Mobil nömrənizi daxil edin
OTP kodu daxil edin
Xoş gəldiniz

Hesaba uğurla daxil oldunuz.

Tibb müəssisələrində təlimlərin idarəolunması şöbəsi - baş məsləhətçi

premium
Elanını Premium et 1 gün - 1₼
Məhsulun ümumi təsviri
  • Şəhər Bakı
  • Şirkət Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi
  • Vakansiyalar Tibbi nümayəndə
  • Çatdırılma Xeyr
  • Kredit Xeyr
  • Barter Xeyr
Məhsul haqqında
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Təlim və tədqiqatlar departamentinin Tibb müəssisələrində təlimlərin idarəolunması şöbəsinə baş məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir.

✅İş yeri:


Bakı şəhəri, N.Nərimanov 206A, "Capital Towers" Biznes Mərkəzi


✅Əməkhaqqı:


Rəqabətədavamlı əməkhaqqı


✅ Tələb olunan bilik, təcrübə və bacarıqlar:


Ali təhsil (tibbi, iqtisadi və ya idarəetmə)
Sahə üzrə minimum 5 il iş təcrübəsi
Kompüter bilikləri: Microsoft Office – sərbəst
Dil bilikləri: İngilis dili və rus dili – sərbəst;


✅ Şəxsi keyfiyyət və bacarıqlara dair tələblər:


İdarəetmə
Komandada işləmə bacarığı
Vaxtın idarə olunması
Mentorluq
Problem həll etmə
Qərar vermə
Planlama və təşkiletmə


✅ İşin təsviri:


Təlim və inkişaf ehtiyaclarının araşdırılması və işçilər üçün fərdi inkişaf planının hazırlanması
Əməkdaşlıq üçün müraciət etmiş kənar təlim təşkilatları ilə zərurət yarandığı halda xidməti danışıqların aparılması
Təlim layihələri və proqramları tərtib edilərkən bütün təşkilati işlərin qaydasında olmasına nəzarət edilməsi
Cari və planlaşdırılan layihələrin təlimçilərinin öncədən müəyyən edilməsi və ikitərəfli qaydada razılaşdırılması
Plandan kənar təlimə göndərilmə ilə bağlı müraciətlərin araşdırılması
Təlim proqramlarının və təlimçilərin effektivliyinin qiymətləndirilməsi, təkmilləşdirilməsi üçün sorğuların təşkil edilməsi
Təlim modullarının və proqramlarının dizayn edilməsi
Test bazasını formalaşdırılması və yenilənməsi
Elektron təlim (E-learning) prosesinin təşkil edilməsi
Təlimlərə dair müxtəlif komissiyalar və işçi qrupları ilə əməkdaşlıq edilməsi
Fəaliyyətin müxtəlif parametrlər üzrə qiymətləndirilməsi


✅ Əlavə qeydlər:


İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;
İş vaxtı: 09:00 – 18:00.


✅ Müraciət qaydası:

Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmələri xahiş olunur:


CV qeyd edilmiş elektron poçt ünvanına göndərilməlidir.
Mövzu sətrində “Tibb müəssisələrində təlimlərin idarəolunması şöbəsi - baş məsləhətçi” qeyd olunmalıdır
CV-lər 11 dekabr, 2024-cü il tarixinə qədər göndərilməlidir


Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.
  • Elan nömrəsi: 4480616
  • Baxış sayı: 88
  • Yenilənmə tarixi: 2 ay əvvəl
Şikayət et
Şikayətin səbəbini seçin
Dələduz
Artıq satılıb
Kontaktlar yanlış göstərilib
Şübhəli iş elanı
0 /100
Şikayətiniz baxışa göndərildi

Şikayətiniz moderatorlar tərəfindən baxıldıqdan sonra elanın saytın İstifadəçi şərtləri və Qaydalarını pozduğu halda saytdan silinəcəkdir.

Elanı Premium edin

Elanınız ana səhifədəki və axtarış nəticələrindəki Premium bölməsində təsadüfi qaydada göstəriləcək.

Xidmətin müddətini seçin
Ödəniş üsulunu seçin

Ödəniş etməklə İstifadəçi şərtləriQaydalar ilə razılaşırsınız

Diqqət