Mobil nömrənizi daxil edin
OTP kodu daxil edin
Uğurlu giriş

Hesabınıza daxil oldunuz.

Sektor müdiri

premium
Elanını Premium et 1 gün - 1₼
Məhsulun ümumi təsviri
  • Şəhər Bakı
  • Şirkət İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi
  • Çatdırılma Xeyr
  • Kredit Xeyr
  • Barter Xeyr
Məhsul haqqında
Struktur bölmə: Dövlət qurumları ilə iş və beynəlxalq əməkdaşlıq sektoru
İş yeri: Bakı şəhəri
İş rejimi: Tam iş günü, 5 günlük iş həftəsi

Əsas vəzifə öhdəlikləri:


Dövlət qurumları ilə əlaqələrin qurulması və idarə olunması: Müvafiq dövlət təşkilatları ilə effektli əməkdaşlıq mexanizmlərinin formalaşdırılması və əlaqələrin davamlı koordinasiyası;
Rəsmi yazışmaların təşkili və icrası: Dövlət qurumları ilə məktublaşmaların, sorğuların, hesabatların və digər rəsmi sənədlərin hazırlanması və vaxtında göndərilməsi;
Beynəlxalq əməkdaşlıq strategiyasının hazırlanması: Qurumun beynəlxalq əlaqələrinin inkişafı üçün strategiya, fəaliyyət planı və təşəbbüslərin hazırlanması;
Xarici tərəfdaşlarla əlaqələrin idarə olunması: Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının vasitəsilə xarici təşkilatlar, beynəlxalq şəbəkələr, səfirliklər və qurumlarla əməkdaşlığın qurulması və əlaqələrin davamının təmin edilməsi;
Beynəlxalq layihələrin koordinasiyası: Qurumun iştirak etdiyi beynəlxalq layihələrin idarə edilməsi, tərəfdaşlarla kommunikasiya və layihə üzrə hesabatların hazırlanması;
Beynəlxalq əhəmiyyətli tədbirlərin təşkilinə dəstək: Beynəlxalq konfranslar, seminarlar, görüşlər və rəsmi qəbul mərasimlərinin planlaşdırılması və təşkilinə dəstək;
Beynəlxalq konvensiyaların və digər qanunvericilik aktlarının izlənilməsi: Dövlət idarəçiliyi, beynəlxalq əməkdaşlıq və sektorun fəaliyyətinə aid beynəlxalq və yerli qanunvericiliyin izlənilməsi, dəyişikliklərlə bağlı rəhbərliyə məlumat verilməsi;
Sektorun fəaliyyətinə nəzarət: Sektor əməkdaşlarının fəaliyyətinin koordinasiyası, iş bölgüsü və fəaliyyətin effektivliyinin təmin edilməsi;
Tərəfdaşlıq imkanlarının araşdırılması: Yeni əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsi və potensial tərəfdaşlarla ilkin danışıqların aparılması;
Ezamiyyətlərin təşkili: Qurum əməkdaşlarının xarici ölkələrə ezamiyyətlərinin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, ölkəmizdə akkreditasiya olunmuş xarici ölkələrin səfirlikləri, beynəlxalq təşkilatlar və digər təsisatlarla əlaqələndirmənin aparılması, vizaların və uçuş biletlərin alınmasına dəstək göstərilməsi və digər zəruri tədbirlərin təşkil edilməsi.


Namizədə dair tələblər:


Təhsil: Ali təhsil (beynəlxalq münasibətlər, hüquq, iqtisadiyyat, idarəetmə və ya əlaqəli sahələr üzrə);
İş təcrübəsi: Minimum 5 il müvafiq sahə üzrə iş təcrübəsi (rəhbər vəzifə üzrə 3 il);
Dövlət qurumları ilə iş sahəsində təcrübənin olması;
Dövlət qurumları, beynəlxalq tərəfdaşlar və investorlarla danışıq təcrübəsi;
Yüksək şifahi və yazılı ünsiyyət bacarığı;
Rəqəmsal mühitdə işləmə bacarığı, məlumatların rəqəmsal emalı, sistemlərarası inteqrasiya bacarığı
Analitik düşünmə, strateji planlaşdırma və idarəetmə bacarıqları;
Məsuliyyətlilik, təşəbbüskarlıq və komandada işləmək bacarığı.
Dil bilikləri: ingilis dili (B2,C1), rus dili (B2, C1)


Müraciət qaydası:

Namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində “Dövlət qurumları ilə iş və beynəlxalq sektorun müdiri ” qeyd olunması xahiş olunur.
  • Elan nömrəsi: 3746177
  • Baxış sayı: 38
  • Yenilənmə tarixi: 3 həftə əvvəl
Şərhlər
Şərh yoxdur.
Şikayət et
Şikayətin səbəbini seçin
Dələduz
Artıq satılıb
Kontaktlar yanlış göstərilib
Şübhəli iş elanı
0 /100
Şikayətiniz baxışa göndərildi

Şikayətiniz moderatorlar tərəfindən baxıldıqdan sonra elanın saytın İstifadəçi şərtləri və Qaydalarını pozduğu halda saytdan silinəcəkdir.

Elanı Premium edin

Elanınız ana səhifədəki və axtarış nəticələrindəki Premium bölməsində təsadüfi qaydada göstəriləcək.

Xidmətin müddətini seçin
Ödəniş üsulunu seçin

Ödəniş etməklə İstifadəçi şərtləriQaydalar ilə razılaşırsınız

Diqqət