Sürücü
Məhsulun ümumi təsviri
- Şəhər Bakı
- Şirkət Pulsmed
- Nəqliyyat, logistika, anbar vakansiyalar Sürücü
Məhsul haqqında
Vəzifə öhdəlikləri:
Şirkət tərəfindən təhkim olunmuş avtomobil ilə sifarişlərin və sənədlərin təyinat yerinə təhlükəsiz və vaxtında çatdırılmasını təmin etmək;
Yüklərin və sənədlərin bütövlüyünü və məxfiliyini qorumaq, təhvil-təslim proseslərini düzgün, daxili qaydalara və təlimatlara uyğun həyata keçirmək;
Rəhbərliyin tapşırığına əsasən qonaqların qarşılanmasını və onların təhlükəsiz, etik və yüksək xidmət mədəniyyətinə uyğun şəkildə təyinat yerinə çatdırılmasını təmin etmək;
Müəyyən edilmiş cədvələ uyğun olaraq şirkət əməkdaşlarının və digər müvafiq şəxslərin təyin olunmuş marşrutlar üzrə vaxtında və təhlükəsiz daşınmasını həyata keçirmək;
Daşınma zamanı punktuallığa, nəzakətli davranış qaydalarına və konfidensiallığa riayət etmək;
Gündəlik marşrutu planlamaq, GPS/naviqasiya tətbiqlərindən istifadə edərək optimal yolu seçmək;
Yol hərəkəti və təhlükəsizlik qaydalarına tam riayət etmək, təhlükəsiz sürücülük prinsiplərinə əməl etmək;
Avtomobili təmiz və səliqəli saxlamaq və həmçinin avtomobilin texniki vəziyyətinə gündəlik nəzarət etmək (yağ, soyuducu, təkər təzyiqi, işıqlar və s.);
Planlı texniki baxış və servis işlərinin vaxtında keçirilməsi üçün mütəmadiyyən avtomobili yoxlatdırmaq və zəruri işləri gördürmək;
Yanacaq çekləri, yol vərəqələri və marşrut hesabatlarını düzgün və dəqiq aparmaq;
Fövqəladə və insident hallarında operativ reaksiya vermək və rəhbərliyə dərhal məlumat vermək;
Rəhbərlik tərəfindən verilən digər tapşırıqları vaxtında və məsuliyyətlə yerinə yetirmək.
Tələb olunan bilik və bacarıqlar:
Yaş həddi: 30 - 45
İş təcrübəsi: 1 ildən 3 ilə qədər şəhərdaxili (Bakı) sürücülük təcrübəsi;
Sürücülük vəsiqəsi: ən azı B kateqoriya; C kateqoriya olanlara üstünlük verilir;
Bakı şəhərinin küçə və rayonlarını yaxşı tanımaq, marşrut seçimini çevik etmək bacarığı;
Yol hərəkəti qaydalarını yüksək səviyyədə bilmək və intizamla əməl etmək;
Təmkinli, məsuliyyətli, diqqətli və etibarlı olmaq;
Təmiz sürücülük tarixçəsi (ciddi pozuntular və cəza balları olmamalıdır);
Avtomobilin ilkin nasazlıqlarını ayırd etmək və zəruri hallarda təhlükəsiz müdaxilə etmək bacarığı;
Smartfon və naviqasiya tətbiqlərindən, həmçinin əsas ofis tətbiqlərindən (məs., WhatsApp, e-mail) istifadə bacarığı;
Azərbaycan dili sərbəst; Rus və/ya İngilis dili bilikləri üstünlükdür.
Müraciət qaydası:
Yuxarıda qeyd edilən kriteriyalara uyğun namizədlər öz şəkilli CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına mövzu hissəsində “Sürücü” yazaraq göndərmələri xahiş olunur.
Qeyd: Mövzu hissəsi düzgün qeyd olunmayan müraciətlərə baxılmayacaq.

- Elan nömrəsi: 2275963
- Baxış sayı: 1
- Yenilənmə tarixi: 2 saat əvvəl
Şərhlər
Bənzər elanlar
Müsahibəyə əsasən
Kuryer
Bakı, 26-03-2026
Müsahibəyə əsasən
Anbar Fəhləsi
Bakı, 19-03-2026
600₼
Sürücü
Bakı, 16-03-2026
750₼
Fəhlə
Bakı, 16-03-2026
700₼
Sürücü (servis xidməti)
Bakı, 11-03-2026
1500₼
Satınalma və Təchizat üzrə Menecer
Bakı, 10-03-2026
1000₼
Anbardar
Bakı, 04-03-2026
500₼
Təchizat üzrə Operator
Bakı, 04-03-2026