Mobil nömrənizi daxil edin
OTP kodu daxil edin
Uğurlu giriş

Hesabınıza daxil oldunuz.

Satınalma və Təchizat üzrə Menecer

Məhsulun ümumi təsviri
  • Şəhər Bakı
  • Şirkət Improve Group
premium
Elanı Premium et 1 gün - 1₼
Məhsul haqqında
Vəzifə öhdəlikləri: 


Şəbəkə üzrə ərzaq və qeyri-ərzaq mallarının satınalma prosesinin təşkili və idarə edilməsi;
Təchizatçı bazasının formalaşdırılması və davamlı yenilənməsi;
Qiymət müqayisəsi və bazar araşdırmasının aparılması;
Təchizatçılarla danışıqların aparılması və müqavilələrin bağlanması;
Sifariş, qaimə və müqavilə şərtlərinə nəzarət;
Anbar dövriyyəsinə və inventar qalığına nəzarət;
ERP sistemlərində (iiko və s.) satınalma əməliyyatlarının düzgün aparılmasına nəzarət;
Alternativ təchizatçıların müəyyən edilməsi və xərclərin azaldılması;
Aylıq və rüblük satınalma hesabatlarının hazırlanması;
Büdcəyə uyğun satınalma planının hazırlanması və icrasına nəzarət.


Kvalifikasiya tələbləri:


Təhsil: Ali təhsil (Müvafiq sahə üzrə təhsil) ;


İş təcrübəsi:


Satınalma və təchizat sahəsində minimum 3 il iş təcrübəsi;
Satınalma və təchizat sahəsində rəhbər vəzifələrdə minimum 1 il iş təcrübəsi;
Restoran və ya şəbəkə modeli üzrə təcrübə üstünlükdür.


Tələb olunan bilik və bacarıqlar:


Satınalma üzrə texniki biliklər;
Maliyyə və Analitika Bacarıqları;
Təchizat planlaması, sifariş dövriyyəsinin idarə olunması;
Safety stock planlaması və logistika koordinasiyası;
Excel və ERP sistemləri üzrə biliklər;
Danışıqlar aparma və müqavilə idarəetmə bacarığı; 
Analitik düşünmə bacarığı;
Araşdırma bacarığı;
Problemləri operativ və nəticəyönümlü şəkildə həll etmək bacarığı;
Qərar vermə bacarığı;
Hesabatlılıq və təqdimat hazırlamaq bacarığı;
Azərbaycan dilində səlis yazılı və şifahi nitq (ingilis və rus dillərinin bilməsi üstünlükdür).


Təklif edirik:


Əmək haqqı: 1500 – 2000 AZN; 
İş qrafiki: 5 günlük iş qrafiki;
İş saatları: 09:00 - 18:00;
Nahar şirkət tərəfindən təmin edilir;
Gənc və peşəkar komanda ilə dinamik iş mühiti.


Tələblərə cavab verən namizədlər “Satınalma və Təchizat üzrə Menecer” başlığı ilə öz CV və portfellərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
  • Elan nömrəsi: 4890952
  • Baxış sayı: 143
  • Yenilənmə tarixi: 20 gün əvvəl
Şərhlər
1
1574896 12.03.2026 16:52
Salam men sizinle calismaq isteyerem boyuk məmuniyyətlə 46 yssim var ehtiyyatda olan zabitem kollektivkw islemek bacarigim car uzun iller ticarətle mesgul olmusam ..tel nomrem 0503830003
Şikayət et
Şikayətin səbəbini seçin
Dələduz
Artıq satılıb
Kontaktlar yanlış göstərilib
Şübhəli iş elanı
0 /100
Şikayətiniz baxışa göndərildi

Şikayətiniz moderatorlar tərəfindən baxıldıqdan sonra elanın saytın İstifadəçi şərtləri və Qaydalarını pozduğu halda saytdan silinəcəkdir.

Elanı Premium edin

Seçilən elan ana səhifədəki və axtarış nəticələrindəki Premium bölməsində təsadüfi qaydada göstəriləcək.

Xidmətin müddətini seçin
Ödəniş üsulunu seçin

Ödəniş etməklə İstifadəçi şərtləriQaydalar ilə razılaşırsınız

Diqqət