Mida Evlər
MİDA evləri kimlər üçündür?
MİDA evləri sosial layihələrdən biridir əhalinin həssas hissəsinə xitab edir.
Bəs Mida evlər kimlərə verilir?
Gənc ailələrə
Kriteriyalara cavab verən və yeni ailə qurmuş gənc ailələrə maddi cəhətdən daha sərfəli evlər Mida evləri hesab edilir
Dövlət qulluqçularına
Dövlət müəssisələrində çalışmış şəxslər xüsusi kriteriyalara cavab verdikdən sonra bu evlər üçün müraciət edə bilərlər.
Şəhid ailələrinə
Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərin ailə üzvlərinin Mida evlərinə müraciət hüqüqu vardır.
Sosial həssas əhali qruplarına
Əhalinin həssas qruplarına mənsub vətəndaşlar üçün də Mida evləri qiymət cəhətdən daha münasibdir.
Əsas məqsəd – münasib qiymətə keyfiyyətli mənzillərlə təmin etməkdir.
MİDA mənzillərinin üstünlükləri
Bu layihələrdə tikilən binalar müasir standartlara uyğundur və geniş həyət sahəsi ilə təmin olunub. Bəzi layihələrdə məktəb, bağça və iaşə obyektləri də kompleks daxilində mövcuddur.
Mida evlərin qiyməti necədir?
Bu layihənin tərkibində olan evlərin qiyməti otaq sayı, yerləşmə ərazisinə görə dəyişiklik göstərir. MİDA evləri həm nağd, həm də güzəştli ipoteka şərtləri ilə təqdim olunur. Bu da ev sahibi olmaq istəyənlər üçün böyük üstünlük yaradır. Əlavə olaraq, aylıq ödənişlər də digər bazar qiymətlərinə nisbətən daha əlverişlidir.