Mobil nömrənizi daxil edin
OTP kodu daxil edin
Xoş gəldiniz

Hesaba uğurla daxil oldunuz.

Vergi və maliyyə xidmətləri üzrə Aparıcı mütəxəssis (aparıcı mühasib)

premium
Elanını Premium et 1 gün - 1₼
Məhsulun ümumi təsviri
  • Şəhər Bakı
  • Şirkət BERC Group
  • Maliyyə vakansiyalar Mühasib
  • Çatdırılma Xeyr
  • Kredit Xeyr
  • Barter Xeyr
Məhsul haqqında
İş barədə məlumat:


Qanunvericiliyə və Vergi Məcəlləsinə uyğun olaraq müəssisədə aparılan vergi uçotuna nəzarət;
Aylıq,rüblük,illik vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyatı orqanlara təqdim edilməsi;
Dövlət Vergi Xidmətindən daxil olan məktubların cavablandırılması və müvafiq tədbirlərin görülməsi
Dövlət Vergi Xidmətinə ünvanlanacaq məktub, ərizə və müraciət formalarının tərtibi və icrasına nəzarət edilməsi;
Məzuniyyət, müavinət, ezamiyyət və əmək haqqı hesablanmasının həyata keçirlməsi
Debitor və Kreditor hesablaşmaların izlənməsi;
Xərclər üzərində nəzarətin təmin edilməsi;
Müəssisələri aparlan əməliyyatlarının gündəlik olaraq 1 C proqramına daxil edilməsinə nəzarət edilməsi
İş prosesində məlumatların məxfiliyinin saxlanılması.
Müəssisənin aktiv və passivlərinin, o cümlədən debitor və kreditor borcların, nəğd vəsaitlərinin, mal qalığının, vergi öhdəliklərinin, gəlir və xərclərinin və s. uçotunun həyata keçirilməsi;
Qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərinin və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri, çəkilən xərcləri və vergi ödənişlərini (tutulmalar) təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək;
Tabeliyində olacaq əməkdaşların gündəlik işinə nəzarət və planlamanın edilməsi
Bank əməliyyatının avtorizasiyası, qaimə və hesab-fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsinə nəzarətin həyata keçirilməsi;
Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması;
Xidmət göstərilən müştərilərlə cari və növbədənkənar görüşlərin keçirilməsi;
Xidmət olunan müştərilərin vergi orqanlarında təmsil edilməsi;


Vəzifəyə dair tələblər:


Mühasibatlıq, maliyyə, iqtisadiyyat və əlaqəli sahələr üzrə ali təhsil;
Analoji sahə üzrə minimum 2 il təcrübəsinin olması; (konsaltinq təcrübəsi üstünlükdür) ;
Hərbi mükəlləfiyyətli və ya hərbi xidmətdən möhlət hüququnun olması;
1C/8.3 proqramını yüksək səviyyədə bilmək;
Mühasibatlıq sahəsində beynəxalq sertifikatların olması üstünlükdür.
MS Office proqramlarını (Word, Excel, Power Point), xüsusilə Exceli yüksək səviyyədə bilməli;
Azərbaycan Respublikasının Vergi Məcəlləsini yüksək səviyyədə bilmək;
Azərbaycan Respsublikasının Əmək Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi, Mülki Məcəllə və digər qanunvericilik aktlarının aidiyyatı maddələrini bilmək;
Elektron portallarda işləmək bacarığının olması (ƏMAS, e-sosial, e-taxes, e-gov və e-customs) ;
Azərbaycan dili mükəmməl, xarici dil biliklərinin (ingilis, rus) olması üstünlükdür.


Bacarıq və səriştələr


Komanda ruhlu olmalı;
Öyrənməyə həvəsli, aktiv və məsuliyyətlilik kimi xarakterik xüsusiyyətlərə sahib olmalı;
Analitik təhlil və araşdırma bacarığına sahib olmalı;
Peşəkar səviyyədə yazılı və şifahi ünsiyyət bacarığına sahib olmalı;
Öyrətmə və izah etmək bacarığına sahib olmalı;
Problemləri həll etmə bacarığı olmalı;
Təşəbbüskarlıq, operativlik, punktuallıq və kreativlik kimi peşəkar vərdişlərə sahib olmalı;
Son tarixlərlə işləməyi bacarmalı və verilən tapşırıqları vaxtında icra etməlidir.


BERC Group MMC sizə nə vəd edir?


Şirkətdə və xidmət göstərdiyi müəssisələrdə karyera yüksəlişi imkanı ;
Rəqabət qabiliyyətli əmək haqqı;
Korporativ nömrə və danışıq paketi;


Qeyd olunan tələblərə uyğun gələn namizədlərdən öz CV - lərini 21.02.2025-ci il tarixinədək elektron poçt ünvanına mövzu yerinə əmək haqqı gözləntisini və “Aparıcı mühasib” vəzifəsi yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.
Qeyd: İlkin göndərilmiş CV-lər əsasında son müraciət tarixindən daha tez imtahan təşkil edilə bilər.
  • Elan nömrəsi: 6666055
  • Baxış sayı: 90
  • Yenilənmə tarixi: 1 ay əvvəl
Şikayət et
Şikayətin səbəbini seçin
Dələduz
Artıq satılıb
Kontaktlar yanlış göstərilib
Şübhəli iş elanı
0 /100
Şikayətiniz baxışa göndərildi

Şikayətiniz moderatorlar tərəfindən baxıldıqdan sonra elanın saytın İstifadəçi şərtləri və Qaydalarını pozduğu halda saytdan silinəcəkdir.

Elanı Premium edin

Elanınız ana səhifədəki və axtarış nəticələrindəki Premium bölməsində təsadüfi qaydada göstəriləcək.

Xidmətin müddətini seçin
Ödəniş üsulunu seçin

Ödəniş etməklə İstifadəçi şərtləriQaydalar ilə razılaşırsınız

Diqqət