Mobil nömrənizi daxil edin
OTP kodu daxil edin
Uğurlu giriş

Hesabınıza daxil oldunuz.

Daxili auditor

premium
Elanını Premium et 1 gün - 1₼
Məhsulun ümumi təsviri
  • Şəhər Bakı
  • Şirkət Unicapital
  • Çatdırılma Xeyr
  • Kredit Xeyr
  • Barter Xeyr
Məhsul haqqında
Vəzifə öhdəlikləri


Öz vəzifələrinin icrası zamanı fəaliyyətinin qanunvericiliyə uyğun olmasını təmin etmək;
Cəmiyyətin ayrı-ayrı əməkdaşları və struktur bölmələrinin icra etdiyi əməliyyatların qanunvericiliyə, normativ aktlara və daxili sənədlərə uyğunluğunu müəyyən etmək məqsədilə mütəmadi olaraq yoxlamalar aparmaq;
Cəmiyyətin əməkdaşları tərəfindən qanunvericiliyin, normativ aktların, təlimatların, daxili sənədlərin, peşə etikası standartlarının tələblərinin pozulması faktlarını tədqiq etmək, uyğunsuzluqları, yaxud saxtakarlıq əlamətlərini aşkara çıxarmaq;
Aşkar edilmiş nöqsanların aradan qaldırılması və buna nəzarət məqsədilə tövsiyələr işləyib hazırlamaq;
Aparılmış yoxlamaların nəticələri və aşkar edilmiş hər bir faktı müvafiq qaydada sənədləşdirmək;
Aparılmış yoxlamaların nəticələri, aşkar edilmiş yeni risklər, nöqsan və çatışmazlıqlar və onların aradan qaldırılması barədə vaxtında rəhbərliyə məlumat vermək;
Cəmiyyətin əməkdaşları tərəfindən qanunvericiliyin, normativ aktların, daxili sənədlərin tələblərinin öyrənilməsi üzrə işin təşkilinə nəzarət prosesinin qiymətləndirilməsi;
Mühasibat uçotu və hesabat sisteminin adekvatlığını təhlil etmək;
İnzibati nəzarət mexanizmləri və qaydaların, habelə əməliyyatların səmərəliyinə qiymət vermək;
Yeni siyasət formalaşdırılarkən və köhnə siyasətə yenidən baxılarkən, yaxud yeni fəaliyyət növlərinin planlaşdırılması prosesində və onların tətbiqinin müxtəlif mərhələlərində nəzarət mexanizmlərinin mövcudluğunu yoxlamaq.
Fəaliyyəti ilə əlaqədar əldə etdiyi kommersiya sirri daşıyan məlumatlardan sui-istifadə etməmək və məxfilik prinsipinə əməl etmək.


Namizədə dair tələblər


Ali təhsili
Müvafiq sahə üzrə 2 (iki) il təcrübə;
Risklərinin anlaşılması, tanınması, qiymətləndirilməsi və idarə olunması bacarığı;
Yüksək intellektual səviyyə və analitik qabiliyyət;
Beynəlxalq və kənar auditlərin aparılması qaydaları və prinsiplərini bilmək
Azərbaycan dili üzrə sərbəst, İngilis və Rus dilləri üzrə orta səviyyədə (Intermediate) bilik;


Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
  • Elan nömrəsi: 6279343
  • Baxış sayı: 24
  • Yenilənmə tarixi: 1 ay əvvəl
Şərhlər
Şərh yoxdur.
Şikayət et
Şikayətin səbəbini seçin
Dələduz
Artıq satılıb
Kontaktlar yanlış göstərilib
Şübhəli iş elanı
0 /100
Şikayətiniz baxışa göndərildi

Şikayətiniz moderatorlar tərəfindən baxıldıqdan sonra elanın saytın İstifadəçi şərtləri və Qaydalarını pozduğu halda saytdan silinəcəkdir.

Elanı Premium edin

Elanınız ana səhifədəki və axtarış nəticələrindəki Premium bölməsində təsadüfi qaydada göstəriləcək.

Xidmətin müddətini seçin
Ödəniş üsulunu seçin

Ödəniş etməklə İstifadəçi şərtləriQaydalar ilə razılaşırsınız

Diqqət