Mobil nömrənizi daxil edin
OTP kodu daxil edin
Uğurlu giriş

Hesabınıza daxil oldunuz.

Təhcizat üzrə mütəxəssis

premium
Elanını Premium et 1 gün - 1₼
Məhsulun ümumi təsviri
  • Şəhər Bakı
  • Şirkət Groupone
  • Çatdırılma Xeyr
  • Kredit Xeyr
  • Barter Xeyr
Məhsul haqqında
Vəzifə öhdəlikləri:


Anbarlardan daxil olan sifarişlərin qəbulu, düzgün emalı və tədarükçülərə vaxtında sifarişlərin verilməsi;
Qaimə-fakturaların və digər sənədlərin düzgünlüyünün yoxlanılması və qeydiyyata alınması;
Məhsulların təhvil-təslim və çatdırılma proseslərinin koordinasiyası, nəqliyyat və logistika ilə bağlı əməliyyatların izlənməsi və prosesin vaxtında tamamlanmasının təmin edilməsi;
Şöbə rəhbərinin tapşırığı əsasında daxili sənədlərin – müqayisəli təhlillərin, kommersiya təkliflərinin, aktların və digər satınalma sənədlərinin hazırlanması;
Tədarükçülərlə üzləşmə aktlarının hazırlanması, razılaşdırılması və imzalanma prosesinin təşkil edilməsi;
Satınalma tələblərinin düzgün qəbul edilməsi, qiymətləndirilməsi və tələb olunan materialların təmin olunması üçün bütün mərhələlərin idarə edilməsi;
Bazar araşdırmasının aparılması, tələb olunan məhsul və materialların yerli və xarici bazarlarda qiymət, keyfiyyət və təchizatçı müxtəlifliyi baxımından təhlil edilməsi;
Tədarükçülər üzrə borc məlumatlarının, ödəniş siyahılarının və müvafiq maliyyə sənədlərinin hazırlanması, maliyyə şöbəsi ilə koordinasiyalı şəkildə ödənişlərin planlanması.


Namizədə dair tələblər:


Ali təhsil;
Təchizat, satınalma və ya logistika sahəsində minimum 3-5 il iş təcrübəsi;
Microsoft Office proqramlarında (Excel, Word, PowerPoint) yüksək səviyyədə işləmək bacarığı;
Azərbaycan dili səlis, rus dili biliyi üstünlükdür;
Yüksək ünsiyyət və danışıqlar aparma bacarığı;
Komanda ilə işləmə bacarığı və məsuliyyətli yanaşma;
Analitik düşüncə, detallara diqqət və operativlik;
Stressə davamlılıq və işə çevik yanaşma.


Təminatlar:


Nahar şirkət tərəfindən verilir;
İş yeri: Bakı şəhəri;
İş qrafiki: 6 günlük;
Azərbaycan Respublikası Əmək Q. əsasən rəsmiləşdirilmə;
Əmək haqqı: 2000 AZN.


Uyğun namizədlər öz cvlərini “Təhcizat üzrə mütəxəssis” başlığı ilə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
  • Elan nömrəsi: 2766222
  • Baxış sayı: 30
  • Yenilənmə tarixi: 2 ay əvvəl
Şərhlər
Şərh yoxdur.
Şikayət et
Şikayətin səbəbini seçin
Dələduz
Artıq satılıb
Kontaktlar yanlış göstərilib
Şübhəli iş elanı
0 /100
Şikayətiniz baxışa göndərildi

Şikayətiniz moderatorlar tərəfindən baxıldıqdan sonra elanın saytın İstifadəçi şərtləri və Qaydalarını pozduğu halda saytdan silinəcəkdir.

Elanı Premium edin

Elanınız ana səhifədəki və axtarış nəticələrindəki Premium bölməsində təsadüfi qaydada göstəriləcək.

Xidmətin müddətini seçin
Ödəniş üsulunu seçin

Ödəniş etməklə İstifadəçi şərtləriQaydalar ilə razılaşırsınız

Diqqət