Mobil nömrənizi daxil edin
OTP kodu daxil edin
Uğurlu giriş

Hesabınıza daxil oldunuz.

SƏTƏM üzrə mütəxəssis

premium
Elanını Premium et 1 gün - 1₼
Məhsulun ümumi təsviri
  • Şəhər Bakı
  • Şirkət GESCO ASC
  • Çatdırılma Xeyr
  • Kredit Xeyr
  • Barter Xeyr
Məhsul haqqında
Vəzifə öhdəlikləri:


Şirkətin bütün obyektlərində əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi üzrə normativ hüquqi aktların tələblərinə əməl olunmasına nəzarət etmək;
Mühafizə postları, obyekt daxili patrul marşrutları və təhlükəsizlik infrastrukturunun (CCTV otaqları, giriş-çıxış sistemləri və s.) SƏTƏM tələblərinə uyğunluğunu mütəmadi olaraq yoxlamaq;
Yanğından mühafizə sistemlərinin (yanğınsöndürənlər, hidrantlar, siqnalizasiya avadanlıqları və s.) daim işlək vəziyyətdə olmasını nəzarətdə saxlamaq;
Fərdi mühafizə vasitələrinin (ətəklər, əlcəklər, respiratorlar, toz maskaları, xüsusi geyim və s.) verilməsinə, istifadəsinə və saxlanmasına nəzarət etmək;
Obyektlərdə mövcud təhlükəli və zərərli riskləri müəyyən etmək, risklərin qarşısının alınması üçün tədbirlər planı hazırlamaq və icrasına nəzarət etmək;
SƏTƏM sahəsində vəziyyətin təhlil edilməsi, aylıq və illik hesabatların hazırlanması, rəhbərliyə təqdim olunması;
Bədbəxt hadisələrin araşdırılmasında iştirak etmək, səbəbləri analiz etmək və qarşısının alınması üçün tədbirlər təklif etmək;
Əməyin mühafizəsi üzrə təlimatların yenilənməsində və prosedurların təkmilləşdirilməsində iştirak etmək;
Şirkət rəhbərliyi tərəfindən verilən digər SƏTƏM ilə bağlı tapşırıqların icrası.


Namizədə dair tələblər:


Ali təhsil;
Minimum 3 il SƏTƏM sahəsində iş təcrübəsinə malik olmaq;
Azərbaycan dili səlis; İngilis və rus dili biliyi üstünlükdür;
SƏTƏM üzrə yerli və beynəlxalq sertifikatlara sahib olmaq;
Microsoft Office proqramlarında sərbəst işləmək;
İş tələblərinə uyğun olaraq ezamiyyətlərə açıq olmaq;
ISO 45001 üzrə biliklərə malik olmaq (üstünlükdür);


Əlavə məlumat:


Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
İş rejimi: I–V günlər, 09:00–18:00;
Nahar fasiləsi: 13:00–14:00;
Əmək haqqı namizədin bilik və bacarıqlarına əsasən müəyyən olunur.


İş yeri: Bakı şəhəri, Ziya Bünyadov pr. 1965-ci məhəllə, “Çinar Park” Biznes Mərkəzi

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “SƏTƏM üzrə mütəxəssis” qeyd edərək Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
  • Elan nömrəsi: 7063927
  • Baxış sayı: 31
  • Yenilənmə tarixi: 2 ay əvvəl
Şərhlər
Şərh yoxdur.
Şikayət et
Şikayətin səbəbini seçin
Dələduz
Artıq satılıb
Kontaktlar yanlış göstərilib
Şübhəli iş elanı
0 /100
Şikayətiniz baxışa göndərildi

Şikayətiniz moderatorlar tərəfindən baxıldıqdan sonra elanın saytın İstifadəçi şərtləri və Qaydalarını pozduğu halda saytdan silinəcəkdir.

Elanı Premium edin

Elanınız ana səhifədəki və axtarış nəticələrindəki Premium bölməsində təsadüfi qaydada göstəriləcək.

Xidmətin müddətini seçin
Ödəniş üsulunu seçin

Ödəniş etməklə İstifadəçi şərtləriQaydalar ilə razılaşırsınız

Diqqət