Mobil nömrənizi daxil edin
OTP kodu daxil edin
Xoş gəldiniz

Hesaba uğurla daxil oldunuz.

Baş mühasib

premium
Elanını Premium et 1 gün - 1₼
Məhsulun ümumi təsviri
  • Şəhər Bakı
  • Şirkət A-Group Insurance Company
  • Maliyyə vakansiyalar Mühasib
  • Çatdırılma Xeyr
  • Kredit Xeyr
  • Barter Xeyr
Məhsul haqqında
Əmək funksiyaları:


Cəmiyətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyəti təşkili və nəzarəti;
Cəmiyyət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsi, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət etməsi;
Daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, vəsaitlərin dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanması, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunu təşkil və nəzarət etmək;
Əmək haqqının ödənilməsi hesablarını, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları, digər ayırmaları tərtib və nəzarəti;
İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmək haqqı fondunun sərf olunmasının, əsas fondların inventarizasiyasının aparılmasına nəzarəti;
Maliyyə nizamına ciddi əməl edilməsini, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqlarının və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsini təmin etmək;
Mühasibatlıq sənədlərin düzgün hazırlanmasına nəzarət etmək.


Tələblər:


İqtisadiyyat sahəsində ali təhsil və sığortaçıda mühasibatlıq sahəsində azı 3 illik iş təcrübəsinin olması, və yaxud ali təhsil və mühasibatlıq sahəsində azı 5 illik iş təcrübəsinin (azı 3 ili sığortaçıda olmaqla) olması mütləqdir,
“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq peşəkar mühasib sertifikatı olmalıdır,
İnsure.az və MS proqramlarının sərbəst istifadəçisi olmalıdır,
Dil bilikləri: Azərbaycan dili mükəmməl səviyyədə (digər dil bilikləri arzuolunandır),
Vergi Məcəlləsini və mühasibat uçotunun təşkili üzrə müvafiq qanunvericilikləri bilməli.


İş şəraəti:


İş rejimi: 5 günlük, 09.00-18.00
İş yeri: Bakı şəh., Azadlıq pr-ti 3
Tibbi sığorta qarşılanır.
Əmək haqqı: qarşılıqlı razılaşma əsasında müəyyən olunacaq.


Maraqlanan şəxs CV-ni, mövzuda “BAŞ MÜHASİB” qeyd etməklə, mail ünvanına göndərə bilər.
  • Elan nömrəsi: 8313772
  • Baxış sayı: 32
  • Yenilənmə tarixi: 3 həftə əvvəl
Şikayət et
Şikayətin səbəbini seçin
Dələduz
Artıq satılıb
Kontaktlar yanlış göstərilib
Şübhəli iş elanı
0 /100
Şikayətiniz baxışa göndərildi

Şikayətiniz moderatorlar tərəfindən baxıldıqdan sonra elanın saytın İstifadəçi şərtləri və Qaydalarını pozduğu halda saytdan silinəcəkdir.

Elanı Premium edin

Elanınız ana səhifədəki və axtarış nəticələrindəki Premium bölməsində təsadüfi qaydada göstəriləcək.

Xidmətin müddətini seçin
Ödəniş üsulunu seçin

Ödəniş etməklə İstifadəçi şərtləriQaydalar ilə razılaşırsınız

Diqqət