Mobil nömrənizi daxil edin
OTP kodu daxil edin
Uğurlu giriş

Hesabınıza daxil oldunuz.

Mühəndis metroloq / Biznes proseslərin keyfiyyətinin idarəedilməsi şöbəsi / Çovdar inteqrəolunmuş regional emal sahəsi

premium
Elanını Premium et 1 gün - 1₼
Məhsulun ümumi təsviri
  • Şəhər Bakı
  • Şirkət AzerGold CJSC
  • Çatdırılma Xeyr
  • Kredit Xeyr
  • Barter Xeyr
Məhsul haqqında
Vakansiyaya dair tələblər:


Ölçmə və sınaq avadanlıqlarının metroloji nəzarətini həyata keçirmək;
Avadanlıqların düzgün işləməsi üçün kalibrləmə və yoxlamaların təşkilini etmək;
Standartlara uyğun olmayan ölçmə vasitələrinin istifadəsinin qarşısını almaq;
Müəssisədə istifadə olunan ölçmə cihazlarının dövlət və beynəlxalq metroloji standartlara uyğun olmasını təmin etmək;
Metroloji nəzarətə dair sənədlərin hazırlanması və saxlanmasını təmin etmək;
Kalibrləmə və yoxlama prosedurlarını tərtib etmək və yeniləmək;
Metroloji hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
ISO 17025, ISO 9001 və digər beynəlxalq keyfiyyət standartlarına uyğun metroloji nəzarətin təşkili.
Yeni metroloji metodların və beynəlxalq tələblərə uyğun avadanlıqların tətbiqinə nəzarət;
Müəssisənin metroloji siyasətinin inkişaf etdirilməsində iştirak etmək;
Ölçmə vasitələrinin texniki nasazlıqlarının qarşısını almaq və lazımi tədbirləri görmək;
Metroloji nəzarətlə bağlı risklərin qiymətləndirilməsini aparmaq;
Metroloji xidmət sahəsində təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək;
Metroloji avadanlıqların modernləşdirilməsi ilə bağlı təkliflər vermək;
Yeni ölçmə texnologiyalarını araşdırmaq və tətbiq imkanlarını qiymətləndirmək;
Laboratoriya və istehsalatda istifadə olunan ölçmə cihazlarının innovativ həllərlə inkişafına töhfə vermək;
Qoruyucu klapanların snaqdan keçirilməsini vaxtında və düzgün şəkildə təşkil etmək;
Təhlükə potensiallı obyektlərdə istifadə olunan texniki qurğular və avadanlıqlar üçün texniki təhlükəsizlik sertifikatının alınmasını vaxtında və düzgün şəkildə təşkil etmək;
Qurğu və avadanlıqların pasportlarını vaxtında və düzgün şəkildə təşkil etmək;
Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək;
Əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək;
Əməyin təhlükəsizliyi normalarına əməl etmək;
Dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq;
İş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq;
Fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək;
Əmək qanunvericiliyinin tələblərinə əməl etmək.


Tələb olunan bilik, bacarıq və səriştələr:


Azərbaycan dili səlis, ingilis və rus dilləri orta səviyyədə ;
Office proqramlarından orta səviyyəli istifadəçi bacarığı;
Müvafiq sahə üzrə qanunvericilik aktları və normalar haqqında biliklərə malik olmaq;
İdarəemə sistemləri üzrə (İSO 9001/ İSO 14001/ İSO 45001/İSO 17025) və auditin keçirilməsi üzrə (İSO 19011) standartlar barədə nəzəri və praktiki biliklərə sahib olmaq;
İdarəetmə sistemlərində auditin keçirilməsi üzrə praktik tətbiq təcrübəsinə malik olmaq;
Əməyin təhlükəsizliyi, ətraf mühit və keyfiyyətin idarəedilməsi sistemləri sahəsində tələb və prinsiplər barədə biliklərə sahib olmaq;
İdarəetmə sistemləri və auditi, Metroloji standartlar üzrə müvafiq sertifikatlara malik olmaq.


Tələb olunan təhsil və iş təcrübəsi:


Metroloji mühəndislik, Fizika, Mexanika, Elektronika, Kimya mühəndisliyi və ya əlaqəli sahələr üzrə Ali təhsil;
Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi;
Ümumi 5 il iş təcrübəsi.


İş qrafiki:


Əməkdaşın iş qrafiki həftə ərzində 36 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 08:00-dan 17:00-a qədərdir. Nahar vaxtı saat 12:00-dan 13:00-dəkdir.


Əmək haqqı və əlavə imtiyazlar:


Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
Nəqliyyat xidməti.
Rəqabətli mükafatlandırma sistemi.


Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
  • Elan nömrəsi: 5212944
  • Baxış sayı: 26
  • Yenilənmə tarixi: 1 ay əvvəl
Şərhlər
Şərh yoxdur.
Şikayət et
Şikayətin səbəbini seçin
Dələduz
Artıq satılıb
Kontaktlar yanlış göstərilib
Şübhəli iş elanı
0 /100
Şikayətiniz baxışa göndərildi

Şikayətiniz moderatorlar tərəfindən baxıldıqdan sonra elanın saytın İstifadəçi şərtləri və Qaydalarını pozduğu halda saytdan silinəcəkdir.

Elanı Premium edin

Elanınız ana səhifədəki və axtarış nəticələrindəki Premium bölməsində təsadüfi qaydada göstəriləcək.

Xidmətin müddətini seçin
Ödəniş üsulunu seçin

Ödəniş etməklə İstifadəçi şərtləriQaydalar ilə razılaşırsınız

Diqqət