Mobil nömrənizi daxil edin
OTP kodu daxil edin
Uğurlu giriş

Hesabınıza daxil oldunuz.

Biznesin inkişafı departamentinin metodologiya şöbəsinin mütəxəssisi

premium
Elanını Premium et 1 gün - 1₼
Məhsulun ümumi təsviri
  • Şəhər Bakı
  • Şirkət İcbari Sığorta Bürosu
  • Çatdırılma Xeyr
  • Kredit Xeyr
  • Barter Xeyr
Məhsul haqqında
Əsas vəzifə öhdəlikləri:


Qabaqcıl ölkələrin sığorta sahəsində tətbiq olunan hüquqi və institusional modellərini təhlil edir, onların uyğunlaşdırılması ilə bağlı hüquqi və praktiki təkliflər hazırlayır;
Sığorta sektorunun tənzimlənməsi sahəsində normativ-metodoloji sənədlərin (təlimatlar, qaydalar və s.) layihələrinin hazırlanmasında iştirak edir;
Sığorta fəaliyyəti ilə bağlı potensial riskləri müəyyənləşdirir və onların qarşısının alınması məqsədilə hüquqi mexanizmlər hazırlayır, müvafiq təkliflər formalaşdırır;
Sığorta şirkətləri və digər maraqlı tərəflərdən daxil olan hüquqi məzmunlu müraciətləri araşdırır, cavabların hazırlanması və hüquqi mövqenin formalaşdırılması üzrə təlimatlar verir.


Namizədə tələblər:


Qanunvericilik aktları ilə işləmək, hüquqi təhlillər aparmaq və normayaratma fəaliyyəti (hüquqi aktların layihələrinin hazırlanması) sahəsində təcrübə;
Qısa müddətdə böyük həcmli hüquqi və digər məlumatları təhlil etmək bacarığı;
Güclü analitik düşüncə və məntiqi nəticə çıxarma qabiliyyəti;
Qabaqcıl ölkələrin təcrübəsini araşdırmaq, təhlil etmək və yerli mühitə tətbiq etmək bacarığı;
Hüquqi normaların arxasındakı nəzəri əsasları və məntiqi təhlil edərək praktiki yanaşma formalaşdırmaq bacarığı;
MS Office proqramlarından və hüquqi informasiya sistemlərindən istifadə bacarığı.


Təcrübə


Hüquqşünaslıq ixtisası üzrə bakalavr dərəcəsi;
Hüquq sahəsində ən azı 3 il peşəkar iş təcrübəsi;
Ən azı bir xarici dili sərbəst şəkildə oxuma və yazma bacarığı (ingilis və ya rus dili üstünlük təşkil edir).


Əlavə üstünlüklər:


Magistr və ya ona bərabər ali hüquq təhsili;


Sığorta sahəsində normativ-metodoloji baza üzrə biliklər və bu sahədə tətbiq olunan hüquqi çərçivəyə dair anlayış.

Namizədlər (subject) yerinə vəzifənin adını qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.
  • Elan nömrəsi: 3034214
  • Baxış sayı: 24
  • Yenilənmə tarixi: 2 ay əvvəl
Şərhlər
Şərh yoxdur.
Şikayət et
Şikayətin səbəbini seçin
Dələduz
Artıq satılıb
Kontaktlar yanlış göstərilib
Şübhəli iş elanı
0 /100
Şikayətiniz baxışa göndərildi

Şikayətiniz moderatorlar tərəfindən baxıldıqdan sonra elanın saytın İstifadəçi şərtləri və Qaydalarını pozduğu halda saytdan silinəcəkdir.

Elanı Premium edin

Elanınız ana səhifədəki və axtarış nəticələrindəki Premium bölməsində təsadüfi qaydada göstəriləcək.

Xidmətin müddətini seçin
Ödəniş üsulunu seçin

Ödəniş etməklə İstifadəçi şərtləriQaydalar ilə razılaşırsınız

Diqqət