Mobil nömrənizi daxil edin
OTP kodu daxil edin
Uğurlu giriş

Hesabınıza daxil oldunuz.

Satış üzrə Mütəxəssis

premium
Elanını Premium et 1 gün - 1₼
Məhsulun ümumi təsviri
  • Şəhər Bakı
  • Şirkət Meqa Həyat Sığorta
  • Çatdırılma Xeyr
  • Kredit Xeyr
  • Barter Xeyr
Məhsul haqqında
Namizədə olan tələblər:


Təhsil: Ali.
Müştərilərlə rahat ünsiyyət qurmaq və inandırmaq bacarığı.
İş təcrübəsi: Sığorta sektorunda biznesin inkişafı və satış sahəsində təcrübə arzuolunandır.
Dil bilikləri: Azərbaycan dili (əla), rus və ingilis dili biliyi arzuolunandır.
MS Office proqramlarında sərbəst şəkildə işləmə bacarığı.
Yüksək səviyyədə yazılı və şifahi kommunikasiya bacarıqları.


Əsas vəzifə öhdəlikləri:


Potensial müştərilərin axtarışını həyata keçirmək və onlarla görüşlər təşkil etmək.
Müştəri məmnuniyyətinin təmin edilməsi və uzunmüddətli əməkdaşlıqların qurulması.
Müştərilərin tələblərini nəzərə alaraq, uyğun sığorta məhsullarını təklif etmək, sığorta şərtləri və təminatı haqqında müştərinin dəqiq məlumat almasında onlara köməklik göstərmək.
Satış planının yerinə yetirilməsi və hesabatların təqdim olunması.


Əmək şəraitinin şərtləri:


Azərbaycan Respublikasının Əmək məcəlləsinə əsasən sənədləşmə.
Əmək haqqı: Namizədin təcrübə və səriştəsinə uyğun olaraq müəyyən olunur.
İş vaxtı: 09:00-dan 18:00-dək olmaqla 5 günlük iş həftəsi. (Cümə günü 17:00-dək).
Əsas məzuniyyət hüququ: 30 gün. Əlavə məzuniyyət hüququ. Qanunvericiliyə görə işçiyə düşən digər hüquq və imtiyazlarına uyğun verilir.


İmtiyazlar:


Karyera və peşəkar inkişaf üçün imkanlar;
Peşəkar komandada işləmək imkanı:
Tibbi sığorta təminatı.
Sığorta sahəsində qabaqcıl təcrübə qazanmaq imkanı.


Müraciət qaydası:

Zəhmət olmasa, mövzu bölməsində “Mütəxəssis” qeyd etməklə CV-nizi Müraciət Et düyməsində göstərilən e-mail ünvanına göndərin. Vakansiya tələblərinə uyğun gələn namizədlər müsahibəyə dəvət olunacaqdır.
  • Elan nömrəsi: 9611397
  • Baxış sayı: 40
  • Yenilənmə tarixi: 4 həftə əvvəl
Şərhlər
Şərh yoxdur.
Şikayət et
Şikayətin səbəbini seçin
Dələduz
Artıq satılıb
Kontaktlar yanlış göstərilib
Şübhəli iş elanı
0 /100
Şikayətiniz baxışa göndərildi

Şikayətiniz moderatorlar tərəfindən baxıldıqdan sonra elanın saytın İstifadəçi şərtləri və Qaydalarını pozduğu halda saytdan silinəcəkdir.

Elanı Premium edin

Elanınız ana səhifədəki və axtarış nəticələrindəki Premium bölməsində təsadüfi qaydada göstəriləcək.

Xidmətin müddətini seçin
Ödəniş üsulunu seçin

Ödəniş etməklə İstifadəçi şərtləriQaydalar ilə razılaşırsınız

Diqqət