Mobil nömrənizi daxil edin
OTP kodu daxil edin
Uğurlu giriş

Hesabınıza daxil oldunuz.

Xərclər üzrə mütəxəssis/Menecer (tikinti üzrə)

premium
Elanını Premium et 1 gün - 1₼
Məhsulun ümumi təsviri
  • Şəhər Bakı
  • Şirkət Modern Construction Group
  • Çatdırılma Xeyr
  • Kredit Xeyr
  • Barter Xeyr
Məhsul haqqında
Əsas vəzifə və öhdəliklər:


Təhkim olunduğu layihələrdə layihə xərclərinin planlaşdırılmasını və plana uyğun icrasına nəzarəti təmin etmək;
Təhkim olunduğu layihələrdə layihə xərclərinin optimallaşdırma həllərinin və hesablama üsullarının tətbiq olunmasını təmin etmək;
Öncədən icra olunmuş layihələrdə əldə olunmuş təcrübənin gələcəkdə daha səmərəli tətbiq olunmasını təmin etmək;
Layihə xərcləri daim nəzarətdə saxlamaq, kənarlaşmaları aradan qaldırmaq üçün önləyici tədbirlər görülməsi, təkliflər verilməsi və hesabat verilməsi;
Layihənin tələblərinə uyğun olaraq, icra olunmuş işlərin ölçülməsi və təhlili;
Podratçıların təqdim etdiyi əlavə işlər üzrə ehtimal qiymətlərin yoxlanılması və təhlili;
İddiaların təhlili, əsas səbəblərinin araşdırılması və hesabatların təqdim edilməsi;
İlkin, aralıq və yekun ödəniş sənədlərinin, BoQ-ların, dəyişiklik proseduru sənədlərinin, proqres hesabatlarının tərtibatı;
Podratçılar tərəfindən hazırlanmış xərclərlə bağlı hesabatlarının yoxlanılması;
Hesab-fakturaların və digər ödəniş sənədlərinin müqavilənin şərtlərinə uyğunluğunun yoxlanılması;
Mühəndisi dəyərləndirmə zamanı layihə komandası ilə bərabər zəruri olan işlərin icrası;
Podratçılar tərəfindən təqdim edilmiş maliyyə təkliflərinin yoxlanılması, təhlillərin aparılması, yekun hesabatların hazırlanması


Tələblər:


Müvafiq ixtisas üzrə bakalavr dərəcəsi;
Azərbaycan dili – səlis, İngilis dili və ya Rus dili– orta (şifahi və yazılı);
Kompyuter bacarıqları - MS Office proqramları, AutoCAD;


Əmək haqqı müsahibə əsasında razılaşdırılır.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq “Xərclər üzrə mütəxəssis” qeyd etməklə şəkilli CV-nizi (əks halda belə müraciətlərə baxılmayacaq) Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər. Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.
  • Elan nömrəsi: 8701143
  • Baxış sayı: 32
  • Yenilənmə tarixi: 1 ay əvvəl
Şərhlər
Şərh yoxdur.
Şikayət et
Şikayətin səbəbini seçin
Dələduz
Artıq satılıb
Kontaktlar yanlış göstərilib
Şübhəli iş elanı
0 /100
Şikayətiniz baxışa göndərildi

Şikayətiniz moderatorlar tərəfindən baxıldıqdan sonra elanın saytın İstifadəçi şərtləri və Qaydalarını pozduğu halda saytdan silinəcəkdir.

Elanı Premium edin

Elanınız ana səhifədəki və axtarış nəticələrindəki Premium bölməsində təsadüfi qaydada göstəriləcək.

Xidmətin müddətini seçin
Ödəniş üsulunu seçin

Ödəniş etməklə İstifadəçi şərtləriQaydalar ilə razılaşırsınız

Diqqət