);
Azərbaycan və Rus dillərini sərbəst bilməlidir.
İş Təcrübəsi və Sertifikatlar:
Ən az 3 il satınalma sahəsində iş təcrübəsi;
Müvafiq sahədə sertifikatların mövcudluğu üstünlükdür.


Texniki Bacarıqlar:


MS Office (Word, Excel, PowerPoint, 1C, AutoCad) proqramlarında işləmə bacarığı.


Şəxsi Bacarıqlar:


Məsuliyyətli, dəqiq və çalışqan olmaq;
Komanda ilə işləmə və ünsiyyət bacarığı;
Problemləri həll etmə və təhlil etmə qabiliyyəti.


Əlavə məlumat:
Əmək haqqı namizədin bilik və bacarıqlarına əsasən təyin olunacaq;
İş qrafikı: 6/1, iş saatları -10:00-19:00; şənbə günü -10:00-17:00;
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi elektron poçt ünvanına göndərin.
  • Elan nömrəsi: 3959899
  • Baxış sayı: 67
  • Yenilənmə tarixi: 1 ay əvvəl
Bənzər elanlar
Şikayət et
Şikayətin səbəbini seçin
Dələduz
Artıq satılıb
Kontaktlar yanlış göstərilib
Şübhəli iş elanı
0 /100
Şikayətiniz baxışa göndərildi

Şikayətiniz moderatorlar tərəfindən baxıldıqdan sonra elanın saytın İstifadəçi şərtləri və Qaydalarını pozduğu halda saytdan silinəcəkdir.

Elanı Premium edin

Elanınız ana səhifədəki və axtarış nəticələrindəki Premium bölməsində təsadüfi qaydada göstəriləcək.

Xidmətin müddətini seçin
Ödəniş üsulunu seçin

Ödəniş etməklə İstifadəçi şərtləriQaydalar ilə razılaşırsınız

Diqqət