Mobil nömrənizi daxil edin
OTP kodu daxil edin
Xoş gəldiniz

Hesaba uğurla daxil oldunuz.

Sahibkarlarla iş və iqtisadi təhlil şöbəsinin müdiri

premium
Elanını Premium et 1 gün - 1₼
Məhsulun ümumi təsviri
  • Şəhər Bakı
  • Şirkət Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyası
  • Çatdırılma Xeyr
  • Kredit Xeyr
  • Barter Xeyr
Məhsul haqqında
Əsas əmək funksiyaları:


sahibkarlar və biznes assosiasiyaları ilə əməkdaşlıq əlaqələrinin qurulması;
sahibkarların müraciətlərinin qeydiyyatı və araşdırılması işinin təşkili;
sahibkarların qaldırdığı iqtisadi məsələlərin təhlili, onlara dair rəy, arayış və təkliflər hazırlanıb rəhbərliyə təqdim edilməsi;
sahibkarların qəbulu, zərurət olduqda onlara şifahi məsləhətlər verilməsi;
sahibkarlar üçün təlim və dəstək xidmətlərinin təşkili, onların icrasında iştirak;
özəl sektorla bağlı mediada yayımlanan iqtisadi məlumatlar və göstəricilərin təhlili;
bazar araşdırmaları məqsədilə sahibkarlar arasında sorğuların təşkili;
sahibkarlığın inkişafı sahəsində mütərəqqi layihələr, proqramlar və tədbirlər barədə təşəbbüslər irəli sürülməsi, onların hazırlanması və təşkilində iştirak;
Konfederasiyanın üzvləri, komissiyaları və regional nümayəndələrinin zəruri məlumatlarla təmin edilməsi;
üzvlər, komissiyalar və regional nümayəndələrin reyestrinin aktuallığının təmin edilməsi;
üzvlər arasında işgüzar əlaqələrin qurulmasına təşkilati dəstək, onlar üçün təlim proqramlarının təşkili;
komissiyaların işinin təşkili, regional nümayəndələrin işinin koordinasiyası;
Konfederasiyanın media vasitələri üçün şöbənin fəaliyyətinə dair məlumatların təmin edilməsi, monitorinqi və təkliflər verilməsi;
icraatına verilən sənədlərin araşdırılması, müraciətlərin cavablandırılması;
icraatına verilən sənədlərə iqtisadi rəy, arayış və təkliflər verilməsi;
şöbədaxili hədəflərin müəyyən olunması və hədəflərin icrasına nəzarət;
şöbənin iş planı və fəaliyyətinin nəticələri barədə dövri hesabatların hazırlanması, dövri statistik bülletenlərinə nəzarət;
şöbə əməkdaşlarının vəzifə təlimatlarının hazırlanması, onların daxili intizam qaydalarına əməl etməsinə nəzarət və fəaliyyətinin qiymətləndirilməsi;
Konfederasiyanın strateji hədəflərinin müəyyən edilməsi və strateji planının hazırlanmasında iştirak.


Namizəd üçün tələblər:


ali təhsil (biznes idarəetməsi / iqtisadi menecment ixtisaslarına üstünlük verilir);
azı 5 il iş təcrübəsi (biznes idarəetməsi / iqtisadi menecment və ya müştərilərlə iş sahəsində);
ingilis dili bilikləri (əlavə rus dili bilikləri arzuolunandır);
iqtisadi təhlil və proqnozlaşdırma bacarığı, kreativlik və təşəbbüskarlıq;
güclü kommunikasiya qurmaq bacarığı;
liderlik və komandanı idarəetmə bacarığı;
ofis proqramlarında işləmə bacarığı.


İş şərtləri:


AR Əmək Məcəlləsinə uyğun əmək müqaviləsi;
İş vaxtı 09:00 – 18:00;
İş günü 5/2 (şənbə və bazar qeyri-iş günləridir).


Məlumatlandırıcı qeydlər:


CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədəuyğundur;
CV formasında əsas məlumatları lakonik və aydın qeyd edin.




Maraqlanan şəxslər CV-lərini mailto:hr@ask.org.az elektron ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində vəzifənin adı - “Sahibkarlarla iş və iqtisadi təhlil şöbəsinin müdiri” yazılmalıdır. Yalnız qeyd olunan tələblərə cavab verən CV-lərə baxılacaqdır.
  • Elan nömrəsi: 3266837
  • Baxış sayı: 7
  • Yenilənmə tarixi: 2 gün əvvəl
Şikayət et
Şikayətin səbəbini seçin
Dələduz
Artıq satılıb
Kontaktlar yanlış göstərilib
Şübhəli iş elanı
0 /100
Şikayətiniz baxışa göndərildi

Şikayətiniz moderatorlar tərəfindən baxıldıqdan sonra elanın saytın İstifadəçi şərtləri və Qaydalarını pozduğu halda saytdan silinəcəkdir.

Elanı Premium edin

Elanınız ana səhifədəki və axtarış nəticələrindəki Premium bölməsində təsadüfi qaydada göstəriləcək.

Xidmətin müddətini seçin
Ödəniş üsulunu seçin

Ödəniş etməklə İstifadəçi şərtləriQaydalar ilə razılaşırsınız

Diqqət