Mobil nömrənizi daxil edin
OTP kodu daxil edin
Uğurlu giriş

Hesabınıza daxil oldunuz.

Elektronika üzrə Mühəndis

premium
Elanını Premium et 1 gün - 1₼
Məhsulun ümumi təsviri
  • Şəhər Bakı
  • Şirkət Miras
  • Çatdırılma Xeyr
  • Kredit Xeyr
  • Barter Xeyr
Məhsul haqqında
MİRAS Military Industrial Company olaraq peşəkar komandamızı gücləndirmək məqsədilə yüksək texniki bilik və təcrübəyə malik Elektronika üzrə Mühəndis axtarırıq. Əgər siz mürəkkəb elektronik sistemlərin qurulması, sazlanması və təmiri sahəsində peşəkarsınızsa, strateji layihələrimizdə iştirak etməyə dəvət edirik.

Əsas vəzifə öhdəlikləri:


Elektronik hissə, modul, blok və prosessorların diaqnostikası və təmiri
Elektronik avadanlıqların installyasiyası, quraşdırılması və sazlanması
Elektrik, rabitə və yüksək tezlikli kabel xətlərinin quraşdırılması və əlaqələndirilməsi
İdarəetmə sistemləri, sensorlar və modullar üzrə texniki işlərin icrası
Nasazlıqların səbəblərinin təhlili və aradan qaldırılması
Texniki çertyojlar, konstruktor sənədləri, elektrik və funksional sxemlər əsasında işləmək
Müasir ölçü cihazları ilə avadanlıqların test edilməsi, kalibrlənməsi və texniki parametrlərin yoxlanması
Elektron sistemlərin fasiləsiz işini təmin etmək üçün profilaktik xidmətlərin həyata keçirilməsi
Elektron nəzarət məlumatlarının çıxarılması, emalı və əsaslandırılmış şərhi
Radiotexniki və radioelektron vasitələrin iş prinsipi və qovşaq-hissələrinin təyinatı üzrə texniki işlərin icrası
Müdafiə təyinatlı mexanizmlərlə işləmək və sistem mühəndisliyinə uyğunlaşdırma üzrə işlərin görülməsi
Yeni texniki həllərin tətbiqi və proseslərin təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması
Rəhbərliyə texniki hesabatların təqdim edilməsi və audit proseslərində məlumat dəstəyi göstərilməsi


Tələblər (Səriştə və kvalifikasiya):

Təhsil:


Elektronika, elektrotexnika, avtomatika, sistem mühəndisliyi və ya əlaqəli sahə üzrə ali təhsil
Mülki və/və ya hərbi təhsil üstünlükdür


Təcrübə:


Elektronik modulların, prosessorların və idarəetmə bloklarının təmiri və installyasiyası üzrə minimum 3 il iş təcrübəsi
Müdafiə sənayesi, sənaye avadanlıqları və yüksək texnoloji sistemlər sahəsində təcrübə üstünlükdür


Bilik və bacarıqlar:


Elektron komponentlərin quruluşu, iş prinsipi və nasazlıq növləri üzrə dərin texniki biliklər
Çoxqatlı plataların fiziki xüsusiyyətləri haqqında bilik
Diaqnostika avadanlıqları ilə işləmək bacarığı
Modulların və idarəetmə bloklarının texniki parametrlərə uyğun sazlanması
Kompleks elektron sistemlərin inteqrasiyası və sistem mühəndisliyi bilikləri
Texniki sənədlərlə sərbəst işləmək
Elektrik, texniki və yanğın təhlükəsizliyi qaydalarına riayət
MS Office proqramlarında sərbəst işləmək bacarığı


Dil bilikləri:


Azərbaycan dili – səlis
Rus dili – texniki səviyyədə (üstünlükdür)
İngilis dili – texniki səviyyədə (üstünlükdür)


Şəxsi keyfiyyətlər:


Analitik düşüncə və problem həll etmə bacarığı
Diqqətlilik və detallara həssas yanaşma
Komandada işləmək və koordinasiya bacarığı
Məsuliyyətli, operativ və intizamlı olmaq
Yeni texnologiyaları öyrənməyə açıq olmaq


İş yeri və əmək şəraiti:


İş yeri: Sumqayıt şəhəri
İş qrafiki: 5 günlük iş həftəsi (tam ştat)
İş şəraiti: İstehsalat mühiti
Ezamiyyət: Tələb olunduqda (xarici və daxili)
Nahar və daşınma: Şirkət tərəfindən təmin edilir


Əmək haqqı və təminatlar:


Təmiz əmək haqqı: 2000 AZN (namizədin real bilik və bacarığına uyğun olaraq dəyişə bilər)
Peşəkar inkişaf və təlim imkanları
Korporativ idarəetmə və şəffaf mühit
Stabil və dinamik iş mühiti


CV-lərinizi mövzu hissəsində “Elektronika üzrə Mühəndis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.
  • Elan nömrəsi: 6022981
  • Baxış sayı: 34
  • Yenilənmə tarixi: 2 ay əvvəl
Şərhlər
Şərh yoxdur.
Şikayət et
Şikayətin səbəbini seçin
Dələduz
Artıq satılıb
Kontaktlar yanlış göstərilib
Şübhəli iş elanı
0 /100
Şikayətiniz baxışa göndərildi

Şikayətiniz moderatorlar tərəfindən baxıldıqdan sonra elanın saytın İstifadəçi şərtləri və Qaydalarını pozduğu halda saytdan silinəcəkdir.

Elanı Premium edin

Elanınız ana səhifədəki və axtarış nəticələrindəki Premium bölməsində təsadüfi qaydada göstəriləcək.

Xidmətin müddətini seçin
Ödəniş üsulunu seçin

Ödəniş etməklə İstifadəçi şərtləriQaydalar ilə razılaşırsınız

Diqqət