Mobil nömrənizi daxil edin
OTP kodu daxil edin
Uğurlu giriş

Hesabınıza daxil oldunuz.

Terminalda sərnişin xidməti üzrə supervayzer

premium
Elanını Premium et 1 gün - 1₼
Məhsulun ümumi təsviri
  • Şəhər Bakı
  • Şirkət Azerbaijan Airlines
  • Çatdırılma Xeyr
  • Kredit Xeyr
  • Barter Xeyr
Məhsul haqqında
Təsvir:


AZAL Sərnişin Aviaşirkətinin reysləri üzrə sərnişinlərin qeydiyyatı, minik, transfer və digər terminal xidmətlərinin aviaşirkətin tələblərinə və daxili prosedurlara uyğun şəkildə təşkilinə nəzarət etmək;
Terminalda sərnişin axını, minik prosesi və digər operativ xidmətlər zamanı yaranan situasiyalar üzrə operativ qərarlar vermək və baş verən hallar barədə şöbə rəhbərini vaxtında məlumatlandırmaq;
Uçuşların gecikməsinə və ya müntəzəmliyinin pozulmasına səbəb ola biləcək terminaldaxili faktorları (sərnişin problemləri, sənəd uyğunsuzluğu, servis gecikmələri və s.) müəyyən etmək, aidiyyəti cavabdeh xidmətləri koordinasiya etmək və rəhbərliyə müvafiq məlumat təqdim etmək;
Terminal və boarding zonasında sərnişin təhlükəsizliyinə təsir edən və ya prosedurlara zidd hallarla bağlı dərhal rəhbərliyi məlumatlandırmaq və aidiyyəti xidmətlərin fəaliyyətini əlaqələndirmək;
Qəbul edilmiş qərarların icrasına nəzarət etmək və əməliyyat proseslərinin fasiləsizliyini təmin etmək.


Tələblər:


Ali təhsil (bakalavr) və ya vəzifə üzrə müvafiq peşə təhsili;
Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
Azərbaycan dilini yüksək, ingilis dilini yüksək, rus dilini isə orta səviyyədə bilmək;
MS Word, MS Excel, MS PowerPoint və MS Outlook proqramları ilə işləmə bacarığı;
Güclü yazılı və şifahi ünsiyyət bacarıqları;
Qərarvermə və problem həll etmə qabiliyyəti;
Operativlik və yüksək məsuliyyətlilik;
Komandada işləmək və effektiv koordinasiya bacarığı;
Dəyişikliklərə çevik uyğunlaşma və yüksək stress altında işləmə qabiliyyəti;
Öyrənməyə açıq olmaq və peşəkar inkişaf istəyi.


İş qrafiki:


Növbəli


İş yeri:


Heydər Əliyev Beynəlxalq Hava Limanı


Vakansiya haqqında:


Vakansiya növü Tam ştat


Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
  • Elan nömrəsi: 1533323
  • Baxış sayı: 36
  • Yenilənmə tarixi: 4 həftə əvvəl
Şərhlər
Şərh yoxdur.
Şikayət et
Şikayətin səbəbini seçin
Dələduz
Artıq satılıb
Kontaktlar yanlış göstərilib
Şübhəli iş elanı
0 /100
Şikayətiniz baxışa göndərildi

Şikayətiniz moderatorlar tərəfindən baxıldıqdan sonra elanın saytın İstifadəçi şərtləri və Qaydalarını pozduğu halda saytdan silinəcəkdir.

Elanı Premium edin

Elanınız ana səhifədəki və axtarış nəticələrindəki Premium bölməsində təsadüfi qaydada göstəriləcək.

Xidmətin müddətini seçin
Ödəniş üsulunu seçin

Ödəniş etməklə İstifadəçi şərtləriQaydalar ilə razılaşırsınız

Diqqət