Mobil nömrənizi daxil edin
OTP kodu daxil edin
Uğurlu giriş

Hesabınıza daxil oldunuz.

Sement və beton məhsulları üzrə kiçik satış təmsilçisi

Məhsulun ümumi təsviri
  • Şəhər Bakı
  • Şirkət Norm OJSC
premium
Elanı Premium et 1 gün - 1₼
Məhsul haqqında
Norm Sement zavodu Bakının Qaradağ rayonunda fəaliyyət göstərir. İstehsal gücü gündə 6500 ton klinker, ildə isə 2,1 milyon ton sement təşkil edən müəssisə Cənubi Qafqazın ən iri sement zavodudur. 

Hazırda şirkətimizə Sement və beton məhsulları üzrə kiçik satış təmsilçisi tələb olunur.

İş yeri: 8 noyabr prospekti, Baku Bay Tower

Tələblər: 


İqtisadiyyat və ya Marketinq üzrə ali bakalavr təhsili
1 ili sahə üzrə olmaqla, ümumi 2 il iş təcrübəsi
İngilis dili biliyi 
MS Office proqramlarında işləmək bacarığı
Sement və beton istehsalı üzrə texniki biliklər
Bazarın təhlili və araşdırılması üzrə təcrübə
Əsas məliyyə göstəriciləri və əmsalları barədə dərin biliklər
Sənaye standartları haqqında məlumatlılıq


Tələb olunan kompetensiyalar:


Müştəriyönümlülük
Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
Bütövlük
Yenilikçilik


Əsas vəzifə və öhdəliklər:


Sement və beton sahəsində korporativ müştərilər, satıcılarla davamlı əlaqələrin qurulması;
Müştəri fəaliyyətinin, müqavilələrin və kredit risklərinin izlənməsi;
Sement və beton bazarına dair araşdırmaların aparılması və hesabatların təqdim edilməsi;
Mövcud və potensial müştərilərə yeni sement və beton məhsulları haqqında məlumatların çatdırılması;
Müştəri məmnuniyyəti və məhsul keyfiyyəti ilə bağlı geribildirimlərin toplanması;
Yeni müştərilərin və əməkdaşların cəlb olunması yolu ilə satış şəbəkəsinin genişləndirilməsi;
Şirkətin strateji məqsədləri və nailiyyətləri barədə məlumatların müştərilərə ötürülməsi;
Müştəri şikayətlərinin TMS Pro sisteminə vaxtında daxil edilməsi;
Gündəlik hesabatların hazırlanması və rəhbərlikə təqdim olunması;
SAP sisteminə müştərilərin sifarışlərinin yazəlması və izlənilməsi;
Excel, Power Point və Word Office proqramlarında hesabat və təqdimat edilməsi;
Sənədlərin API SPEC Q1, ISO 9001, 14001, 45001 və 50001 standartlarına uyğunluğunun təmin edilməsi və illik auditlərə hazırlıq;
Fövqəladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təxliyyə plana uyğun hərəkət etmək.


Biz nə təklif edirik:


Könüllü tibbi siğorta
Nəqliyyat
Şəxsi və peşəkar inkişaf imkanları
İşçi rifahını dəstəkləyən, inklüziv iş mədəniyyəti
Digər imtiyazlar


CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
  • Elan nömrəsi: 7410231
  • Baxış sayı: 4
  • Yenilənmə tarixi: 2 saat əvvəl
Şərhlər
Şikayət et
Şikayətin səbəbini seçin
Dələduz
Artıq satılıb
Kontaktlar yanlış göstərilib
Şübhəli iş elanı
0 /100
Şikayətiniz baxışa göndərildi

Şikayətiniz moderatorlar tərəfindən baxıldıqdan sonra elanın saytın İstifadəçi şərtləri və Qaydalarını pozduğu halda saytdan silinəcəkdir.

Elanı Premium edin

Seçilən elan ana səhifədəki və axtarış nəticələrindəki Premium bölməsində təsadüfi qaydada göstəriləcək.

Xidmətin müddətini seçin
Ödəniş üsulunu seçin

Ödəniş etməklə İstifadəçi şərtləriQaydalar ilə razılaşırsınız

Diqqət