Mobil nömrənizi daxil edin
OTP kodu daxil edin
Uğurlu giriş

Hesabınıza daxil oldunuz.

Korporativ satış mütəxəssisi

premium
Elanını Premium et 1 gün - 1₼
Məhsulun ümumi təsviri
  • Şəhər Bakı
  • Şirkət BERC Group
  • Çatdırılma Xeyr
  • Kredit Xeyr
  • Barter Xeyr
Məhsul haqqında
İş barədə məlumat:


Şirkətin xidmətlərinin korporativ satışının təşkili, yeni müştəri bazasının formalaşdırılması;
Mövcud müştərilərlə münasibətlərin saxlanması;
Müştərilərlə işgüzar görüşlərin təşkil edilməsi və şirkətin xidmətlərinin təqdimatı;
Telefon zəngləri, sosial şəbəkələr və digər alternativ satış kanalları vasitəsilə aktiv axtarış və potensial müştərilərin cəlb edilməsi;
Təklif edilən xidmətlər haqqında müştərilərə dolğun informasiyanın təqdim edilməsi ilə onların məlumatlandırılması və real müştəri bazasının artırılması;
Mövcud korporativ müştərilərlə işgüzar əlaqələrin möhkəmləndirilməsi sahəsində işlərin aparılması, müştərilərlə müvafiq şöbələr arasında əlaqələndirici funksiyasının həyata keçirilməsi;
Satışlar barədə mütəmadi təhlillərin aparılması, hesabatların hazırlanması və rəhbərə təqdim edilməsi;
Müştərilərin cəlbi istiqamətində görüşlərin təşkili və əlaqələrin qurulması;
Daxil olan sifarişlərin qəbulu, onların müvafiq proqram təminatına işlənməsi və informasiyanın digər müvafiq şöbələrə yönləndirməsi;
Müştəri etirazlarının idarə olunması və onların şirkətin potensial müştərisinə çevrilməsi istiqamətində iş;
Cəlb edilmiş potensial müştərilərin satışın sonlandırılmasınadək təqibi, müştəri məmnunluğunun təmin edilməsi;
Verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.


Qeyd: Şirkətin xidmətləri və şirkətin satış strategiyaları qısa müddətdə tədris ediləcək.

Vəzifəyə dair tələblər:


Təcrübə: M üvafiq sahə üzrə minimum 1 illik iş təcrübəsi (vergi və maliyyə xidmətlərinin korporativ satışı, həmçinin bank və sığorta sektorunda analoji təcrübə üstünlükdür);
Təhsil: İqtisadiyyat və idarəetmə sahəsində ali təhsil.


Texniki səriştələr:


Korporativ satışla bağlı bazar araşdırması aparmaq bacarığı;
Korporativ satış sahəsi üzrə nəzəri və praktiki biliklər, satış texnikalarını bilmək;
MS Office proqramlarında sərbəst işləmək bacarığı;
Azərbaycan dilində səlis danışıq (rus və ingilis dillərini bilməsi üstünlükdür);
Təqdimetmə və inandırma bacarığı.


Davranış səriştələri:


Səbrli və səmimi xarakterə sahib olmaq;
Müxtəlif şəxsiyyət tiplərinə uyğunlaşma bacarığı;
Prioritetlərin müəyyənləşdirilməsi və vaxtın effektiv idarə olunması bacarığı;
Aktiv dinləmə, güclü telefon və şifahi ünsiyyət bacarıqları;
Komanda ilə işləmək bacarığı.


BERC Group MMC sizə nə vəd edir?


Sahibkarlar və rəhbərlərlə işgüzar münasibətlər;
Rəqabət qabiliyyətli əmək haqqı (tarif maaşı + bonus) ;
Peşəkar korporativ satış təcrübəsi əldə etmək imkanı;
Korporativ nömrə və danışıq paketi.
İdman güzəştləri (Cəmiyyətin ofisindəki fitnes mərkəzdən istifadə imkanı) ;
Səmimi və peşəkar komanda ilə müxtəlif əyləncəli tədbirlər;
Nahar yeməyinin təşkili


Əmək haqqı namizədin bilik və bacarığına əsasən müsahibə əsasında təyin ediləcəkdir.

Uyğun namizədlər Müraciət et düyməsində qeyd olunan linkdən istifadə edərək vakansiya üzrə müraciət edə bilərlər:

Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Qeyd: İlkin müraciətlər əsasında son müraciət tarixindən daha tez müsahibə təşkil edilə bilər.
  • Elan nömrəsi: 7232567
  • Baxış sayı: 25
  • Yenilənmə tarixi: 2 ay əvvəl
Şərhlər
Şərh yoxdur.
Şikayət et
Şikayətin səbəbini seçin
Dələduz
Artıq satılıb
Kontaktlar yanlış göstərilib
Şübhəli iş elanı
0 /100
Şikayətiniz baxışa göndərildi

Şikayətiniz moderatorlar tərəfindən baxıldıqdan sonra elanın saytın İstifadəçi şərtləri və Qaydalarını pozduğu halda saytdan silinəcəkdir.

Elanı Premium edin

Elanınız ana səhifədəki və axtarış nəticələrindəki Premium bölməsində təsadüfi qaydada göstəriləcək.

Xidmətin müddətini seçin
Ödəniş üsulunu seçin

Ödəniş etməklə İstifadəçi şərtləriQaydalar ilə razılaşırsınız

Diqqət