Mobil nömrənizi daxil edin
OTP kodu daxil edin
Uğurlu giriş

Hesabınıza daxil oldunuz.

PR və Kommunikasiya üzrə Menecer

premium
Elanını Premium et 1 gün - 1₼
Məhsulun ümumi təsviri
  • Şəhər Bakı
  • Şirkət Azerbaijan Fish Farm
  • Çatdırılma Xeyr
  • Kredit Xeyr
  • Barter Xeyr
Məhsul haqqında
Vəzifə üzrə öhdəliklər:


Brendin kommunikasiya strategiyasının hazırlanması və icrası (PR planları, kampaniyalar, copywriting və storytelling).
Bütün kommunikasiya kanallarında (ənənəvi media, rəqəmsal media, sosial şəbəkələr, POS materialları, məhsul qablaşdırması və s.) vahid və tutarlı mesajların təmin olunması.
Media ilə effektiv əlaqələrin qurulması və inkişaf etdirilməsi (mətbuat nümayəndələri, bloggerlər və influencerlərlə).
Mətbuat açıqlamaları, press-relizlər və media materiallarının hazırlanması və yayımı.
Şirkət üçün əhəmiyyətli tədbirlər, konfranslar, seminarlar və HoReCa tərəfdaşları ilə müntəzəm görüşlərdə şirkəti təmsil etmək.
Tədbirlərin (sərgi, xüsusi əhəmiyyətli günlər, təqdimat, və s.) konsepsiyasının hazırlanması və planlaşdırılması.
Beynəlxalq sərgilərin planlaşdırılması və təşkil edilməsi üzrə bütün mərhələlərin (müqavilə, icarə, stend, dizayn işləri, press relizlər və digər) koordinasiya edilməsi.
Tədbir üçün büdcənin hazırlanması, xərclərin nəzarətdə saxlanılması və resursların səmərəli idarə olunması.
Tədbir məkanının seçilməsi, müqavilələrin bağlanması və təşkilati detallara nəzarət.
Təchizatçılar, podratçılar, spikerlər və tərəfdaşlarla müntəzəm əlaqələrin qurulması və koordinasiya olunması.
Tədbirin qrafik və proqramının hazırlanması, işçi qruplar arasında vəzifə bölgüsünün aparılması.
Tədbirin reklam və tanıtım materiallarının hazırlanmasına nəzarət.
Qonaqların qeydiyyatı, dəvətlərin göndərilməsi və iştirakçı siyahısının idarə edilməsi.
Tədbir gedişatına operativ nəzarət və yaranan problemlərin vaxtında aradan qaldırılması.
İllik kommunikasiya, tədbirlər, sərgilər və tərəfdaşlar üçün promo-hədiyyə büdcəsinin hazırlanması, xərclərin izlənməsi və səmərəli idarə olunması.
Rəqiblərin kommunikasiya fəaliyyətlərinin izlənməsi, bazar və media tendensiyalarının təhlili.


Namizədə Tələblər:


Ali təhsil (Kommunikasiya, PR, Jurnalistika, Marketinq, Beynəlxalq Münasibətlər və ya əlaqədar sahə);
Minimum 2-5 il müvafiq sahədə (PR və Kommunikasiya üzrə) iş təcrübəsi;
“HoReCa”, “FMCG”, “Luxury” Marketinq, ərzaq və qida sənayesi sektorunda iş təcrübəsi üstünlükdür.
Mükəmməl şifahi və yazılı kommunikasiya bacarıqları, güclü təşkilati və vaxt idarə etmə bacarıqları, SMM, PR və tədbir idarəetmə sahələrində geniş təcrübəyə malik olmaq, detallara diqqətli, pozitiv, yaradıcı, proaktiv, nəticəyönümlü və komandada işləmək bacarığı;
MS office, sosial platformaların idarə edilməsi və məzmun optimizasiyası, digər rəqəmsal kommunikasiya alətləri, press reliz hazırlama, copywriting, müsahibələr;
Azərbaycan, Rus və İngilis dilləri mükəmməl.


İş şəraiti:


Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə
İş vaxtı: 5 günlük, istirahət günü: şənbə, bazar
İş yeri: Bakı şəhəri
Əmək haqqı: Müsahibə əsnasında müəyyən olunacaqdır.


Vakansiyaya müraciət üçün CV-ləri “PR və Kommunikasiya üzrə Menecer” mövzusu ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
  • Elan nömrəsi: 6033675
  • Baxış sayı: 25
  • Yenilənmə tarixi: 2 ay əvvəl
Şərhlər
Şərh yoxdur.
Şikayət et
Şikayətin səbəbini seçin
Dələduz
Artıq satılıb
Kontaktlar yanlış göstərilib
Şübhəli iş elanı
0 /100
Şikayətiniz baxışa göndərildi

Şikayətiniz moderatorlar tərəfindən baxıldıqdan sonra elanın saytın İstifadəçi şərtləri və Qaydalarını pozduğu halda saytdan silinəcəkdir.

Elanı Premium edin

Elanınız ana səhifədəki və axtarış nəticələrindəki Premium bölməsində təsadüfi qaydada göstəriləcək.

Xidmətin müddətini seçin
Ödəniş üsulunu seçin

Ödəniş etməklə İstifadəçi şərtləriQaydalar ilə razılaşırsınız

Diqqət