Mobil nömrənizi daxil edin
OTP kodu daxil edin
Uğurlu giriş

Hesabınıza daxil oldunuz.

Tibbi Satış Nümayəndəsi / Tibbi Təmsilçi

Məhsulun ümumi təsviri
  • Şəhər Bakı
  • Şirkət LABOR MMC
  • Vakansiyalar Satış nümayəndəsi
premium
Elanı Premium et 1 gün - 1₼
Məhsul haqqında
Vəzifə öhdəlikləri:


Tibbi laborator  reagentlərin,sərfiyyat mallarının və avadanlıqların aktiv satışı
Müştəri bazasının genişləndirilməsi, mövcud və potensial müştərilərlə əlaqələrin qurulması və inkişaf etdirilməsi
Məhsullar haqqında düzgün və tam məlumatların təqdim olunması
Satış planlarının yerinə yetirilməsi
Təlimlərdə iştirak etmək və məhsullar haqqında tam və dolğun informasiya əldə etmək.
Təyin olunmuş ərazi üzrə tibb müəssisələrində aidiyyəti şəxslərlə (Laboratoriya rəhbərləri, təchizat şöbəsi əməkdaşları....) mütəmadı görüşlər keçirmək, şirkətə məxsus olan məhsulların təqdimatını və satışını həyata keçirmək;
Bazar araşdırmalarında, satış kanallarının və məhsul çeşidlərinin artırılmasında aktiv iştirak etmək
Görülmüş işlər haqqında gündəlik və aylıq hesabatlar hazırlamaq.


Namizədə tələblər: 


Təhsil: Ali təhsil (Tibbi təhsil arzuolunandır);
Satış sahəsində iş təcrübəsi mütləqdir.
Tibbi bilikləri olmayan, lakin qısa zamanda məhsullar haqqında informasiyanı mənimsəyə bilən, satış bacarıqları daha üstün olan namizədlər də müraciət edə bilər. (Öncədən 7-10 gün məhsullarla tanışlıq üçün müddət veriləcək.   Bu müddət ərzində namizəd özünü “tibb sahəsində”görərsə davam edə bilər)
Effektiv ünsiyyət,təqdimat və müştəriyönümlü satış bacarıqları
Komanda ilə işləmə bacarığı, nəticəyönümlü və məsuliyyətli olmaq
Yaş aralığı: 25-35 ,  
Cinsiyyət fərqi yoxdur,  
Sürücülük vəsiqəsi arzuolunandır;
Dil bilikləri: Azərbaycan dili – Səlis, Rus dili – Orta səviyyə,  İngilis dili – Orta səviyyə
Kompüter bilikləri:  Excel , Word


İş yeri və iş rejimi:


İş yeri: Bakı şəhəri, Həzi Aslanov m/s.yanı
İş günləri: Bazar ertəsi – Şənbə
İş saatları: Bazar ertəsi – Cümə 09:00 – 18:00
Şənbə 09:00 – 13:00


  Biz təklif edirik:


Əmək haqqı və satışa bağlı bonus sistemi (Başlanğıc əmək haqqı 700 azn olaraq təyin olunub,lakin namizədin bilik və bacarıqlarından asılı olaraq təkrar qiymətləndiriləcəkdir)
Təlim imkanları (satış və tibbi sahədə)
Rahat və dəstəkləyici iş mühiti


Müraciət qaydası:


Maraqlanan namizədlərdən CV-lərini  qeyd olunan elektron poçt ünvanına və ya əlaqə nömrəsinə göndərmələri xahiş olunur.


Email:  [email protected]

☎ +994 707793330
  • Elan nömrəsi: 4951611
  • Baxış sayı: 3
  • Yenilənmə tarixi: 2 saat əvvəl
Şərhlər
Şikayət et
Şikayətin səbəbini seçin
Dələduz
Artıq satılıb
Kontaktlar yanlış göstərilib
Şübhəli iş elanı
0 /100
Şikayətiniz baxışa göndərildi

Şikayətiniz moderatorlar tərəfindən baxıldıqdan sonra elanın saytın İstifadəçi şərtləri və Qaydalarını pozduğu halda saytdan silinəcəkdir.

Elanı Premium edin

Seçilən elan ana səhifədəki və axtarış nəticələrindəki Premium bölməsində təsadüfi qaydada göstəriləcək.

Xidmətin müddətini seçin
Ödəniş üsulunu seçin

Ödəniş etməklə İstifadəçi şərtləriQaydalar ilə razılaşırsınız

Diqqət